2/21/2017

Səndən mənə qalanlar…

Səndən mənə nə qaldı?

Getməyin, ayrılığın, əzab?

Sevməyi və sevilməyi öyrənməyim, dəlicəsinə, bütün varlığımla sevməyi bacarmağım…

Saçlarımı əllərinlə daramağın… Əllərimlə saçımı düzəltmək vərdişim…

Makiyajsız özümü təbii halda sənin gözünlə özümə baxıb sevməyim…

Özümə güvənib kimdənsə asılı olmamağım…

Pulu özüm qazana bildiyimi anlamağım…

İstedadlı olub yaradıcılığımı davam etdirməyim…

Özümlə fəxr etməyim…

Güclü olmağım…

Kiminsə fikrinə görə keyfimi korlamamağım…

Ağrımağı, ağlamağı, gülməyi, amma təklikdə…

Tənhalığım…
Отправить комментарий