2/22/2017

Variantlar… 18+ (satirik, yumoristik, tənqidi yazı)

Söz var kəsdirər başı, söz var kəsər savaşı… Şah İsmayıl Xətai…

Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı… (Atalar sözü)

Niyə məhz bu iki misalı çəkdim?! Mövzuya nə dəxli var?

Yazım, agah olun.

İnsanların yalan və variantlarını biləsiniz deyə…

Yalan danışmaq ilk sözdən başlayar, son sözdə bitər…

Hər kəs həyatında yalan danışıb…

Yalandan yalana fərq var…

Bir var məcbursan, müdafiə etmək və xoş niyyətlə yalan danışası olursan. Bir də var ki, bilərəkdən, yalan danışa-danışa gedirsən, o qədər yalan danışırsan ki, özün də onun həqiqət olduğuna inanır, yalanın içində itib batırsan, özün yalana çevrilirsən, nüfuzun aşağı düşür, insanların inamını itirirsən…

Yalanlar eyni olmur, ssenariləşmiş, variantlı olur.

Sevdiyin insana belə yalan danışmaq olar, sevərək yalan.

Minnət qoyanda yalan danışmaq olar.

Borclu çıxardanda yalan danışmaq olar.

Nifrət etdiyin insana da ayrı yalan danışır insan.

İnsan nəyisə gizlətmək istədiyi halda, yalan danışır, yalan olan yerdə, çox olan yerdə, çoxlu gizli məqamlar var, araşdırdıqca, müşahidə etdikcə, təhlil etdikcə, üzə çıxacaq.

Misal:

Evli olub, gizlədən adamın yalanı:

Seksdən sonra dərhal duşa girməyi, çıxanda telefona baxıb, kiminləsə yazışmağı, sonra işim var, dostlarım gözləyir, təcili getməliyəm.

Seks olmayıbsa, olması gözlənirmirsə, başqasına gedəcək, hələ elə minnət qoyacaq ki, özün-özündən şübhələcəksən.

Ayrılmaq üçün:

Ayrılmaq istəyəndə, səndə min bir nöqsan və problem tutacaq və daha çox mübahisə etməyə çalışacaq.

“Biz fərqli insanlarıq, alınmır, gəl bir-birimizi aldatmayaq” ifadəsi.
Отправить комментарий