2/22/2017

İnsanların münasibətini bilirsiniz nələrə bənzədirəm?!

Nəqliyyat vasitəsinə bənzədirəm, dayanacağa gəlir, sərnişin yığır, sərnişini yük və insanlarla ünsiyyətidir, dəyişir tez-tez sərnişinləri, bəzən daimi sərnişinlər olur, bəzən ötəri…

Bəzi insanların münasibətlərini mətbəx kombaynına bənzədirəm, münasibətlərinin nəticələrində nə istəsən var.

Bəzi insanların xarakterləri blender kimi xırdalayan, mikser kimi qarışdıran olduğundan münasibətləri də xırdalayıb qarışdırırlar.

Dərsliyə bənzədirəm, mətnindən asılı olmayaraq nəsə öyrənirsən hər münasibətdən.

Mətbəxə bənzədirəm, öncə bişir münasibət, sonra ye ki, yeyəsən, doyana qədər…

Təbiətə bənzədirəm, hər mərhələsində bir fəsil vardır.
Отправить комментарий