5/31/2016

Ölüm səndən mən qorxmuram…

Ölüm, səndən mən qorxmuram… (satirik, yumoristik)
İnanmırsan?! Nahaq yerə!
Gəlirsən?! Gəl!
Xoş gəlmişsən!
Açıqdır qapım, keç içəri,
Otur lap yuxarı başda…
İstəyirsən əcəli də çağır, gəlsin,
Etsin sənə - qardaşına indi yardım,
Boğsun məni suda,
bilir axı, üzə bilmirəm, hələ də…

Ölüm, səndən heç qorxmuram…
Düşsə də, başıma
özüm boyda daş,
Qalım lap daşın altında,
nə olsun ki,
nə var burda şişirdiləsi, qorxulası?!
Vursun maşın, qatar,
tapdalasın at,
Tikələrim düşsün pərəm-pərəm…

Ölüm, səndən bax, qorxmuram,
At məni eyvandan üzü aşağı,
Olsun zəlzələ,
Dağılsın bina,
qalım altında,
sağ çıxmayım
bircə qorxuram oddan,
Yandırma məni, diri-diri,
yanmayım sağkən…

Ölüm, səndən heç qorxmuram…
Bu həyatda nəyim var ki?!
Nə qoyuram özümdən sonra mən insanlara?
Axı heç nə?!
Qalım nigaran kimdənsə?!
Yoxdur elə birisi,
hamısı silibdir məni…
Nə nəyim var, nə də kimsəm itiriləsi…

Ölüm, səndən heç qorxmuram,
Lap olsun,
yol qəzası,
çevrilsin içində olduğum maşın…
Hər kəs sağ çıxsın içindən,
yaşasın…
Bir məndən savayı…
Mənim sınsın hər yerim,
son nəfəsim gəlsin, getsin…

Ölüm, səndən heç qorxmuram,
İnanmırsan mənə yenə?!
İstəyirsən kəsim damarlarımı?!
Yoxsa asım özümü,
kəndir bağlayım boğazıma…
Bəlkə dərman içim çoxlu sayda,
Fərqli fərqli, rəngbərəng, acılı, şirinli,
Təsir etsin mənə, vurmasın ürəyim…
Ya da ki, vursun elektrik cərəyanı, ildırım,
At məni göyə, çırp sonra yerə,
Yüksəklikdən qorxuram axı...

Ölüm, səndən heç qorxmuram,
Onsuz da deyiləm sağlam,
Xəstəlik verməklə,
qorxuda bilməzsən məni…
Cəsarətliyəm, çağırıram səni duelə…
Bacarırsan, göstər məharətini…
Qorxutma məni,
sadəcə gəldinsə,
apar özünlə…

Ölüm səndən mən qorxmuram...
Getsəm də, ön cəbhəyə,
Partlasın mərmi,
qəlpələr girsin bədənimə...
Qoy əzsin məni tank
tırtıllarının altında...
Ən öndə olum,
bayrağımı qaldırım,
İrəliyə doğru gedim,
qaçım sevincimdən...
Qələbə bizimdir axı,
inandırmalıyam hər kəsi,
özümü belə...

13173691_1010225432417790_5548564690408890466_n

Bir gecə…


IMG-20160324-WA0020
Bir gecə bəs etdi ki, darıxım sənin üçün…
Bəs etdi ki, anlayım nə qədər yaxın, həm də uzaq olduğunu…
Bəs etdi ki, insanlığını görüm, etibar edim sənə…
Bir gecə bəs etdi ki, susum, gözlərimdən oxuyasan demək istədiklərimi, deyə bilmədiklərimi, söylədiklərimin alt mənasını tutasan…
Bəs etdi ki, qoxun hopsun mənə, çəkim içimə…
Bir gecə bəs etdi ki, yanım ehtirasında, odunda alışım, soyuqqanlığında donum, üşüyüm…
Bəs etdi ki, qucaqlayasan məni, buraxmayasan… Hiss edim özümü, qadınlığımı, əsl kişisən, bilim ki, sən varsan, məni qoruyacaqsan. Dəyməz xətrimə, incitməzsən məni…
Bəs etdi ki, həm uzaq olum səndən, həm də yaxın, bir az məsafə qalsın aramızda… Mən sənin deyiləm, sən də deyilsən mənim…
Bir gecə bəs etdi ki, bir gecədə yaşandı, başladı, bitdi…
Bir gecə bəs etdi ki, birlikdə ağlayaq, gülək… Bu qədər ziddiyyətli oldu bir gecə…
Tək özümə yetmədi bir gecə… Mənə az oldu, ya çox bir gecə?! Bilmirəm hələ…vvvvv

