2/21/2017

Aforizmlərim

Foto: Çinarə Ömray
1. 18 yaşımdan bəri 15 ildir hər hansı bir siyasi partiyanın üzvü olmamışam, mitinqlərdə iştirak etməmişəm, siyasətə qarışmamışam, ona görə də müstəqiləm, başım dincdir.
2. Yağış və qar yağan günlərdə işıqforlar işləmir, yəqin beyin və sistemlərinə su damır.
3. Eyib və problemləri görmək üçün onlara öncə kənardan, sonra içindəki episentrindən baxmaq lazımdır.
4. Boşananların və dul qalanların sayları artdıqca, cəmiyyətin gözündə potensial bakirə olmayan f…. say artması kimi görsənir…
5. Bir millәt vә ya xalqın, cәmiyyәtin heç nәyi olmasın ermәni vә farslar kimi, amma özlәrini hәr şeyә malik kimi aparsın, bir dә ki, bizim kimi hәr şeyimiz var, bәyәnmәyib yoxmuş kimi aparsın…
6. İnsanları tanıdıqca, özümü daha çox sevirәm…
7. Pәrdәlәrsiz yaşayanlar xarizmatik olurlar…
8. Sosial şəbəkələrdə qız profili adı altında dostluq yollayan sonra kişilәşәn kişiciklәrin sonradan cәrrahiyyә әmәliyyatı nәticәsindә cinsini dәyişәn translardan fәrqi yoxdur mәnim üçün…
9. Zәruriyyәt tәsadüfü, sәbәb nәticәni doğar, sonda isә insandan insan doğular…
10. Ürәk şәrab, siqaret, qәlyan istәyәndә, yadınıza salın ki, onlar sizin ürәyinizi istәyir, ürәyiniz onları yox…
11. 100 addım at, istiqamәti özün seç. Önә, geriyә, sağa, sola, ya yerindәcә addımlamaq…
12. İnsanlar atom hissәciklәri kimidir, mәnfi mәnfini, müsbәt müsbәti itәlәyәr, mәnfi müsbәti cәlb edәr…
13. Mәni dişlәyәn iti dişlәmәrәm, öldürәrәm ki, başqasını dişlәmәsin, digәr itlәrә dәrs olsun, qudurğanlığını yayıb, insanları qudurtmasın…
14. Mәn şeytanam, şeytan da bir mәlәkdir.Demәk ki, mәn bir mәlәyәm.
15. Vaxt gələcək, elə şəkillərim, videolarım, audiyazılarım, yazılarım, əlyazmalarım üzə çıxacaq ki, rəhmətliklərə rəhmət deyəcəksiniz, mənə isə “lənət”…
16. İnsanlar bir mənlə tanış olub salamlaşmağa tələsirlər, bir də ayrılmaq üçün vidalaşmağa… Tələsməyin, insanlar, tələsməyin, mənlə bağlı qərarınızı verəndə…
17. Dəb xətrinədir… Yaşamaq da, ölmək də… Sevmək də, nifrət etmək də… Danışmaq da, susmaq da…
18. Qara bazar, qara insanlar, qara niyyətlər, qara satış, qara qızıl, qara bəxt, Qara bağ, qara zolaq, qara dünya, qara dəri, qara geyim, qara təfəkkür və arzular, qara qüvvələr… Hər rəngdə bir qara vardır, bir də ki, ağ…
19. Mən kimisə itirmirəm, məni itirirlər. Mən isə məni itirənə görə üzülmürəm, o itirdikdən sonra kimsə məni qazanır deyə…
20. Səndən sənə etsəm şikayət, kim baxar şikayətimə, kim icraya yönəldər, məsul olar görəsən?!
21. Bir yanımda sən ol, bir yanımda mələyim, mən sizi sevim, sizsə məni sevməsəniz də, qoruyun pisliklərdən, özümdən, günaha girməkdən… Razısınız?
22. Vicdanın yoxluğu insanın rahat, sağlam yaşamasının ən əsas sığortaçısı, zaminidir… Vicdansızlıq xoşbəxtliyə aparır…
22. Bir insanı həyatınızdan silmək üçün ilk növbədə onu beyninizdən və yaddaşınızdan silin, silindisə, avtomatik olaraq qəlbinizdən və həyatınızdan silinəcək… Bir insanı həyatınızdan silmək üçün ya işə başınızı qatın, boş vaxtınız az qalsın, ya da başqa birisini tapın, onu əvəz etməyə bilər, amma ondan daha yaxşı ola da bilər. Pozitiv olun, gedəni saxlamazlar. İtirən çox zaman gedən tərəf olur. Çünki sizdən gedərkən sizi itirmiş olur.
23. Hər zarafatda zarafatın az da olsa payı vardır, qalanı isə acı reallıqdır. Cəsarət edib üzümüzə birbaşa deyə bilmədiklərini insanlar zarafatla deyərlər…
24. Gəlin ocağa düşər… Düz deyiblər, gəlin hara gedir, bir tonqal yandırır ki, öncə üstündən atlanırlar, odu böyüdükcə, söndürə bilmirlər…
25. İnsanları tanıdıqca, biganələşirsən, yalanı doğrudan seçdikcə, insanları tanıyırsan… Yəni yalana, doğruya qarşı biganə olursan… Ona görə də insanın ən böyük dostu və düşməni də onun özüdür, özündən başlamalıdır… Özünü aldatmaq və ya özünə doğrunu etiraf etməklə, insan özünü tanıyır, sonra da yalan və doğrularını tərəzidə çəkməklə, biganələşir özünə…
26.İnsanlar var, çoxdur, insanlıq azdır, yox dәrәcәsindәdir…
27. Elәlәri var ki, onlara salam vermәklә, Allaha qarşı haqsızlıq, adını aşağılamış olursan, çünki salam sözünә belә dәymәzlәr…
28. “Pul əl çirkidir” deyənlərin əllərinə pul dəyməyib, dəysəydi, çirkli əllərini elə pulla yuyardılar…
29. Mәnә bir sәbәb göstәr, o bir sәbәbindә әks olunsun başqa, yüz, min sәbәbin… O sәbәb ki, inandıra bildirsin mәni…
30. Özümdәn çox sevә bilmәrәm sәni… Qınama mәni… Sabah sәn dә gedәcәksәn, qayıdacaq tәnhalığım, sükunәtim… Әn yaxşısı budur, heç sevmәyim…
Отправить комментарий