2/21/2017

Bir xahişim var səndən, salma yerə…

Foto: Nurlan GM

Xahişlərim var səndən…

Yaz özün üçün qeyd şəklində… Unutmayasan deyə…

Yalan danışma mənə…
Məni sevmə…
Mənə bağlanma…
Məni qaldırma gözündə, qəlbində zirvələrə, gözündən itməyim deyə, sonra düşməyim yerə gurultu ilə…
Ayrılsaq əgər, ya da mən ölsəm, əsla ağlama…
Peşiman olma, məni tanımağına…
Susmağıma can atma, soruş nəsə, danışdır məni…
Xəyanət etmə…
Yalan danışsan, xəyanət etsən, gizlətmə…
Getsəm əgər, saxlama məni…
İncisəm, barışma…
Səhv etsəm, bağışlama…
Ağlasam, gülsəm, düşünmə ki, səmimiyəm…
Aldanma mənə…
Xoşbəxt olma mənimlə…
Axtarışda ol, olsun ehtiyat kimsə…
Bir gün olmasam, boşluqda olmayasan, darıxmayasan, kimsə doldursun yerimi, unutdursun sənə yoxluğumu deyə,dostlarından uzaqlaşma
Tənqid etmə məni, nə də ki təriflə məni…
Soyudumsa səndən, qızıtmağa çalışma…
Qırma məni, qəlbimi, ağlımdan çıxara bilərəm səni…
Отправить комментарий