5/26/2016

OVÇU VƏ OV (Hekayə, təmsil)

13179460_10207016509031518_2796508613052158595_n
Müəllif: Hər bir insan ovçudur… Nəyisə və ya kimisə ovlamaq, əldə etmək, mənimsəmək, mülkiyyətinə çevirmək istəyər…
Ovçu: Bir canımızla gəlirik dünyaya, bir canımızı aparırıq bu dünyadan… Amma bütün həyatımız boyu axtarışdayıq, tapırıq, qaçırıq, tələsirik, piyada gedirik, gecikirik… Ovçu olub ovlayırıq… Ali varlığıq, amma genimizdədir ovlamaq, qanımızdadır ova çıxmaq, əldə etmək istəyi… Gözlərimiz hey axtarır, beynimiz mülahizə, təhlillər edir, skan edir, ovlarımızı…
Müəllif: Ovlarımız olur hər şey, nəyi və kimi istəyiriksə… Ovu istəyiriksə, dayanmırıq… O bizim olmalıdır… Bu qədər dəqiq, bu qədər qəti…
Ovladıqlarımızı isə burada qoyuruq, ölən zaman, bu dünyada… Niyə bu qədər önəmlidir ovçu olmaq, ovlamaq?!
Ovçu: Doğulduğumuz gündən ilk ovumuz adımız olur, anamız olur, ac oluruq, istəyirik qidalanmaq… Dişlərimiz olmadığından yeməyimiz ancaq süd olur… İçirik hələ ana südünü… Anamız və onun süd dolu döşlərini ovlayırıq doğulan andan… Buraxmırıq doyana qədər… Adımız doğulmamış müzakirə mənbəyi olur, bəzən isə mübahisə obyekti olur… Bir razılığa gəlinir, qoyurlar adı, mənlə razılaşdırmırlar, yaraşır mənə, ya yox, istəyirəm ya yox… Onlar üçün hələ balacayam… Yerimə həll edilir çox şey, nə daha önəmlidir… Yerimə ovumu valideynlərim, cəmiyyət, ətraf mühit edir…
Müəllif: Ovum kim və ya nə olsa da, hamıdan üstünü, mükəmməli olmalıdır… Seçilməliyik, üstün olmalıyıq, ovumuzu göstərib fəxr etməliyik özümüzlə…
Ad qoymalıyıq, mənimdir o və bular… Mülkiyyətçiyik… Paylaşmırıq ovumuzu… Əlimizdən almaq istəyəndə isə heyvanlaşırıq… Əslində, biz də heyvanıq… Ali heyvan- Homo Sapiens… Özümüz azadıq guya, azad olmaq, ova çevrilməmək niyyətindəyik… Azad olanları isə məhrum edirik azadlıqdan, canlı və cansız həyatından… Onlara qıyırıq bunu, özümüzə isə qıymırıq, eqoistik əslində, özü də çox eqoistik…
Hər bir insan bir ovçudur, ovu isə nələr və kimlərsə… Hər kəs ovçu olmaq istəyir, ov olmaq deyil… Qaçır ovunun dalınca, qaçır özü kimi ovçulardan…


Ardını pdf formatında olacaq kitabdan oxuya bilərsiniz…
Bu reklamlar haqqında
Occasionally, some of your visitors may s

5/24/2016

Yenə...

