2/22/2017

Bilirsən, niyə?!

Bilirsən, sənə niyə nifrət edirəm?!

Haradan biləsən? Sevməyə bir səbəb tapa bilmirəm…

Bilirsən, nə üçün buradan çıxıb gedirəm?!

Çətin biləsən! Burada sən varsan, dəli oluram…

Bilirsən, nə üçün mən darıxmıram?!

Bilirəm, bilmirsən! Tənhalığıma sığınmışam, o öyrədib mənə darıxmamağı…

Bilirsən, nə üçün çox vaxt susuram?!

Bilmirsən, axı… Həyatım seçmişdir mənim yerimə danışmamağı…

Bilirsən, nə üçün çox vaxt gülürəm?!

Yenə bilmirsən! İnsanlar oynayır özgə rolunu, süni görsənir kənardan oynadıqların rollar, təbəssümüm ironikdir, gülüşüm acı, baxışım da sərt…
Отправить комментарий