2/21/2017

Evim…

Yenə mən, Yenə tənhayam… Qaçmağa yenə yer axtarıram…

Evim olmur son dayanacaq, Bir işarədir mənə evimdə dəli olmaq…

Əzbər bilirəm artıq, hər küncünü, yerini… Dəyişsəm də mebellərin yerini…

Evim bənzəyir tənhalıq yuvasına, qızınmaq olmur soyuq aylarda…

Hər yerdə ətri, xatirə, hər yerdə iz, hər yerdə nəsə qalmış onlardan…

Evimdə var hər şeyim, amma yoxmuş kimidir… Yoxdur sevgi, istilik, kimsə məndən savayı…

Guya nəsə dəyişib? Hiss edilmir nəsə… Həmənki boşluqdayam… Həmənki yasdayam… Depressiyadayam… Həyatımda o var, ya yoxdur, fərq etmir…

Yenə tənha qoyuram başımı yastığa, kimsə qucaqlamaz məni, öpməz yanağımdan yuxuya getməmişdən öncə…

Kimsə oyatmaz səhər tezdən… Kimsəylə yemərəm səhər yeməyimi…

Yenə danışaram öz-özümlə… Yenə tək baxaram yüklədiyim filmlərə… Yenə tək rəqs, idman edərəm, tək həll edərəm testləri… Tək oxuyaram kitabları… Paylaşmaram özümdən savayı kiminləsə fikirlərimi…

Evim bozdur, soyuqdur, qəlbsiz qalıb mənim kimi… Bir insan üçün böyük olsa da, dardı… Sığışmıram ora…

Sıxılıram, boğuluram… Birisi lazımdır unutdursun mənə yaşadıqlarımı… Sesin məni, sevdirsin özünü… Birisi ki, ona məxsus olum, xoşbəxt edim xoşbəxt olduğuma görə…

Yoxdur eləsi… Hamısı eynidir… Sıravidir mənim üçün…

Əfsuslar olsun ki…
Отправить комментарий