2/21/2017

Yerlə göy arasında …

Yerlə göy arasında nə vardır axı?

Məsafə…

Hava…

İnsanlar…

Fərq…

Bir də ki, bədii təsvir və obrazlı ifadə…

Torpaq…

Bütün canlılar…

Canlıların yaratdığı cansızlar…

Yerlə göy arasında müqayisə üslubudur…

Biri zirvədir… Biri isə uçurum…

Biri xəyaldır… Biri reallıq…

Rəngləri də fərqlidir…

Tərkibi də…

Yeriyə bilməyənlər, uça bilmirlər goydə…

Göydə uçanlarsa, yerimək istəməzlər… Uçmağı üstün bilərlər…

Yerlə göy sinonim deyillər, omonim deyillər, bəlkə antonimdirlər… Bir-birilərinə əks, ziddilər axı…

Bir də bənzətmədir…

Hadisələri, insanları, zamanı, məkanı bənzədirik gah yerə, gah göyə… Hislərimiz də, emosiyalarımız da arada qalır çox zaman…

Seçimdir insanlar üçün bəlkə də…

Yerlə göy arasında boşluq vardır… Heç nə, hər şey, heç kim və hər kəs…

İnsanlar da dəyişirlər…

Biri yerin adamıdır… Biri isə göylərin…

Yer həyatdır, göy isə ölüm…

Arasında qalanlar isə keçiddədir… Müvəqqəti keçiddə… Zamanımızından gedir. Zaman alır bu keçidi keçmək…
Отправить комментарий