2/21/2017

Mən ölmək istədikcə…

Mən ölmək istədikcə… Qoymadılar ölməyə…

Mən ölmək istədikcə… Yaşatdılar məni…

Mən ölmək istədikcə… Yaşamağa tapdın min bir səbəb…

Mən ölmək istədikcə… Yadıma düşdü məni sevməyənlər…

Mən ölmək istədikcə… Xatırladım ailəmi, dostlarımı…

Mən ölmək istədikcə… Arzularım qoymadı ölməyə…

Mən ölmək istədikcə… Dəstək oldular yaxınlarım, dinlədikcə məni, ölümdən uzaqlaşdım…

Mən ölmək istədikcə… Ölüm məndən uzaqlaşdı…

Mən ölmək istədikcə… Allah qoymadı ki, ölüm, xilas etdi hər dəfə…

Mən ölmək istədikcə… Anladım ki, ölüm xilas yolu deyil, öləndən sonra düzəlməyəcək nəsə…

Mən bu dünyada ölmək istədikcə… O biri iki dünyanın sakinləri dua etdi, qurban kəsdi, əhd edərək nəzir verdi, yalvardı ki, mən ölməyim… Onlar çoxdurlar, mənsə təkəm… Ona görə də ölə bilmədim, hər dəfə ölmək istədikdə…
Отправить комментарий