2/21/2017

Səni istəyirəm (davamı)

Həsrətindəyəm…

Bir çox insanların…

Bir çox şeylərin…

İtirdiyim vaxtımın həsrətindəyəm…

Sərf edilən hisslərin həsrətindəyəm…

Dəlicəsinə kimisə sevməyimin həsrətindəyəm…

Birlikdə kiminləsə nəsə etməyin, həmrəyliyin, birliyin həsrətindəyəm…

Ruh əkizimin axtarıram hələ də… Yoxdur hələ… Həsrətindəyəm…

Çox vaxt itirdiklərimin, qazana bilmədiklərimin həsrətindəyəm.

Peşimançılığın yerinə, özümə təsəlli vermək əvəzinə, həsrətini çəkirəm…

Darıxmağın, gözləməyin həsrətindəyəm…

Ən əsası əsl və əvvəlki Günelin həsrətindəyəm…

Həsrətim artdıqca isə həsrətində olduğum hər şey və hər kəs uzaqlaşır məndən…
Отправить комментарий