2/21/2017

Gecikmişəm

Sənə yazıram bu gün:
Salam, gəlmişəm yenə,
Yenə həmin ünvanda
Gözləyirəm səni mən…

Baxıram düzdür ünvan,
Həmin yer, həmin məkan,
Soruşanda qonşundan,
Dedilər ki, köçmüsən…

Yeni ünvan istədim,
Kövrəldi qonşun sənin,
Yeni ünvanın artıq,
Başdaşısız məzardır…



Bilirəm, gecikmişəm,
Bilirəm, səhv etmişəm,
Sonra məyus olmağım,
Nəyi dəyişər axı?
Отправить комментарий