2/21/2017

Ağlaram

Varlığınla sevindirәn Adamım, yoxluğuna bil ki, tәnhalığımla tәk qalaraq ağlaram…

Sevgini bәxş edәn doğma Adamım, nifrәtin doğarsa, yadlaşarsan, ağlaram…

Hәr görüşә gecikmәdәn gәlәn Adamım, bir gün görüşümә gәlmәsәn әgәr, ağlaram…

Hәyata qaytaran, muzam Adamım, bir gün ölsәm sәnin üçün, ağlaram…

Gözlәrin gözümә baxan Adamım, o gözlәr baxarsa bir başqasına, susub ağlaram…

Danışıb gülmәyi, dinlәmәyi, hәr işi birlikdә görmәyi öyrәdәn Adamım, sussan, hәr işdә sәnsizlik olsa, anlaram sәhvimi, içdәn ağlaram…

Gәlişinlә gәtirәn mәnә aydınlıq, işıq, Adamım, aydınlıq yox olsa, dünyam qaralsa, bil ki, ağlaram…

İsti nәfәsindә, sevgi dolu qәlbindә mәni qızıdan Adamım, bir gün üşüsәm, soyuqlasam, xәstәlik taparam, yenә ağlaram…
Отправить комментарий