11074132_10204644321248306_1418169557336614298_n
Şər qarışıb yenə…
Gecədir… Nə ənni var yolda, izdə, nə də cinni…
Tənhayam sanki bu böyük şəhərdə… Hər kəs yatır, mənzillərdəki, küçədəki işıqlar yanılı olsa da…
Şər qarışıb yenə…
Ölüm tək sakitdir hər yer… Təbiətin səsi gəlir qulağıma…
Kölgəmi görürəm ancaq, məni izləyir…
Baxıram mətbəximdəki pəncərədən küçəyə… Darıxıram… Nəfəs ala bilmirəm sanki… Fiziki ağrıya çevrilib mənəvi ağrılarım… Boşluq belə ağrı verir, boşluq belə bağlayıb irinli yara…Yaralarımı sağalda bilmədikcə, kəsib atıram, spirtləyirəm, duz basıram yerinə, qanını kəsməyə çalışıram… Sanki bu yaralar xərçəng xəstəliyidir bədənimdə olan, metastazdan qorxuram…
Rahatlıq buraxmır məni vicdanım… Nəfəs almaq üçün çıxıram balkona… Baxmıram əynimdə nə var, geyimimim hayında deyiləm…
Əlimdə stəkanda şərab, baxıram balkondan aşağı… Havanı çəkirəm ciyərlərimə… Gözlərimi yumuram… Gözlərim yanır… Otururam bir küncdə, telefonda qoyuram bir musiqini… Dinləyirəm… Ayrılıram bu dünyadan… Səyahət edirəm iç dünyama… Ağlatmağa çalışıram özümü belə anlarda…
Heç nədən, heç kimdən qorxmuram… Həyatda hər şeyi görmüşəm, ən pisini də, ən yaxşısını da…
Zorlamağa da cəhd ediblər məni, həm fiziki, həm mənəvi… Pulsuz da qalmışam, işsiz də, kirayə qaldığım evdən qızımla az qala küçəyə də atılmışam işsiz qalanda… Ən pis halda, ailəmi dağıtdım, ərimdən sonra həyatımdan qızım çıxıb getdi…
Səhhətim də əldən gedib… Üzdə sağlamam, hamı aldanır üzdən cavan, gözəl, sağlam görsənməyimə… Yenə həmişəki kimi içim özümü yandırır, çölüm özgəni…
Bir dərin ah keçir içimdən, dərindən nəfəs alıram…
Xəstəliyimi, keçmişimi unutmağa çalışmıram, çalışdıqca, unutmaq olmur onsuz da… Boş buraxmışam… Harada qırıldı, qırıldı… Bu xəstəlik xalamı alıb apardı, sonra 20 yaşı tamam olmamış əmim nəvəsini… Növbə deyəsən mənimdi…
Vəsiyyətimi də açıqlamışam dəfələrlə yazılarımda…
Cəhənnəm olsaydı, inansaydım cəhənnəmə, yerim ora olacaq öləndən sonra… Bədənim burada yanır, qəlbim burada ağrıyır, ruhum isə orada…
İstəyirdim asan ölüm, yuxuda yatarkən… Ya da suda boğulum… Sonra düşündüm ki, həyatımda nə asan olub ki, ölümüm də asan olsun…
Ölümü də tənqid edəcəyəm, ölümü də ələ salacağam, zarafat edəcəyəm ölümlə, inciyəcək məndən… Bir gələcək, bir gedəcək, aparmayacaq məni… Verəcək mənə iztirab, oynayacaq mənimlə…
Düşüncəyə dalıram…
Yenə şər qarışıb, şər içindəyəm… Şər düşüncələrim rahatlıq vermir mənə… Dolaşır beynimdə, keçir qanıma, iliklərimə, zəhərləyir beynimi, bədənimi, fikirlərimi…
Qanımı dəyişməliyəm… Düzələn deyiləm… Həmin Güneləm…
Düşünürəm bir vanna qəbul edim, hazırlayıram qaynar suda vannanı… Girirəm içinə… Çox qaynar olsa da su, hiss etmirəm, yanmır dərim, incitmir canımı… Bədənim titrəyir, əksinə üşüyürəm… Qaynar su içimdəki buzları əridir sanki… Gönüqalın olmuşam yəqin… Öyrəşmişəm ən pisinə, ən ağırına, ən acısına… Qaynar suyla mənə nə olacaq ki?!
Su axır, qalxır boğazımadək… Soxuram başımı suyun altına… Suyun altında uzanmaq, bir az boğulmaq istəyirəm, çağırıram sanki əcəli… Gəlmir ki, gəlmir…
Yəqin hələ tezdir, az etmişəm günahları, səhvləri, az qəlb sındırmışam, az etmişəm insanlara kobudluqları…
Niyə axı mən?! Niyə axı yaşayım?! Yaşamağa bir səbəb olmadığı halda?! Səndən soruşuram, Allah!

