3/06/2017

Necə deyim. ..

Mən necə deyim ki,

üzülməyəsən,

ayrılıq bir şansdır,

böhran deyil ki…

Mən yoxam, nə olsun,

yaşayırsan ki…

Həyatın mənimlə

bitən deyil ki…

Toparla özünü,

ağlama daha…

Varlığım yox ikən,

darıxma, bəsdir.

Mən sağkən

qədrimi bilmədin axı,

ölərkən üzülmən

nəyi dəyişər?

Sən hələ çox gəncsən,

sağlamdır canın,

işin var, pulun var,

mən olmasam da,

səbr elə, vaxt keçsin,

başqası gələr,

sevərsən onu sən,

bu bir qanundur…

Yerdə nə qar qaldı,

nə qan, nə də yer qaldı,

nə iz qaldı,

nə də insanlar…

Sənsə deyirsən ki,

yerdə qalansan…
Vallah, bəxtəvər insansan. .. 
Отправить комментарий