2/21/2017

Keçid dövrü- kişilərdə… (qadınların oxuması vacibdir)18+

Elə bilirsiniz, ancaq qadınlarda yaşla bağlı psixoloji, fizioloji, intim problemlər olur? Yox! Kişilərdə də var. Kişilər bu keçid dövrlərini psixoloji və fizioloji baxımdan daha çətin keçirdirlər. Qadınlar isə daha asan və rahat.

Kişilər keçid dövrünü fərqli keçirdə bilər. Kimisi məsuliyyətli, ciddi, işgüzar ola bilər. Kimisi uşaqlaşar, kimisi depressiyaya düşüb zəifləyər, kimisi güclənib məqsədlərinə çatar.

Kişilərin keçid dövrləri aşağıdakılardır:

18-20 yaş arasında – uşaqlıq və yetkinlikdən gəncliyə keçid olduğundan daha çox azadlığa meyl edirlər.  Həyat eşqi ilə dolu olurlar. Kimisi ali məktəbə daxil olub elmlə məşğul olur, işləyir, ciddiləşir, kimisi əsgərliyə gedib gələndən sonra iş axtarır, tapa bilməyəndə, alternativ məşğuliyyətlər tapır. Hərbi xidmət kişinin xarakterinin formalaşmasında böyük rol oynayır. Hərbi xidməti uğurlu olubsa, normal psixologiayay malik olacaq, uğurlu olmayıbsa, sınmış, depressiv, melanxolik, fleqmatik olacaqdır. Əsasən kişilərin həyata, qadınlara, əyləncəyə, pula marağı bu keçid dövründə olur. Bu yaşda olan kişilər öz yaşıdları və ya özündən yaşca böyük qadınlarla maraqlanır.
30-32 yaş arasında – “Hələ də gəncəm” təsəllisi ilə yaşayırlar. Ya bu vaxtadək evli olurlar. Evli olmayanlar axtarışda olurlar. Axtarışda olmayanlar tez-tez fərqli münasibətlərdə olurlar. Maraqları tez-tez dəyişir, həyatı tez  keçir. Evli olanlar yeni evlənmiş kişilərdisə, ailələrinə sadiq olurlar, erkən evlənmiş kişilərdisə, çox zaman kənarda axtarışda olurlar.Bu axtarışı daha çox ictimai yerlərdə və sosial şəbəkələrdə edirlər. Bu yaşadək adətən kişilər azad olmağa çalışırlar. Evli olanlar belə özlərini subay kimi aparırlar. Kənarda qeyri-qanuni münasibətləri, ehtiyat variantları olur. Səbrsiz olurlar. Tez hirslənirlər. Emosionaldırlar. İşgüzar olanları isə daha çox işə meylli olurlar. Vaxtdan şikayətcildirlər. Evli olmayanlar isə evlənməyə tələsmirlər. Mülki nigah və ya yüngül flirt, civi tutmaqla vaxtlarını keçirdirlər. Evlənməməyə səbəb kimi özlərinə tam əmin olmamaqlarını və tam maliyyə təminatlarına sahib olmadıqlarını, ailədən asılı olmaqlarını misal göstərmək olar. Şəxsi münasibətlərdə daha çox mübahisələr bu zaman olur. Ailəli olanlarda xəyanət və qısqanclığa görə, subaylarda evlənməməyə görə təzyiqlərdən. Bu yaş zamanı həyatı yenidən yaşamaq, dəyişmək, yeniləmək, dostları, çevrəni yeniləmək kimi istək və məqsədlər olur. Maddiyyata üstünlük verilir. Bu yaşadək həyatında önəmli uğurları və məqsədləri olmayanlar isə depressiyaya düşürlər. Xarakterin formalaşması və məqsədlərin olması üçün ayrı yaşamaqları məsləhətdir. Özlər
40-45 yaş arasında – “Gənc Kişi” böhran dövrü… Kişi özünə güzgüdə diqqətlə baxmağa başlayır, həyatını nəzərdən keçirir. Narahatçılıq keçirdir. Bir yandan da sağlamlıq öz sözünü deyir. Xəstəliklər, ölüm təhlükəsi, ömrün qısalması faktı. Yaşamağa tələsir. Peşimançılıqlar, depressiya dövrüdür. Qırışlar, ağarmış saçlar, bədəndəki ağrılar, həyatdakı itkilər və qazancları tərəzidə çəkmək hamısı kişiyə təsir edir. Kişi keçmişinə qayıtmaq, gənc olmaq və həyatını yenidən yaşamaq istəyir. Ailəsində narazılıqlar olur, ailəsində xoşbəxt ola bilmir. Ailədə ünsiyyət problemi yaranır. İntim münasibət ailədə olmadığından, özünü cavan və əmin hiss etmək üçün kənarda münasibətlər axtarır. Adətən bu yaşda olan kişilər özlərindən yaşca ən azı 5 il, 10 il kiçik olan xanımlarla münasibətə girirlər. Boşanma halları, təkrar evlilik halları bu yaşa düşür. Ailəli və boşanmayan, kənarda məşuqəsi olan kişilər məşğuqələrini tez-tez dəyişirlər, daimi münasibətə girmirlər. Həyatı yaşamağa tələsdikləri üçün daimi nəsə olmur. Hər bir seçimi tələsik verilən qərar və tələsik yaşamaq, ötərilikdən yaranır. Ailədə problemlərin artmasına səbəb həm də kişinin məşuqəsi, kənardakı macəraları, xəyanəti olur. Qadını bunu hiss edir. Bəzən məşuqələrin sayı bir nəfər deyil, iki-üç nəfər olur. Kişinin maddi imkanı varsa, gəncləşmək üçün daha çox əyləncəyə və avanturalara gedir. Məğuqələri çox zaman tənha qadınlardır. Ya da ki, evli olub, boşanmış qadınlardır. Məşuqəsi olmayan kişilər isə başqa vərdiş və ya əyləncələrə baş qoşur. Keçid dövründə onun həyatında olan qadın-xanımı kişisi ilə daha çox ünsiyyətdə olmalı, ona daha çox vaxt ayırmalı, birgə işlər görməlidirlər, məsələn birlikdə yaradıcılıqla məşğul olmaq, istirahət etmək, əylənmək Xanımı ərinə dəstək olarsa, yeniliklərində ona güc verərsə, onu anlayıb, yanında olarsa, böhrandan qaçmaq olar. Ən təhlükəli və dağıdıcı depressiya və böhran məhz bu yaş keçidi dövrünə təsadüf edir. Bu yaşda onun əla işi və karyerası, layiqli və sadiq dostları, sağlam və xoşbəxt ailəsi ola bilər. Lakin bu ona azlıq edə bilər.
55-60 yaşadək- “Qocalığa doğru” mərhələsidir. Xəstəliklər artır, təqaüd yaşına yaxınlaşmaq, ölüm qorxusu, fiziki passivlik, xroniki yorğunluq özünü göstərir. Daha dərin depressiya, nazlanmalar, inciməklər bu dövrə təsadüf edir. Qadını övlad. nəvəyə diqqət ayırır, kişi yaddan çıxır və ikinci plana keçir.  Bu yaşda kişi keçmişinə baxır, peşimançılıqlar başlayır, geriyə dönə bilmədiyini anlayır və depressiyaya düşür. Düşünür ki, özü üçün yaşaya bilərdi, daha çox şey edə bilərdi. O isə ancaq iş, karyera və ailəsi ilə məşğul olmuş, özünə vaxt ayırmamışdır. Bu zaman hərikisi romantikliyi geri qaytarmalı, birlikdə bir-biriləri üçün yaşamalıdırlar, sanki ikisi də gənclik illlərinə dönmüşlər.
Nəzərə alsaq ki, indi elmvə texnika inkişaf edib, real ünsiyyətdən savayı virtual ünsiyyət var, həmin yaş keçidlərini bilərək, qarşındakı müsahibin ilə ünsiyyət qurmaq çətin deyildir.

