2/21/2017

Bir bəndlik şeirlərim…

Bu nə təbiətdir, bu nə havadır,
İnsanın keyfinə sanki bənzəyir
Bir gün yağış yağır, bir gün istidir,
Bilmirsən qış gəlib, yoxsa payızdır…

İnsanın özünün vardır havası,
Dəyişir bir anda təbiət kimi,
Gah uçur göylərdə, xoşbəxtdir deyə,
Gah da ki, quyunun lap dibindədir…

İnsanlar ötübdür indi hər fəsli,

Qışıtək soyuğu, donduranı var,
Payıztək ağlayan, ağladanı var,
Yay kimi qızınıb yandıranı var,
Yaz kimi qızışar damarında qan…
Yaz kimi qalıbdır keçid dövründə…
Отправить комментарий