2/21/2017

İndiki zamanda

Evi sevgi və insan nəfəsi deyil, kombi və ceyran peçi, elektrik soba qızdırır…
Sən pulu axtarıb tapan kimi pul səndən qaçır…
Işəgötürən və iş səni deyil, sən onları aylar, illər boyu axtarırsan…
Əmək müqaviləsi, müqavilə olmadan işləmək 15 yaşında kəbinlə ərə gedib qanunsuz uşaq doğmağa bənzəyir.
İnsanlar mebel kimidir, ən yaxşısını istəyərsən, qiymətini biləndə isə vaz keçərsən… Ucuz olanda keyfiyyətinə görə, baha olanda isə şübhələrinə görə.
Kişinin ki, ağıl, savad, əxlaq, işgüzarlıq, yumor hissi, emosional cəzbetməsi, istedadı, yaradıcı ruhu yoxdu, sıradan biridir.
Отправить комментарий