2/21/2017

Sәn vә mәn…

Axı… Sәn kimsәn?! Özün üçün… Mәnim üçün…

Nә ad qoyaq buna? Dostluq?!

Nәdir mәni hәyatında görmәk istәyin, sәbәbin?

Hardan gәlmisәn? Niyә mәhz mәn? Nә zaman seçdin mәni? Kimin yerini tutmalıyam?

Sәn varsan, mәn varam…

Biz yoxdur amma… Çünki sәn mәnim deyilsәn ruhәn, mәnәn, azad deyilsәn…

Keçid dövrü sindromu var sәndә bәlkә dә…

Bәlkә dә mәndәn xoşun gәlir hәqiqәtәn dә…  Bilmirәm, әmin deyilәm hәlә…


Arzularım, istəklərim gerçəkləşir…

Bilirsən, son zamanlar hürkürəm, ehtiyat edirəm…

Zamanım keçdikcə, əldə etdikcə, itirdikcə, yaşadıqca, anlayıram həyatımı…

Həyatımdan gəlir keçir, sonra gedir insanlar…

Sən də onlardan birisən? Bəlkə də…

Son 6-7 ildə nələr yaşadığımı özüm bilirəm…

Nə uşaq kimi uşaq oldum, nə gənc kimi gənc…

Tez böyüdüm, tez tərk etdim…

Həyat məni dəyişir ancaq, insanlar deyil… Dəyişmək istəmirəm əslində…

Adi gələr bəzən günlər, görüşlər, tədbirlər, yeni tanışlıq…

Sıravi olar hər şey… Dəyişmək gücündə olmurlar deyə…

Sənsə… Sən başqa mövzusan, sən fərqlisən mənim üçün… Hələ ki…

Hələ ki, yanında rahatam, xoşbəxtəm…

Hiss edirəm ki, səni sevirəm, sənə bağlanıram…

Sən və mən var idi o günədək… Zaman keçdi… Dəyişdi, dəyişdik biz də…

Mən və sən oldu Biz!

Davamını gözləyirəm, yaşayıram…

Baxaq, görək, nə olacaq…
Отправить комментарий