2/21/2017

Evli kişiləri sevməyin…

Evli kişiləri sevməyin qızlar…
Bir zaman əriniz olacaq axı…
Evli kişilərə bel bağlamayın…
Yarıdan olsaydı, insan olsaydı,
Xanımı olardı sevdiyi qadın…

Evli kişilərə siz inanmayın,
Aldanıb, qurbanı olmayın barı…
Oynayıb sizinlə bir gün atacaq…
Evli kişinin də evində vardır,
Sizintək bir gözəl, cavan xanımı…

Evli kişilərə siz baş qoşmayın,
Sözünün üstündə durmaz çoxusu…
Evli kişilərin var bir qanunu:
Danışır, vəd verir, amma əməldə,
Havadır, küləkdir, boşluq kimidir…

Evli kişilərə siz bulaşmayın,
Çirklidir, iyrəncdir, onların qəlbi…
Bir şey anlayın, evli kişinin
Tualet kimidir sanki bir yeri,
Hər kəsə açıqdır onun “qapısı”…

Evli kişiləri rahat buraxın…
Ailə dağıtmaq günahdır axı…
Bu gün səninlədir, sabah başqası
Olacaq onunçün sevgi dünyası…
Отправить комментарий