2/21/2017

Sıradan biri, sıravi…

Hər şey sıravi, adidir bu dünyada,

Həyatımızda doğulmaqdan ölənədək,

Həyat belə sıravidir ölüm kimi…

İnsanlar da sıravidir mənim üçün…

Hamısı eyni fərqlənmirlər bir-birindən…

Sıravidir sevgiləri, yalanları, doğruları,

Seçimləri, qərarları, gözlənilən, sıravidir…

Darıxıram, bezirəm sıravilikdən,

Sıradan biri deyiləm deyə…

Gülüşlər də sevinc kimi,

Göz yaşı da kədər kimi

Sıravidir insanlarda…

Sıravidir tənhalıqlar…

Ad günləri, toy və yaslar…

Sıravilikdən çıxmır kimsə…

Simalar da sıravidir…

Simada zəhrimar,

Şikayətlər də sıravi,

Tərif, tənqid də sıravi…

Sıradan biri seçiləndə,

Sıravi edirik onu da…

Fərdi, fərqli olmaq istəyi

O da belə sıravidir…

Rənglər sıravi,

Başlanğıc da, son da…

Tanışlıq da, ayrılıq da

Hər kəsdə eyni, sıravi…

Seçdikləri rənglər də

ya ağdır, ya qara,

Sıravidir zövqlər…

Arzular, istəklər,

Məqsədlər də sıravi…

Sıravilik özü sıradan biri…

Sıravilik də sıravi…

Yetər artıq…

Sıravilik birləşdirir onları…
Отправить комментарий