2/21/2017

Dәyişkәn sevgi…

-Bax, sevgilim, buludlara?

-Nә var burada?

Yağış yağacaq, yaz yağışı.
-Yağışı sevmirәm, soyuyur hava, qalın geyinmәli oluram, ayaqqabım su keçirsә, xәstәlәnirәm.

-Eh, su aydınlıqdı, yağış sәrinlәmәkdi, göyün göz yaşlarıdır, yağış tәnhalıqdı, gәzәrkәn yağışın altında. Yağışdan sonra hava açılır, göyqurşağı çıxır, nәm otların iyi, yarpaqlardan damlayan damcılar…

-Bir dә yollardakı palçıq, yolla gedәrkәn üşüyәn insanlar, çәtir altında gizlәnәnlәr…

Bir dә yağışda görüşümә gәlmәmәyin, mәni tәk qoymağın. Ayrılırıq sevgilim…
-Axı niyә?Daha mәni sevmirsәn ki?Sәni sevirәm…

-Mәn dә sevirәm sәni… Amma sәn yağışı sevmirsәn mәnim kimi… Sevgin hava kimi dәyişkәndir.Yağışdan belә qorxur, gәlmirsәn görüşümә… Bunun payızı var, bunu qışı var, bunun külәyi var, bunun qarı var… Sәn hәlә hazır deyilsәn… Sәn sevmirsәn mәni… Yağışda tәk qoyan qarda, buzda da tәk qoyar mәni…Әlvida…
Отправить комментарий