2/21/2017

Deyin ona…

Deyin ona, mənim adımdan, mən hələ sağam, vurulmamışam, yıxılmamışam, sağaldası yaralarım da yoxdur. Narahat olmasın…

Deyin ona, nəfəs alıram, verirəm… Həyatımdan xeyli məmnunam… Çox xoşbəxtəm tənhalığıma…

Deyin ona, əslində çox sevinirəm… Başqa dostlarım var, məni sevirlər, mən də sevirəm onları…

Deyin ona, minnətdaram… Ağıllı olduğuma bir daha əmin oldum, onu tanıdım deyə… Yanıltmadı məni…

Deyin ona, mən çox xoşbəxtəm… Qurtuldum deyə… Vaxtında bildim kim olduğunu…

Deyin ona, bir az ağlımdan verə bilərəm… Çünki nə varsa, özümünküdür, oğurlamıram, yalan demirəm…

Deyin ona… Ruhuna hopdura bilmədi… Ruhuma toxuna bilmədi… Pakdır ruhum… Kirlənmədi…

Deyin ona… Yadımda deyil ki, unudam onu… O qədər iş var ki, görülməli, oxunmalı kitab var… Sevilməli insanlar var…

Deyin ona, deyiləsi sözüm yoxdur… Şərh vermirəm…
Отправить комментарий