2/21/2017

Hərdən, bəzən…

Bəzən dünya dünyama dar gələr, bəzən nəfəsim kəsilər, bəzən nəfəsini kəsərəm nəfəsimi kəsənlərin…
Bəzən susuz qalar boğazım, quruyar ürəyim, qanım azalar, qaralar, bildiyimdən, həqiqətdən dönmərəm…
Bəzən susub danışmaram, sadəcə baxaram biganəliklə, bu baxışım bıçaq kimi girər sənin ürəyinə, ruhunu yaralayar…
Bəzən düşünərəm ki, nəsə, ya da kimsə çatışmır, bəlkə səni axtararam onların arasında, bəlkə də sevgi, diqqət, qayğını, sonra gülərəm özümə, o, getdi, dönməyəcək, ancaq mən varam…
“Bəzən”ləri boş buraxdım, “kaş ki”ləri silmişəm leksikonumdan…
Bircə qalıb “ola bilsin ki…”
Отправить комментарий