2/21/2017

İnsan olun, heyvan yox… (satirik, tənqidi yazı)

Mənə çox maraqlıdır, dost və sevgilisinə heyvan adlarını demək və heyvana bənzətməklə, nə demək istəyirlər, qarşı tərəf bu ad və müraciətə niyə belə sevinirlər?

Əslində, insan da vəhşi təbiətdən çıxıb və ən ali heyvandır. Sadəcə təkamül prosesi nəticəsində indiki səviyyəyə çatmışdır.

Yazı tənqidi, yumoristik yazıdır. Kimsə inciməsin, sadəcə düşünsün. Çünki düşünməyə dəyər.

Dost və ya sevgilisinin “Quzum” sözünə sevinən qızlar, böyüyüb qoyun olmaq, qurban bayramında kəsilmək arzusundasınız?!
“Dovşanım” sözünə sevinən insanlar, kişilər, yəni belə cəldsiniz, hər yerdə, yataqda belə işinizi 7 saniyəyə görürsünüz? Kişi üçün bundan ağır təhqir ola bilərmi?!
“Şirim” sözünə sevinməyinizə səbəb nədir? Heyvan olduğunuzu və digər heyvanların şahı olduğunuzu və vəhşi təbiətdə yaşadığınızı qəbul edirsiniz? Arada bir də, şir kimi nərə çəkərsiniz?!
“Ayım” sözünə sevinənləri heç anlamıram. Yəni ayı kimi “alfonsluq”- edirsiniz, yeyib-içib yatırsınız, bədəninizin iziki ölçüləri də o qədər böyükdür ki, qapıdan keçmirsiniz?
“Çaqqalım” sözünə sevinənlər, siz də onun kimi artıqları, köhnə hər şeyi əldə edirsiniz, ən sonda gəlirsiniz, ən axırıncı heyvansınız?
“Tülküm” olmağınıza da sevinirsiniz? Tülkü kimi bic və riyakar olduğunuzu etiraf edirsiniz?
“Pişiyim” kimi vəhşi, oynaq, cəlbedici və diqqəti cəlb etməyə çalışan insansınız? Kimsə sizə sahib çıxsın və sizi əzizləsin?Siz də nəsə xoşunuza gəlməyəndə, onu caynaqlarınızla yaralayasınız və arada da miyoldayasınız?
“Donuzum” kimi palçıqda eşələnənsiniz?Xoruldayırsınız?İnsanları özünüzdən uzaqlaşdırırsınız?
“Balığım” kimi danışmaqla aranız yoxdur, susaraq özünüzdən balacalarla qidalanır, böyüklərə qida olursunuz?
“Eşşəyim” deyəndə də arsızlığa salıb gülürsünüz, yola verirsiniz, yaxşı ki, bəzi ikiayaqlı eşşəklər kimi anqırmırsınız insanların arasında.
“Meymunum” deyəndə də, sevinməyin, yəni onun kimi meymunluq edir, hoqqalar çıxardırsınız.
“Zürafəm” deyib bənzədirlər zürafəyə. Fəxr edirsən? Boyun uzun olması üstünlük məgər? Bəs ağıl, bəs savad, bəs əxlaq və mənəvi dəyərlər? Zürafəyə bənzəməkdə həm də zolaqlarınız var, ağ və qara, bu isə o deməkdir ki, şəxsiyyətlərinizi sayı çoxdur, simalarınız kimi… Bununla fəxr etmək olarmı?
“İlanım” deyərsə, özünüzə tərif bilməyin. Nə olsun ki, zəhərindən tibbdə istifadə edilir dərman kimi, nə olsun ki, cəldsiniz, uzunsunuz, fərqlənmir torpağın rəngindən rənginiz… İlanın başını əzərlər, bir daha dirilməz. İlan başını bərpa edə bilməz.
Həyat və insanların yaşadığı iri şəhərlər sizin üçün nə zooparkdır, nə sirkdir, nə də vəhşi təbiət, qoruq, yasaqlıq. İnsan olun, heyvan yox. Qoy heyvanlar olsun heyvan…
Отправить комментарий