2/21/2017

Yadındadır?!

Yadındadır?!

Baxışımı sevirdin, özünü görürdün baxışlarımda, bilirdin ki, qәlbimdәsәn…

Yadındadır?!

Qoxumu sevirdin, qoxlayıb çәkәrdin ciyәrinә, bilirdin ki, sәn sevirsәn әtrimi, dәyişmirdim sәnә görә qoxlayasan deyә…

Yadındadır?!

Sәsimi sevirdin, asta sәslә, pıçıltıyla deyәrdim adını, sәnsә sevinәrdin adını eşidәndә, bilirdin ki, hәlә dә dilimdәn düşmәyirsәn, әzbәrlәmişәm sәni, fikirlәrimdәsәn…

Yadındadır?!

Gülüşümü sevirdim… Gülüşüm, tәbәssümüm mәsum idi, rahatlıq gәtirirdi, enerji yığırdın hәr gülüşümdәn, yorğunluğun çıxırdı canından… Bilirdin ki, mәn güldükcә, müsbәt enerjin olacaq, yenilәnәcәksәn…

Yadındadır?!

Toxunuşumu sevirdin, uşaq kimi nazik, tәmiz dәrim toxunduqca sәnә ürәyin döyünürdü, hәyәcanlanırdın… Bilirdin ki, hәyәcanlana bilirsәn, ürәyin yerindәdir, döyünә bilәr…

Yadındadır?!

Saçlarımı sevәrdim, oxşayardın sığal çәkәrәk saçlarımı, barmaqlarınla darayardın saçımı, әsәblәrin sakitlәşәrdi… Bilirdin ki, gәrgin olduğunda oxşayacaq vә sәni sakitlәşdirәcәk saçlarım var…

Yadındadır?!

Öpüşümü sevәrdin… Hәr öpdükcә әllәrindәn, alnından, dodaqlarından, yanağından, ehtiraslanıb yanardın, sevinәrdin uşaq kimi, xoşbәxt olardın… Bilәrdin ki, sәni sevәn bir ehtiraslı qadının var, dәli qadının…

İndi bәs?!

Yaddaşından silinib onlar, xatirәlәrimiz…

Kimin yanındasan, kiminlәsәn?! Bilmirәm…

Nә dә ki, sәnin xәbәrin var mәndәn, sәndәn sonra yaşadığım hәyatımdan…

Sәnin hәyatında başqa biri var, mәndә başqası…

Belәdir hәyat davam etdikcә…
Отправить комментарий