2/21/2017

Nə oldu bəs?!

Ruhumu ruhuna hopduracaqdın?Nə oldu bəs?Ruhsuzammı?Tapmadınmı ruhumu?Ruhum var, sən axtarmamısan tapmaq üçün… O ruh sənin kimiləri üçün qapalıdır.
Mənə uyğunlaşacaqdın sən?Nə oldu bəs?Ayda biri üçün uyğunlaşırsan?Özündən nəsə qalıbmı görəsən?
Dinlədiyin musiqidə məni axtarırdın?Nə oldu bəs?Sözlərində məni tapmadın deyəsən?Hələ çox axtaracaqsan… Dinlədiyin o qədər musiqi var ki, hamısının sözünü əzbərləmək, anlamaq vaxtını alacaq əlindən…
Ağlıma, savadıma, əxlaqıma, insanlığıma vurulmuşdun, valeh idin? Nə oldu bəs? Söz kimi atırdın sözlərini havaya, inanmırdın dediklərinə… Gözləmirdin ki, bir gün sənin əleyhinə istfadə edilən silaha çevrilər onlar…
Birlikdə plan, ideyalarımız vardı, guya əməkdaşlıq edəcəkdik?! Nə oldu bəs? Nə olacaq?! Gördün ki, mənə maraqlı deyilsən, maraqlı deyil təklif etdiklərin…
Mən tələsmədim, sənsə tələsdin… Sən tələsdiqcə, səni uzaqlaşdırdım özümdən, düşdün gözümdən, sildim hər yerdən səni…
Bilirsən niyə? Çünki sən hamı kimi idin, məni də hamı kimi bilirdin. Düşünürdün ki, dostluqdan başlayıb, istifadə edəcəksən məndən… Qadın olmağımdan, tək yaşamağımdan, sosial mövqe, savad, ağıl, biliyimdən, bədənimdən istifadə edəcəksən…
Səni tanıdım, yetərincə tanıdım, anladım ki, özünü ağıllı, savadlı, maraqlı, ideala yaxın birisi kimi göstərməklə deyil, havadır hamısı… Boş bir hava…
Səni tanıdıqca, dərk etdim bir gerçəkliyi, iyrəndirdin məni, uzaqlaşdırdın anbaan məni…
İnsanlığın da yoxdur, söz var, bir də şişirdilmiş, təriflərlə bəzədilmiş şəxsiyyətin…
Tələsmə… Təki tələsmə… Sonra peşiman olmayasan deyə…
Hamı düşünür ki, səni tanıyır… Əfsuslar olsun ki, səni ancaq mən tanıdım gec olmadan…
Sən görsəndiyin kimi deyilsən, daha betərsən!!!!!
Отправить комментарий