2/21/2017

Nəyin qaldısa, apar özünlə…

Ətrin qaldı, apar özünlə… Qalmasın ətrin burnumda…

Əlimdən qəlbinə gedən və hopan əlinin toxunuşu…Geri qaytarıram, gəl apar…

Öpüşün qaldı dodaqlarımda,  ehtiraslı,  odlu,  sönüblər ikisi də,  dodağına dəymir dodağın,  toxunar bir barmağım,  susmaq üçün… Öpüşün,  dodaqlarımda qalan dodağını apar özünlə…

Nəfəsin qaldı nəfəsimdə,  dilimdə sözün,  adın qaldı,  gəl götür geriyə,  apar özünlə…

Xəyallarımı silirəm  yarımçıqlıq deyə… Öz xəyal payını götür özünlə…

Apar özünlə səndən qalanları,  özümü qaytar,  qoy yerinə… 
Отправить комментарий