Yarımçıq düşüncələrim…

12063872_10205753805384716_7413162042437192691_n
Yenə şər qarışıb… Hava qaralmışdır… Yuxum gəlir bir yandan, yata bilmirəm, bir yandan gələn yuxumu qovuram ki, yatmayım, düşünüm səni… Niyə düşünürəm, bilmirəm, bəlkə içimdəki insan qoymur səni unutmağa…
Şəkillərinə baxmıram daha… Çalışıram unudum səni… Nə sənə verim əzab, nə də özümə…
Yazmıram səndən daha… Çalışıram yadıma salmayım xatirələrimi… Kövrəlmək, ağlamaq istəmirəm…
Hər kəs deyir: “Həyat davam edir, Günel… Yaşamağa davam et, Günel… Vaxt hər şeyi yerinə qoyacaq, Günel. O, sənə qayıdacaq, Günel… Ağlama, Günel”. Yaşamadığını anlamaq, insanın yerinə özünü qoymaq, insanı qınamaq və insana məsləhət vermək kənardan çox asandır. Hər kəs də bir yandan soruşur səni məndən… Mən nə bilim, hardasan, kimlər var, necəsən?!
Artıq çox üzürəm özümü, itirirəm çəkimi hər həftə 1 kq… Çəkilərimlə itirirəm ümidimi, inamımı, səadətimi, göz önündə əriyirəm, tapıram xəstəliklər, müalicə edilmirəm bilərəkdən…
Necə davam edim yaşamağa, necə davam etdirim həyatımı, necə vaxtın üzərinə qoyum hər şeyi, sağalda bilmirsə yaralarımı, ağrılarım artırsa, azalmaqdansa?!
Kimisə fiziki baxımdan itirməyə nə var ki?! Ölüb həmin insan, müəyyəndir hər şey, qəlbində yaşayır, yaşadıqca, yaşadırsan onu… Dad mənəvi ölənin əlindən… Dad, yarımçıq ölənin əlindən, fiziki baxımdan sağsan, amma ölmüş kimisən… Nə qəlbində varam, nə məni yaşadırsan, nə də sevirsən… Sən elə ölmüsən ki, sağ ola-ola, qayıtmağına yoxdur inamım, ümidim, qeyri-müəyyəndir hər şey… Gözləmək qeyri-müəyyənliyin içində çətindir axı?! Özümü aldadıram, silə bilmirəm səni…
Zaman keçibdir, unutmusan yəqin mənim səsimi, simamı, varlığımı… Başqaları sevdirib özünü… Başqaları pisləyib məni… Qoy olsun, nə deyim axı?!
Əziz olub mənə dostlarımın övladları… Hər birində sənin qoxun var, hər birində sənin səsin, baxışın… Qucaqladıqca uşaqları, gördükcə onları yadıma düşür hər şey…
Ağlamaq istəmirəm… Niyə ağlayım axı?! Xoşbəxtəm, təkəm, azadam… Bir sən yoxsan yanımda… Qismət budur… Sənin varlığın üçün valideynlərimdən, vətənimdən, dostlarımdan, işimdən vaz keçdim, indi qaytarmaq üçün vətənimi, işimi, atamı, dostlarımı səni itirdim…
Niyə bu qədər qəddar və ağrılı seçimlər olur? Niyə rəhm etmir zərbə vurarkən həyat bizə?! Həyatıma nə pislik etmişəm ki, cəzalandırır məni sənin yoxluğunla, varlığınla?!
Sevməyi də özümdən başladım, özümə vaxtım daha çoxdur… Yaradıcılığım, işim, istirahətim… Hər şeyim var, səndən savayı… Sən qiyməti oldun azadlığımın… Sən cəzası oldun günahlarımın… Sən itkim oldun qazanclarım üçün… Dəyərdimi? Bəlkə də… Hə!Amma ilk növbədə, gərək insanlığımı itirərdim… Məyusam ki, səni itirsəm də, özümü itirsəm də, insanam hələ, yaşayıram…
Məni sevməməkdə, nifrət etməkdə, məndən inciməkdə, soyumaqda haqlısan! Nə yaxşı ana oldum, nə həyat yoldaşı, nə övlad, nə də ki, bacı… Tək sən deyilsən… Cəbhəndə çox adam var incitdiklərim, üzdüklərim, günahlarım, səhvlərim… Sadəcə sən, sən məndən bir parça idin… Böyük bir parça… Yarımçıq qaldım…

5/16/2016

Bəxtsizlik bilirsən nədir? (Satirik, yumoristik)

