2/21/2017

Dost kimi

Dost kimi yazıram sәnә….

Yazıram ki, unutmamışam sәni…

Dost kimi başlamışdıq, dost kimi davam edәk…

Sevgimiz dә olsun dost kimi…

Sәn dost kimi gәl görüşә…

Gedәk kafeyә, bir çay içәk, danışaq indidәn, gәlәcәkdәn, susaq, keçmişimizi salmayaq yada…

Yeniliklәrimiz, xәbәrlәrimizi paylaşaq dost kimi…

Mәn danışım, sәnsә dinlә, qınama mәni… Dostlar qınamaz…

Dost kimi qucaqla mәni, sıx әlimi, öp yanağımdan…

Zarafat edәk dost kimi, gülәk, susaq…

Düşsün nәsә yadımıza keçmişdәn, susaq… Baxaq kәnara…

Hesabı istәyәk, baxaq bir-birimizә dost kimi…

Unudaq bir zamanlar sevgimizi, yaşadıqlarımızı, yaşaya bilmәdiklәrimizi, yarımçıq qoyduqlarımızı bir başqasıyla yaşayaraq davam edәk…

Sirrimizi paylaşaq öz aramızda…

Çıxaq kafedәn, ötürüb  mәni dayanacağa,  әlinlә sağollaşasan…

Gedәsәn öz yoluna… Baxım arxanca dost kimi, bir әlimlә silim göz yaşlarımı… Özümüzü aldadırıq… Çәtin ki, sәndәn mәnә dost çıxa, nә dә ki, mәndәn sәnә…

Bu son  görüş idi bir dost kimi… İtirirәm izimi… “Әlvida, dostum” deyirәm, dostluğumuzu, yalan oyunumuzu, dostluq adlı oyunumuzu…

Mәndәn sәnә dost çıxmaz… Çünki sәni sevirәm…
Отправить комментарий