2/21/2017

Qadının gündəliyi… (tənqidi, satirik, yumoristik)

Bir qadın obrazının simasında əksər qadınların iç dünyasını əks etdirən gündəlik qeydləri haqqında hekayədir. Özüm də qadın olduğumdan qadınları yaxşı tanıyıram, müşahidələrim zamanı, kişiləri də tanıyıram. Bu gündəlikdə qadının qeydləri, demək istəyib demədikləri və qadının iki mələyinin- xeyir və şər mələklərinin dialoqları öz əksini tapacaqdır.

Bir çox insanlar, cinsindən asılı olmayaraq bu yazıda özünü, öz həyatından bir fraqmenti görə bilər, kimsə inciməsin, tənqidi və yumor hissi ilə qarşılasın.

Mən qadınam, hələ qızam… Gündəlik tuturam, səbrim çatanda, istəyim olanda nəsə yazıram, bir əlimdə dama-dama dəftərim, bir əlimdə rəngli qələmim. Yazıram… Gizlədirəm… Kimsə oxumasın deyə… Hamı gündəlik tutur, yazır, hamının deməyə, yazmağa bir sözü var… Mən də hamı kimi olmalıyam, seçilməməliyəm onlardan…

Digər qızlardan seçilməmək üçün, tək qalmamaq və qara siyahıya düşməmək üçün mən də arada dərsdən qaçıram, dərsdən sonra birbaşa evə getmirəm, fasilə zamanı kafedə otururam, qızların danışdığı, müzakirə etdiyi söhbətləri dinləyirəm. Hamının həyatında kimsə var, sevib-sevilir, bir məndən savayı. Məndən soruşanda ki, “Sən kimi sevirsən, kiminlə görüşürsən?”, ya susuram, ya deyirəm “heç kimi”, ya da seçilməmək üçün bir oğlan adı uydururam ki, məni uzaqlaşdırmasınlar özlərindən… “Lider” olmaq üçün təhsildən öncə geyim, zahiri görkəmin, ictimai nüfuzun, ətrafında lazımı adamlardan ibarət əhatə dairən, sevgilin olmalıdır. Bunlardan biri olmayanda, uğursuz insansan… Sənə tələb olmalıdır, sənə tələb olduqca, təklifini formalaşdırırsan və tələb edilən insan olursan… Yəni dəyişirsən və ya dəyişdiyini göstərirsən, rola girirsən… Toplumdur, çoxluq idarə edər toplumu, çoxluğun liderinin də sözü keçər…

İlk ciddi sevgi və münasibət, ilk aşıqlik, ilk hiss, həyəcan, emosiyalar, ilk gözləntilər, ilk ümid, inam, arzular, görüşlər, fiziki toxunuşlar… Ürək elə çırpınır, sanki yerindən çıxacaq, döyüntülərini kənardakılar da hiss edir nəbzindəki ritmlərindən…

Elə o yaşlarda ilk səhvlər, ilk etiraflar, ilk cavabsız sevgi, ayrılıq, məyusluq gəlir… Yenidən sınmaq, ağlamaq, yaşamamaq istəyi, sanki həyatın bitdi, onsuz yaşaya bilməzsən… Amma yaşayırsan, ilk sevgini başqası əvəz edir, sonra onu da əvəz edir bir başqası…

Ardı pdf formatda olacaq kitabımda…
Отправить комментарий