Foto: Nofəl Ümid
Bəxtsizlik bilirsən nədir?!
Hər səbəbdən bəxtim yoxdur deyir bir çox insanlar...
Əsl bəxtsizlik qalıb kənarda...
  • Bəzisi üçün bəxtsizlik işə gedəndə, geyinəcəyi dikdaban ayaqqabının evin pilləkanında düşən zaman qırılması, 100 ayaqqabı içində başqasını axtarıb, tapıb geyinməsi və işə gecikməsidir;
  • Bəxtsizlik işə gedəndə İçərişəhər qatarına çatmayıb, 6 dəqiqə növbəti qatarı gözləməkdir ayaq üstə;
  • Saçını bahalı yerdə rənglədəndə, görürsən ki, arada bir iki ağ saç var, tərslikdən başın ön tərəfindədir, gözə girir o saat;
  • İşdən evə qayıdanda, yolun Nərimanov metrosundan sonrakı stansiyalar olanda, qatar boş gəlsin, minmək istəyəsən, sonra biləsən ki, qatar bakmilə gedir;
  • Lazım olmayanda mobil telefonunda internetdə, balansında pul da olar, lazım olanda bitər hamısı;
  • Maaş verilən günü plastik kartı evdə qoymaq;
  • Uzun müddət istifadə etmədiyin gold plastik kartın pin kodunu unutmaqdır;
  • Şənbə günü səhər tezdən oyanıb işə getməkdir;
  • Bir bazar günü istirahət günün olanda, o günə bir həftəyə yığılıb qalmış işləri saxlamaq, görmək və yorğun halda, yuxuya getməkdir;
  • Ac olanda, yemək, bir az yeyəndən sonra tox olmaq, doymaqdır;
  • Gözəl havada evdə oturmaqdır, evdə oturmayıb gəzməyə çıxanda, külək və yağışın soyuğu altında üşüməkdir;

Şәr qarışanda nә olur axı? 18+

11074132_10204644321248306_1418169557336614298_nŞәr qarışanda nә olur axı?
Şәr qarışanda nә vaxtdır, qaranlıq düşәndә, ya gecә yarısı?
Şәr qarışanda düşürsәn şәrә? Ya düşürәm sәnin yadına?
Oyanır ehtirasın şәr qarışanda?
Şәr qarışanda qarışırsan qaraya, şәrә, sәbr etmirsәn gәlsin sәhәr, ağ qüvvәlәr?
Şәr qarışanda nә olur axı? Xeyir mәlәklәr qaçır, Allah yatır, Şeytan oyanıb, çıxardır insanı yolundan?
Şәr qarışanda gәlir ilham pәrilәrin, oluram sәnin muzan, yazırsan mәndәn, istәklәrindәn,18i keçib yaşım, Afәtin oluram ey gәnc şairim...
Şәr qarışanda insanlar çaşır, yolunu azır, yuxu gәlmir gözlәrinә, bәlkә acsan, yemәyinin vaxtı çatıb?!
Şәr qarışanda, nә olur axı, çıxırsan gәzmәyә, ya da qaçırsan, tәnha olduğunu unutmaq üçün dәnizә, külәyә yoldaş olursan?!
Şәr qarışanda, ürәyindә baş qaldırır istәyin, qonağım olasan mәnim evimdә, qalasan gecәni, sәhәrәdәk yatmayasan…
Susuram artıq, danışmayaq, qoy danışsın baxışların, mәn oxuyum, sonra susum, öpüb qucaqlayasan…
Şәr qarışanda nә olur axı, qırmızı kәmşirin şәrab, qәlyan, siqaret, dumanlanır beyin, unudursan, boş verirsәn hәr şeyi, tәslim olursan ona, ayıq başla etmәdiyini edirsәn, susursan, iniltidir ancaq sәslәr vә pıçıltı…
Şәr qarışanda nә olur axı?! Sirli gecә, batırıq şirin günaha, yeni bilik qazanırıq, bir tәcrübә olur bu da…
Şәr qarışanda nә olur axı? Bәlkә kölgәnәm sәnin, şәr qarışanda, itirәm sәndә, yoxa çıxıram?!
Şәr qarışanda nә olur axı?!Nә yaxını görürsәn, nә dә uzağı, nә önünü, nә arxanı…
Qorxursan, içindә hәyәcan, ziddiyyәt, tәrәddüd edirsәn… Bәlkә dә sonra gәlәcәk peşimançılıq, düşsә yada, etdiklәrin şәr qarışanda, gecә yarısı, hava qaralanda…
Şәr qarışanda nә olur axı?! Xeyir şәrә qarışır, şәr dә ki, mәnә…
Sıxır әllәrin әllәrimi, röyadayam, xәyal qururam sәninlә bağlı, oyatma mәni, nә olar, olar?!
Şәr qarışanda nә olur axı? Oyadırsan içimdәki vulkanı, yanardağam sanki, ya da ki, yanar od, axar su, әsәr külәk, bar verәr torpağımdakı bitki, ağaclar, canlı olduğumu hiss edәrәm o zaman, hәr fәsli yaşayaram şәr qarışanda öncә yazı ilk toxunuşunda, öpüş, kuliminasiya nöqtәsindә yay, sonra yorulursan sonuna yaxın, payız gәlir, sonra bitir, qışdır artıq…
Şər qarışanda nə olur axı?! Hər gecəni olmursan xəyallarımda, röyalarımda, arzularımda, başlayıram darıxmağa…

