2/21/2017

Məni özün seçmişdin…

Məni özün seçmişdin,
Onların sırasından…
Sonra geri qaytardın,
Mənsə, qaldım sırasız …

Məni özün seçmişdin,
Valeh idin ağlıma…
Sonra qərar vermişdin,
Yanlış olub seçimin…

Məni özün seçmişdin,
Niyə seçmişdin axı?
Seçici tək yox idin,
Seçki məntəqəsində…

Məni özün seçmişdin,
Səni peşiman etmişəm,
Dediyim sərt sözlərdən,
Yolunla düz getmisən…
Отправить комментарий