2/21/2017

Mәnim kimi Qadınlar

Mәnim kimi qadınlar necә olur görәsәn?!

Özünә hәm tәlәbı, hәm müәllim, hәm şagird, hәm xәstәdir, hәm hәkim…

Dostluq nәdir o bilәr, sevgini dә tanıyar…Dost bildiyi insandan yedikcә zәrbәlәri, soyuyar insanlardan…Dostlarının sayı az olar amma…

Sevәndә o çox sevәr, ağlında başlar sevgi… Bitәrsә sevgi әgәr  uzun müddәt o sevmәz…

Güclü olur kәnardan, gülәrüz vә şәn… Bәxtәvәrdir deyәrsәn…

Tәkliyinә alışan, qucaqlayan özünü, bir küncünә evinin sıxılaraq bürüşәn, ağlayarlar әslindә…

Çox adam sevәr onu kişilәrin içindәn… Nә inanar onlara, nә dә ki, sevgilәrә… Qorunacaq deyәrәk birbaşa sәrt sözünü… Kimi dәli deyәcәk, kimi xәstә bilәcәk… Özü kimdir, nә çәkir, ancaq özü bilәcәk… Bezәcәk tәnhalıqdan, sevgi, kişi arzusu bir ümid yeridir bәlkә…

Azad görsәnәrlәr, kompleksiz… İçlәrindә gizlәnib, arzu, mәqsәddәn asılı olmaqları… Qürurları mәhv edir, qoymaz kimisә sevә…

Mübariz olarlar, cәsarәtli, sәrt… Qәlblәri yumşaq, tәmiz, niyyәtlәri xoş, uşaq kimi küsәyәn, mülayim xarakterli… Gizlәnәrlәr hәr kәsdәn, gizlәdәrlәr üstün olanı…

Gözәl, sәmimi, mehriban, fәdakar… Hәr kәsi dinlәyәrlәr, anlayarlar… Onları dinlәyәn, anlayan olmaz…

Çox danışdıqca, susarlar özlәrindәn… Gah qapalı, gah açıq… Gah isti, gah da soyuq…

Gözlәrindә gizlәnәr gizlәtdiklәri… Baxışları oxuyan bilәr sirri nәdәdir?

Mәnim kimi qadınlar… Olmaz kimdәnsә asılı… Öz әllәri, öz başı, işlәyәr, pul qazanar…

Tәnha olarlar çox vaxt, sәbrli vә pozitiv… Tәnhalıqdan üzülәn, sәbrsizdir, ümidsizdir әslindә…

Mәnim kimi qadınlar sirr dünyası, oxunmalı bir kitab… Kimsә bilmәz dilini, oxumağa çalışmaz, alıb kәnara qoyar…

Hәr güldükcә üzlәrә cәmiyyәtin içindә içindә yara qanayar, irinlәyәr, göz yaşları içinә axar kimsә bilmәsin deyә…

Mәnim kimi qadınlar özlәrinә dayaqdır… Güvәndiyi biliyi, savadı, yığdığı tәcrübәdi…

Mәnim kimi qadınlar bir çoxuna nümunәdir, mәktәbdir…
Отправить комментарий