2/21/2017

Nə olar, yandır özünü… Qulu Ağsəsə nəzirələrim

Görürəm, insanlar gəlir üstümə,

Boğurlar gerçəyi deyən səsimi…

Görürəm, axşamdır, tənhalıq yenə

Qaranlıq dünyaya aparır məni…



Qara düşüncələr, qara fikirlər,

Yuxumu əlimdən alıb çoxdandır,

Yuxuya getməyə qorxuram artıq,

Yuxuma girəcək ilan, çaqqalı…



Gözümü yumanda ümid edirəm,

Qəflətən oyanım bəlkə səs-küyə,

Təsəlli olsun ki, ayıq yatıram,

Yuxumda ölmədim, hələ ki, sağam…



Səhəri açıram diri gözlərlə,

Ağrıyır ilanın sancdığı yerlər,

Yuxumda qoruna bilməsəm belə,

Bəlkə də çaqqaldan qoruna billəm…



Yenidən qaramat bassa dünyamı,

Gözümü yumaram düşünmək üçün,

Bir Günəş doğmazsa, kiçik dünyama,

Hazıram, özümü yandırmaq üçün…



Qulu Aqsesin eyni adlı şeirinə cavab
Nə olar, bir səhər durub görüm mən,
Əllərin belimdə qucaqlamısan…
Nə olar, təbəssüm olsun üzündə,
Çevrilib yuxulu sənə baxanda…

Nə olar, üzməsin qışın gəlişi,
Sevinim yağanda şəhərimə qar,
Nə olar, yanımda o an olasan,
Əlimdən tutasan sürüşən zaman…

Nə olar, payızın yağan yağışı,
İslatsın, dağınıq, uzun saçımı,
Nə olar, əlinlə darayan zaman,
Saçımda əllərin dolaşsın bir az…

Nə olar, gəzinək yay aylarında,
Dayanıb bir küncdə öpəsən məni,
Utancaq qızlartək baxım mən yana,
Sən məni ruhuna vurğun edəsən…
Отправить комментарий