2/21/2017

Tәnhalığım…

Evdәn işә gec gәlmәyim…
Yatağıma girdiyimdә fikirlәrin әlindәn yuxuya gedә bilmәmәyimdir…
Tәnhalığım, 4 divarlıq, 4 dar künclü boz evim, sükunәtimdir, künclәrin, divarların üstümә gәlmәsi, sıxması, çıldırmağımdır…
Tәnhalığım, evә gәlәndә vaxtımı öldürmәk üçün pәncәrәdәn çölә baxan gözlәrimin yol çәkmәyidir, qulağımın sәsdә, ürәyimin sәksәkәdә olmasıdır…
Tәnhalığım oxuduğum kitab, filmdә özümü itirmәyim, ya da tapmağımdır…
Tәnhalığım birisi tәrәfindәn tәmәnnasız, qәrәzsiz sevilmәk istәyim, sevmәyә cәhd etmәyimdir…
Tәnhalığım özümü bağışlamağım, anlamağım, tanımağım, qәbul etmәyimdir.
Tәnhalığım yalanı gerçәkdәn, dünәni sabahdan, xatirәni xәyaldan ayırmağımdır…
Tәnhalığım insanların mәni qınamasıdır, mәni tanımamasıdır, dalımca danışmasıdır…
Tәnhalığım sevinc vә kәdәr, gülüş vә göz yaşlarımı paylaşmağa birisini tapa bilmәmәyimdir…
Tәnhalığım yarımçıq hisslәrim, ehtirasım, emosiyalarımdır, sağlamlığımdır…
Tәnhalığım sәnsәn… Xoş gәlmişsәn tәnhalığıma…
Tәnhalığım, bu mәnәm, gәlmisәnsә hәyatıma, hәyatımdan getmәyә tәlәsmә…
Отправить комментарий