2/21/2017

Sevginin qızıl qanunları

Qanun hər yerdə var. Sevgidə belə…

Gedəni saxlamazlar, mən saxlamıram gedən kimsəni, sən də saxlama məni, çünki gedirəm…
Ayrıldınsa kiminləsə, onu kiminləsə müzakirə etmə, ondan danışma… Məyus olma, hər son bir başlanğıcdır. Hər tanışlıq bir fürsətdir. Dəyərləndir.
Unutmaq üçün yadına salma…
Keyfin yoxdursa, başqasını yükləmə, tənhalığına çəkil, kiminsə qəlbinə dəymə…
Sevdiyini gizlətmə, susmağı öyrən… Sevdiyini etiraf edəndən sonra susmağa çalış və gözlə…
İnad etmə və bezdirici olma…
Yalan danışma və etibarı itirmə…
Mübahisə etmək, dalaşmaq əvəzinə dialoqa gir, danışıqlar apar…
Kimisə özünə borclu bilmə, günahı özündə axtar…
Dinlə, sus, təhlil et, düşün… Bəzən gerçəklik gizlənmir, gizlədilir başqası tərəfindən…
Отправить комментарий