Kişilər üçün ən çətin və fizioloji və psixoloji baxımdan aşılmasında problemlər yaradan dövr 18-20 yaş və 40-45 yaşdır.

Belə ki, 18-20 yaş gəncliyə keçiddir. 40-45 yaş isə orta yaş keçididir. Bu iki keçid dövrü çox vaxt böhran keçid dövrləri hesab edilir.

İnsanların fərdi və fərqli olduğunu və xarakterlərin fərqləndiyini nəzərə alsaq, 2-3 il çıxmaq və ya üstünə gəlmək olar.

Hər bir keçid dövründə edilən səhvlər:

Mübahisəyə meyllilik;
Yenilik axtarışı;
Xəyanət və yalan;
Kişinin klimaks dövrü – intim münasibətlərdə problemlər, potensiya baxımından özünə güvənməmək və özünü doğrultmaq istəyi;
Qorunmamış intim münasibətlər və intim tərəfdaşları tez-tez dəyişməklə, xəstəliklərə yoluxmaq və daha sonra xanımına keçirtmək;
Boşanmaq və yenidən ailə qurmaq;
Sağlam olmayan qida və yuxu, rejimisiz qidalanmaq və yatmaq;
Dostların məsləhətlərinə qulaq asmaq.
Hər bir keçid dövrünün insan amili vardır. Psixoloji, sosial, fiziki və intim təsirləri və özünü göstərməsi qaçılmazdır.
Отправить комментарий