2/21/2017

Profaylinq

Profaylinq – qanunsuz hәrәkәtlәrin qarşısının alınması üsullarından ibarәt bir sahәdir. Profil sözündәn götürülmüş vә xarici görünüş, verbal vә qeyri-verbal davranışın tәhlili әsasında insan profilinin psixoloji metodlarla dәyәrlәndirilmәsidir.

İnsanın xarakterinә (insanın daxili vә xaricindә baş verәnlәrә qarşı münasibәti) uyğun psixoloji dildә danışır. İnsanın xarakteri 3 amilin tәsiri ilә formalaşır vә gizli vә ya açıq şәkildә özünü göstәrә bilәr:

Genetik;
Biogenetik (sinir sistemi vasitәsilә);

Sosial (әtrafda baş verәnlәrin tәsiri ilә).

İnsanların psixoloji dili (insanların davranış qaydaları) var vә 8 qrupa bölünür:

İsteroid – daim diqqət mərkəzində olmaq üçün əllərindən gələni edirlər. Geyimləri və seçimləri diqqəti cəlb edir. Ətrafında baş verən hadisələrə səthi yanaşırlar ;
2.Epileptoid – aqressiv və sərt davranışlarına görə digər insanlardan seçilirlər. Həyatını plana uyğun sistemləşdirirlər. Ətrafında olan insanlar hər zaman səliqə – səhmana riayət etməyi tələb edirlər;

3.Paranoyal – güclü daxili qüvvəyə malik olurlar, özlərində liderlik qabiliyyətinə önəm verən insanlardır. Onların məqsədi qlobal, miqyası isə çox genişdir. Onların həyatı prinsiplər üzərində qurulmuşdur;

Emotiv – ətraf aləmi hisslərlə qəbul edən insanlardır. Başqalarını dinləyib dərdlərinə şərik olmağa üstünlük verirlər. Öz rahatlıqlarını qurban verməklə, başqalarını düşünən insanlardır;
Hipertim – onlar aktiv həyatı sevən və ətrafında baş verənləri pozitiv qəbul edən enerjili insanlardır. Onlar üçün hazırcavablıq və yumor hissi vacib dəyərlərdən biridir. Ünsiyyəti sevdikləri üçün ətrafında insanlar olur, dostları çox olur;

Şizoid – qadağalardan qaçan insanlardır. Onlar həyata qeyri-adi baxışları ilə digərlərindən seçilirlər. Hər bir davranışında azadlıq axtarır, onların bu cür, fərqli yaşamaq haqqlarının olduğunu deyirlər;

Hәyәcanlı – Təhlükəsiz həyatı sevirlər. Daxilində stressin əlamətlərini hiss edir, hər zaman ehtiyatlı olmağa üstünlük verirlər. Hər bir addımını atmamışdan öncə çox düşünürlər;

Depressiv-kәdәr – həyatını neqativliyin üzərində qururlar. Dərd, çətinlik, sıxılmaq bu kimi düşüncələr onları motivasiya edir. Çünki onların neqativliyi pozitivlik üzərində qurulmuşdur.

Mәnbә: Tәbriz Hacıyev “Profaylinq: 60 saniyәdә insan tanıma sәnәti”
Отправить комментарий