2/22/2017

Özümdən çox səni sevsəydim, əgər….

Qədrimi bilməzdin, sevməzdin məni. ..

Dəyərdin bilərək həssas qəlbimə…

İtərdim bir müddət incidiyimdən,

Sonra da könüllü geri dönərdim…

Özümü itirmiş olardım səndə. ..

Ağlım da itərdi dəli sevgimdə. ..

Hürkərək bezərdin o zaman məndən…

Bir səbəb, bəhanə axtarırdım hey,

Bunu bəyənmirsən, icazən yoxdur,

Sözündən çıxanda acılayardın. ..

Səninlə ayrılmaq lazım gələndə,

Özümü öldürmək çarəm olardı. ..

Olardım maraqsız bir insan kimi. ..

Kənarda bir başqa insan olardı,

Yalan, xəyanətə qurban olardım. . .

Özümdən çox səni sevsəydim əgər,

Görəsən, kim məni sevərdi onda?!
Отправить комментарий