2/21/2017

Soxhasoxdur… 18+

Soxhasoxdur ha… Öz aramızdı.

Biri mal soxur… Baha qiymətə özününkülərə… Başqası da malı atır xariciyə, babat soxur…

Biri bıçaq soxur, biri balta alır əlinə…Sox ki soxasan, qoy axsın adamın qanı, çıxsın canı…

Biri özünü soxur… Hara baxırsan, ordadır, elə bil ya klonu var, ya da dublikatı. Təlxəkdir sanki, fərqi yoxdu, hamı gülür ona, o, isə ağlayır öz gününə… Soxmasaydı özünü hər yerə, bezməzdi camaat ondan…

Biri burnunu soxur… Burnu girməyən yerə hey soxar, burnunu bəlkə böyüyər yeri, girər boş başı… Boş başı guya dolacaq bununla… Ümidi var, soxduqca burnunu bir yerə, dolsun yekə boş başı… Başı girmir axı burnu girməyən yerə… Burnu ilə yer edir, içiboş başı üçün… Soxhasoxda burnunu soxur da, boş başı dolmasa da. ..

Biri adını soxur… Hara, nəyə baxırsan, orada adı, imzası… Gop da olsa, maraqlıdır, həm də çox gülməli… Adından da bezirsən, özündən də… İstəyirsən ya bir sillə vurasan üzünə, ya da tüpürəsən ki, gəlsin özünə… Hara baxsan adı var, bir də imzası, savadı, biliyi, əxlaqı olmasa da… Soxur pulunu. Buraxır özünə maya, gözləri edir mazol… Ön sıralarda, dəxli oldu, olmadı. İyrənir adam bu cür yaltaqlardan…  Ürək bulanır bu mənzərədən… Eyni simasız simalar, süni intellegentlər… Beyin axını yox, zibil yığnağı…

Biri fikir, əqidə, istəklərini… Guya hamının ona və nəslinə bir əsrlik, minillik borcu vardır. Qəmiş olur, kök atır belələri. . . Yuyar soxmaqla beyinləri, beyinlər də təmiz, bakirə, yazılmamış, ya da ki, çürük, ya da yetişməmiş, kal… Kimə soxa bildisə, harada soxdursa, savabdır düzəldi işi… Soxana can qurban, bərəkallah…

Soxanlar çox sevinməsin, soxana soxarlar…

Biri söz soxur… Sözü olmayanlar başqa yerini, ya dilini soxur qarnına, ya özünə soxur, ya da soxurlar onu öz içinə, udurlar onu… Qalar köklü söz altında soxulcan kimi… Məsələn, biri barmağını soxar başqasının gözünə, biri şirin və ya acı dilini qarnına soxar, udar… Ona elə söz soxarlar ki, soğulcanlar kimi qalarlar altda…

Biri adam soxur…  Hər yerə öz adamlarını soxar. Adamlarının da başı çıxmaz. İşverərlər, soxularaq hər yerə. Soxarlar özlərini irəli… Adamı var deyə soxularlar gözə… Soxhasoxdur… Hər yerə öz adamını soxur, adamlarının da guya çıxır soxulan yerdən başı… Həsən soxur dəyirmana, olur Həsənsoxdu…Milli metod Soxhasoxda…

Büdcəyə də soxurlar, şəxsi ciblərə də, uzun, oğru əllərini…

Soxhasoxdur…

Növbədənkənar, icazəsiz… Kimdir gözləyən növbəni… Soruşan icazəni… Dayanma kənarda… Növbədənkənar, icazəsiz sox, kimə gəldi, hara gəldi…

Sən də sox, qalma geri… Fərasətin varsa… Soxhasoxdur…

Pulun varsa, pulunu, pulunla sox… Yoxdursa, onda soxa bildiyini sox, olsun pulun…

Gələcək soxhasoxlarındı… Soxmağı öyrən, bir də atmağı. ..  Çalış, birinci sən sox, sən soxmasan, sənə soxacaqlar… Çünki soxhasox dünyasının da soxan qanunları qüvvədədir. Soxanların da sayı artır bu soxhasoxda günbəgün…

Sox ki, sənə soxmasınlar. Kimi birinci soxar, kimi sonuncu. ..

Soxhasoxlar və soxhasox dünyasından xoşun gəlmirsə, sus, sox içinə…
Отправить комментарий