5/14/2016

“Ədəbi tənqid” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…


Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır…
İlk növbədə, təbrik edirəm Ramil qardaşımı…
Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim…
Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, təqdim etməsi, yaşadıqlarını və nə demək istədiyini ifadə edə bilməsidir. Ramil yaradıcılığında bunu bacarır. Kədəri də, vətən sevgisini də, ailəyə bağlılığı, qadına sevgisi, həsrətini, sevincini də şeirləri vasitəsilə ötürə və yaşatdıra bilmişdir oxucularına…
Kitabını iki dəfə oxudum…
Yaxşı yadımdadır… Bizi birləşdirən dəyər, dəyərli yazar dostumuz, jurnalist, publilist, tənqidçi və yenibaxis.az saytının baş redaktoru və təsisçisi Aysel Abdullazadə olmuşdu… Ramilin Kitabevimdə olan kitab təqdimatına məhz Aysel dəvət etmişdi. Ramili tanımırdım, yaradıcılığı ilə ancaq saytdan tanış idim… Aysel təriflədi, mən inanmadım… İnadkarlıqla deyirdim:”heç bəyənmədim Ramil bəyi, bura sənə görə gəlmişəm Aysel”…
Söz verdi mənə çıxış etmək üçün, şəxsən tanışlığımız olmasa da, kitabın adını düzgün seçmişdi… Kimsə bilməsin… Kitabı oxuyan hər kəs bildi, onun nə demək istədiyini, hiss və fikirlərini…
Deyirlər: “İlk təəssürat aldadıcı olur”… Razıyam… İlk baxışdan çox qəmli, kədərli, soyuq, özündən razı görsənən Ramili bəyənməmişdim… Neqativ enerji gəlirdi mənə… Mən axı pozitiv insanam…
Sonra sosial şəbəkədə dostlaşdıq, ünsiyyətimiz başladı, qısa zamanda dostlaşdıq, yanıldığımı anladım və əslində Ramilin necə insan olduğunu gördüm…
Ramilin kimliyi geniş mövzudur, tənqidçiyəm, tərifləmək istəmirəm… Tənqid edəcəyim bir tərəfi əslində kədərli görsənməsi, kədəri içində yaşaması, əslində isə dostları ilə şən və mehriban görsənməsidir… Kədərli olmasıdır, dərd çəkməsidir…
Ən böyük arzum Qarabağımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpası, kitabımın təqdimatının Şuşada edilməsidir… Qarabağımda olmaq istədim… Sağ olsun, dostumuz Ruslan Nadir, təşkil etdi, getdik.
Deyirlər, “filankəs necə adamdır?”, cavabı “yol yoldaşı olmamışam bilmirəm, davada olmamışam, bilmirəm”Qarabağda bizi Ramil və Vüsalə Süleyman, Veys qarşıladı… Ramillə Qarabağda yol yoldaşı da olduq, müharibə şəraitində, təhlükə altında da olduq hər an, qorxmadıq, qaçmadıq…
Kimsə bilməsin… Bir sirrdir… İnsanın həm paylaşmaq istədiyi, həm də paylaşmaq istəmədiyi bir sirr… Stop düyməsi kimi… İstəyirsən, basıb dayandırasan, ya da ki, basmayıb, davamını bilmək istəyirsən… “Kimsə bilməsin” də insanın özünə və ya artıq paylaşdığı gizli sirri haqqındadır… Özünə deyirsən ki, bu yalnız mənə aiddir, kimsə bilməməlidir, ya da ki, dostuna etibar edib, paylaşır, deyirsən, amma şərt qoyursan, xahiş edirsən “kimsə bilməsin”…
Ramilin kitabını oxuduqca, Tənha qadını sevdim, Vurmadığın şilləni sevdim, özümü gördüm… Yaşadım, hiss etdim…
Əsəd Cahangirin dünənki çıxışında sözünə qüvvət olaraq, demək istəyirəm ki, yaradıcı insanın muzası iki halda gəlir: Ya sevinc və xoşbəxtliyin zirvə nöqtəsində, ya da kədər və bədbəxtliyin zirvə nöqtəsində… Hər bir nöqtə maksimum olur, yaşayırsan, yazırsan, yaradırsan… Sevinc və xoşbəxtliyi yaşayanda tənqid, tərif, sevgiyə qovuşma, satira, yumoristik yazılar çıxır, kədər və bədbəxtliyi yaşayanda göz yaşı, dərd, nakam sevgi, həsrət, ayrılıq, iztirab, əzab…
Ramil Mərzilinin şeirlərini oxuduqca, nəzirələr və ya cavab yazmağa, ilhamlanıb o mövzunu inkişaf etdirməyə, həmin mövzu üzrə esse, publisistik məqalə, köşə və bloq yazısı yazmağa başladım… Məsələn Tənha qadın şeirinə…
Ramilin söz ehtiyatı var və mövzunun bədii təsvir imkanları mövcuddur, fikirlərində təkrarlanmır.
Şeirlərində sevgi və qadın obrazına gəlincə, əsl yaradıcı insan odur ki, real həyatda yaşamadığını yaratdığı işdə yaşadır, yaşayır və yaşatdırır… Ramil yazılarında poetik sevgi və poetik qadın obrazını yaratmış və poetik sevgisini poetik qadınına həsr etmişdir…
Şərt deyil ki, yaradıcı insanın yaratdığı və ya yazdığı onun şəxsi həyatı vəı ya şəxsi iç dünyası ilə bağlı olsun, müşahidə, araşdırma, digər insanların həyatından götürmə halları da ola bilər…
Ramil o qədər həssas, duyğulu və gerçək yazır ki, şeirlərini yaşamamaq olmur onları, duyğulanmamaq və şeirlərinin təsiri altına düşməmək olmur…
Hər kəsə bu kitabı oxumağı və Ramil Mərzilinin yaradıcılığı ilə tanış olmağı tövsiyyə edirəm.
Gün o gün olsun, növbəti kitablarını Ağdamda, Şuşada, Xankəndində və digər Qarabağ torpaqlarında ardıcıl olaraq təqdimatını təşkil edək.

