3/06/2017

Eynək arxasındakı baxışlar... 

Niyə uzaqsan məndən?

Bəlkə deyəsən mənə?!

Niyə soyuqsan mənə?

İstəyirsən, üşüyüm

biganə baxışında?

Siqaret tüstüsündən

duman olmur, bilirsən,

söylədiyin səbəblər,

uzaqdır həqiqətdən...

Eynəyin arxasından

baxıram insanlara,

gün eynəyi taxanda,

qoruyuram gözümü

süni, parlaq işıqdan,

qara görünür hər yer,

eynəyin arxasından,

görünür insanların

içində qara dünya...

Taxanda gənc yaşımda,

optik olan eynəyi,

uzağı pis görürəm,

uzaqda olanları

görə bilmirəm axı,

yaxını görür ancaq,

eynəksiz qalan gözüm...

Zaman keçir, korlanan

gözlərim şəfa tapır,

uzağımda olanlar

mənə çox yaxınlaşır...

Uzaq yaxın olanda

eynəyin arxasında,

bir zaman yaxın olan

məndən tez uzaqlaşır...

Tanıdıqca zamanla

yaxında olanları,

anlayırsan yaxının

uzaqda olanıdır...

Tanıdıqca zamanla

yaxında olanları,

uzaq durursan artıq

itirsən də zamanı...
Отправить комментарий