2/21/2017

Kütlә küt olarsa…

Küt kütlә psixologiyası necә formalaşır?

Bir, iki nәfәr küt, savadsız, nadan özünü ağıllı vә bilikli göstәrib, insanların tәhtәlşüuruna yalanını yeridir, beynini yuyur, maariflәnmәmiş kütlә isә onları doğru, haqq davamçıları kimi qәbul edir.

Şәbәkә marketinqi prinsipi ilә hәrәsi 3 nәfәr üzәrindә işlәyir, özü dә tәhrif edilmiş şәkildә.

Ölkәmizdә din anlayışı da küt insanlara xas biliklәr әsasәn formalaşıb küt kütlәyә yeridilib vә әsl İslamla heç bir әlaqәsi yoxdur…

Aldığın orta vә ali tәhsili vә әldә etdiyi biliyi şübhә altında olan, әlindә mәktәbi bitirmә sәnәdi olan gәnclәrimiz bizim gәlәcәyimizdirmi? Gәlәcәk ekspert, mütәxәssis, peşәkarlarımızdırmı? Yox! Ola bilmәz, olmamalıdır!

Kütlәşәn kütlәşmә vә kütlә ilә mübarizә aparmayıb, çoxluğa tabe olanlar bәs? Onlar çoxluqdadır deyә azlıqda olan susmalıdırmı? Yox!

Spekulyantların çoxluqda olanları onların özlәrindәn dә yaxşı tanıdığından spekulyasiya, manipulyasiya, provokasiya oyunlarında aldadaraq oyuncaq, qurbana çevirә bilmәsindә kim vә nәdir günahkar?Kütlәşmiş vә kütlәşmәkdә davam edәn kütlәnin özü…

Kütlә mәnә hava kütlәsini xatırladır, siklon, antisiklon kimi… Gah tәzyiq artır, havası dәyişir, gah tәzyiq azalır, dәyişdirir havanı…

Maşın tәkәrindәki hava kütlәsi kimi olsa, yaxşı olardı, tәkәr bir yerdәn deşilәrdi, kütlә çıxardı azadlığa, qalan kütlә isә azalıb, maşının getmәyinә mane olardı, tәkәrә ya yeni hava kütlәsi vurulmalıdır, ya da yeni tәkәrlә әvәz edilmәlidir…

Küt kütlә kütlәşmiş bıçaq kimi yararsızdır… Nә çörәk kәsәr, nә göyәrti, nә dә әt… İtilәnmәyә ehtiyac duyulur yenidәn yararlı olmaq üçün…

Küt kütlә şar kimidir, partlayanda sәs salır, hürküdür kimisә, diqqәti cәlb edir, sonra partlamış şar kimi içindә qalan kütlәylә atılır zibil vedrәsinә…

Kütlәşmәyin, kütlә olmayın…
Отправить комментарий