2/21/2017

Axtarma məni

Axtarma, məni… Nə şəhərdə, nə ölkədə… Bu şəhərdə, ölkədə ola-ola, yoxam sənin üçün…
Axtarma, məni… Qəlbində… Qəlbində nə mən varam, nə də qəlb, ruhum… Geri götürmüşəm gedən zaman…
Axtarma, məni… Telefonunda… Zəng etsən də, yazsan da, tanımayacağam nömrəni, qoyacağam cavabsız, silmişəm səni…
Axtarma, məni… Heç kimsən mənim üçün, heç kiməm sənə… Ümidini kəs, bəri başdan…
Axtarma, məni… Həyatında… Elə getmişəm ki, izim belə qalmamışdır gedəndən bəri…
Axtarma, məni… İnternetdə… Çıxdıqca önünə səhifələr, yazılar, şəkillər, dönəcəksən dünənə, keçmişə… Həyat davam edir. Bu gününlə yaşa…
Axtarma, məni… Fikirlərində… Fikirlərinə virus yolladım, sildi yaddaş, fikirlərindən məni, bərpa edilməz bir daha… Format etmişəm ağlını… Bərpa etsən də sistemini, mən olmayacağam orada…
Axtarma, məni… Dostlarının yanında… Dostlarımın yanında sən olduğun zaman mən yoxam… Hər kəs bilir, sən olan yerdə, yoxam mən…
Axtarma, məni… Səbəblərində… Olan oldu… Dəyişməz heç nə… Səbəbləri bilməklə, dönməyəcək sevgi, hörmət…
Axtarma, məni… Hər darıxandığın zaman… Vaxtında darıxmadın… Darıxma indi…
Axtarma, məni… “Axtarma məni” dediyimə görə… Nə vicdan əzabı çək, nə ürəyini üzərək ağrıt, nə də beynini düşüncələrinlə yor…
Hər son bir başlanğıcdır, hər gedişdə bir gəliş var… Bunu unutma…
Sadəcə olaraq, axtarma…
Отправить комментарий