5/13/2016

Sözlər dilə gələndə…

Gunel
Mənə nə yaraşır, sevinc, ya kədər?
Təbəssüm, göz yaşı, hələ bilmirəm…
Mən kövrək, həssasam, tənha biriyəm…
Dəyməyin xətrimə, xahiş edirəm…
Qısqancdır, paxıldır bəzi insanlar,
Üstümə gəlirlər xəbis olanlar…
Bilmirəm, dostumu, düşmənimi mən…
Bilmirəm kiminlə vuruşmalıyam?!
Bu həyat döyüşdür, sınaqdır axı,
Şikayət etmirəm həyatımdan mən…
Sadəcə bir sual rahat buraxmır:
Kimə mən nə pislik etdim dünyada?!
Vururlar sağımdan, vururlar soldan,
Vururlar arxadan, öndən vururlar,
Vururlar ən yaxın, doğma olanlar,
Yadı, yağısı da vurmasın niyə?

5/10/2016

Hansı rəngə bənzədim səni?!

IMG_6503
Hansı rәngә bәnzәdim sәni?
Ağa?!Ağ kimi öncә mәnim üçün pak, tәmiz idin…Tez yığdın lәkәlәri, ağ rәngli libasında günahların, yalanların palçıq kimi yapışıb, yusan da, yenidәn rәnglәsәn dә, gedәn deyil, içinә hopub…
Qırmızıya?!Qırmızı kimi çılğın, sevilәn, diqqәt cәlb edәn idin…Nә olsun ki, sonra yaraşdırmadım o rәngi sәnә…
Sarıya?!Sarı da ağa bәnzәyәr, amma yarımçıqdır, qarışıqdı…Sarı kimi bircә sarılıq xәstәliyi kimisәn, sәnә yoluxan ömürlük xәstә kimi qalır, müalicә etmir kömәk…
Yaşıla?!İslam, tәbiәt rәngidir, sәndә nә imandan iz var, nә dә ki, tәbiilikdәn…
Göyәmi?!Göy türkçülük rәngidir, göy dәnizin, saf suyun rәngidir, sәnә uyğun deyil, sәndә nә türkçülükdәn, nә dә dәnizdәn bir parça vardır…
Qәhvәyiyə?!Torpaq, çörәk, bәrәkәt rәngidir… Sәnin bar vermәklә, bәrәkәtlә oxşar nәyin var?!Yoxdur axı…
Çәhrayıya?!Sevdiyim rәngdir, rahatlıq gәtirәr…Sәni sevmirәm, narahatam sәn yanımda olanda…
Qaraya?! O belә gözәl rәngdir, ağın әksi, hәr rәngdә qaradan var bir parça…Qaraladım sәni…Qara olmağa da layiq deyilsәn…
Sәnin rәngin rәngsizlikdir, görsәnmirsәn… Mәnim üçün görünmәzsәn, yoxsan artıq!!!

Qaralama…


IMG-20160324-WA0020
Sus, danışma, sözlәr mәnasızdır artıq…
Sus, danışma, hәr sözündә yalanlar ayaq açıb yeriyir…
Sus, danışma, sәn daha heç kimsәn, düşdün gözlәrimdәn, bir vaxt doğma idin, indi yad, yağı…
