2/21/2017

Məni bağışla…

Səndən öncə ölsəm əgər,
İncimə, məni bağışla,
Nə olsun ki, hələ gəncəm,
Sən məndən də sağlamsan…

Səndən öncə getsəm əgər,
İncimə, tap başqasını…
Sevən insan gedə bilməz,
Gedən insan geri dönməz…

Sən söz desən, mənsə sussam,
Bil ki, qəlbim qırılmışdır,
Çox həssasam, çox kövrəyəm,
Göz yaşlarım gizlin axır…

Səndən öncə əgər bezsəm,
Yazsam sənə son məktubu,
Oxumadan cırıb tulla,
Boşaltmışam iç dünyamı…

Dalaşarsaq bir gün əgər,
Küsüb getsəm öz dünyama,
Sən toxunma, vaxt ver mənə,
Bir az tənha qalmalıyam…
Отправить комментарий