2/21/2017

Eh…

Elə istəyirəm soyuq havada,
Gəzinim, dolaşım boz küçələrdə…
Elə istəyirəm, gəzinən zaman,
Qarşıma çıxanlar heç üşüməsin…

Elə istəyirəm, qışqırım bərkdən,
Dayansın ürəyim qışqıran zaman…
Elə istəyirəm ölüm gülməkdən,
Kənardan baxanlar “bəxtəvər” desin…

Elə istəyirəm, qaçım, dayanım,
Zaman da dayansın, baxım ətrafa…
Elə istəyirəm, gülüm bir azca,
Gülərkən, göz yaşım gizlin axmasın…

Elə istəyirəm, bir az üşümək,
Donmadan qızınsın boşalmış ürək,
Elə istəyirəm, ürəyim üçün…
Nəhayət layiqli sakin tapılsın…
Отправить комментарий