2/21/2017

Neft və neftçilər…

Manat öyrənmədi üzməyi hələ,
Neftimiz üzəcək onun yerinə,
Əsdikcə bir külək, qalxdıqca tufan,
Düşəcək dənizə bizim neftçilər…

Udacaq neftçini dəlisov dəniz
Üzməyi bacarmır ümid yerimiz,
Bəladır xalqına doğma neftimiz,
Bilmirik ağlayaq, ya dua edək…

Əsəcək yenə də güclü küləklər,
Aparıb özüylə insan ömrünü,
Biz elə millətik, elə insanıq,
Sabaha bu olay ötüb keçəcək…
Отправить комментарий