3/01/2017

Made in Azerbaijan (satirik, yumoristik) 18+

Ölkədə istehsal olunmuş və ölkədən  ixrac etdiyimizə “Made in Azerbaijan” möhürü vuraq.
1. Bu vaxtadək yerli brend fahişələrimizi alverçi fəaliyyəti altında ixrac etdik. Həm ziyarət, həm ticarət, həm şəxsi mənafe, həm istirahət.

2.Qondarma qanuni oğru və lotuları istehsal və ixrac etdik. Kriminal milli tərəzi və rəqabətdə ədalətlilik prinsipi pozulmasın deyə.

3 . Xaricə qaçandan sonra cəsarətlənən vətənsevərşüvən tənqidçiləri istehsal və ixrac etdik ki, xaricdə əhali üzrə demoqrafik siyasəti düzəltsin, distant müxalifətçi olsun, siyasi sığınacaq istəyərək, özünü qurban hesab etsin.

4. Sadəlövh və ayıq xarici vətəndaşları atsın deyə peşəkar dələduzlarımızı ixrac etdik ki, kəşfiyyata öyrənsin düşmənin zəif tərəfi haradı.

5.Qeyri-leqal pulları peşəkarcasına yuyacaq, leqallaşdıracaq,  vətəndaşları istehsal və ixrac etdik. Yuyulandan və leqallaşandan sonra ümid var ki, geri vətənə qayıtsın.

6.Dünya əhalisinin sayını azaltmaq və onları zəhərləyib öldürmək üçün qida məhsullarını istehsal edib ixraca yolladıq.

7. Xaricə göndərdiyimiz həmvətənlərimizin sayəsində ölkəmizə gələcək pulu bəri başdan hesablayırıq. Əgər bir ailədən 1 nəfər getsə, bəs edər ki, o hər ay banklar vasitəsilə ailəsi və yaxınlarına xarici valyutada pul köçürtsün. Biz o vətəndaşları ixrac etdik ki, ölkəni xarici valyuta ilə təmin etsin.

8. Spirtli içkini xaricə ixrac etdik ki, dünya ölkələri halları xoş olub, keyfə düşüb, AZTV-nin göstərdiyi ölkəmizin gerçək vəziyyətini görə bilməsin, ayıq olmasın.

9. Kişilərimizi xaricə ixrac edirik ki, “hər ölkədə bir azərbaycanlı olsun” şüarı alltında kişilərimizin uşağı olsun, qan qarışsın. Hər Uşaqda bir Azərbaycanlı qanı axsın.

10. Bir də ölkəmizi reklam etmək üçün xariciləri maliyyələşdirmək, onlara maddi dəstək olmaq, oranın bütün bayram və yas günlərini qeyd etmək üçün maliyyə yardımı etmək, bütün beynəlxalq tədbirlərinə qoşulmaq üçün üzvlük və iştirak haqqları məbləğindən artıq məbləğdə pul ixrac edirik. Qayıtmasa da olar, əsas nüfuzdur. Xeyriyyəçilik edəndə, pulun qayıtmasını gözləmirik ki? Yox! Əvəzində, deyirlər, yaxşı adamdır. Bax, dövlətimiz də xeyirxah dövlətdir. Axırıncı qəpiyini belə başqasına xərcləməyi bacaracaq dərəcədə əliaçıq, xeyirxah, fədakardır.

11. Çoxlu ağıllı adamlar ixrac edirik ki, xaricilərin təfəkkürünü öncə çürüdək, error versin, yenilənsin beyin sistemi, sonra da biz fürsətdən istifadə edək, dəyişək.

Lap kövrəldim…
Отправить комментарий