Sus, danışma, nә dәyişәcәk ki, dediklәrinlә.
Sus, danışma, danışdıqca, başımı götürüb qaçıram, uzaqlaşıram, iyrәnirәm sәndәn… Bu qәdәr olma ucuz, deyilәm avam, sәfeh…
Sus, danışma, hәr şeyi bilirәm… Susuram…
Sus, danışma, alma vaxtımı, unutdurma xoş xatirәlәrimi sәninlә bağlı…
Sus, danışma, pozma sükunәti… Baxışlarından bilirәm әsl gerçәyi… Hәyatında tәk, özәl, dost deyilәm…

Ürәyimә sәn dağ çәk, keçmiş günahlarıma olsun cәzam…
Ürәyimә bir dağ çәk, susmağa olum mәhkum…
Ürәyimә bir dağ çәk, unudum unudulmağımı…
Ürәyimә bir dağ çәk, sәn qurban ol, mәn günahkar, çәkim tәk çiyinlәrimdә ağrılarımı… Ürәyimә bir dağ çәk, dәrin iz qoysun, yaralasın, qanatsın, kimliyimi xatırlatsın mәnә… Hәr sәni görәndә, adın çәkildikcә, ağladıqca ağlayım, sәbәbsiz olsa da, sәbәbi özümün ağılsızlığım…
Mәnә elә bir dağ çәk ki, bilim ki, insanam, son nәfәsim gәlir, gedir, yaşayıram son anımı… Dağı ürәyimә sәn elә çәk ki, ürәk dözmәsin, partlasın, mәni öldürsün, ol xilaskarım..

5/04/2016

Qadının səsi… III hissə- O, olmasın, bu, olmasın


11412430_1628523364057070_1732559732926837178_n

Qadınam, utanıram bəzən qadın olmağımdan…
Qadın kimi bir gün görmədim axı…
Olmasını istəmədim nə onun, nə də ki, bunun… Oldu, o da, bu da…
İstəmirdim məni qaçırtsınlar… Qaçırtdıqları günü zorlanım, sonra hədələsin zorlayan şəxslər… Atılım küçəyə… Paltarım çirkli, cırılmış halda…
İstəmirdim bu vəziyyətdə qayıdım evə… Bilsin valideynlərim… Qovacaqlar məni, ya da öldürərlər, axı namusum ləkələnim, boyunlarını soxmuşam yerə…
İstəmirdim boşalsın içimə ən azı üç oğlan, sonra bilim ki, hamiləyəm…
İstəmirdim edim abort… İstəmirdim sonra sonsuz qalmaq… Kişilərdən qorxmaq, iyrənmək, uzaqlaşmaq…
İstəyirdim ərə getmək, ana olmaq, toyla, adət-ənənə ilə köçmək sevdiyim insanın evinə, ərim deyərək…
Bakirə deyiləm artıq, kimsə bilsə, ad qoyacaqlar mənə “Fahişə”, hər kəs istəyəcək bir gecəlik sala məni yatağa, hər kəs ehtiras odunu söndürəcək mənimlə, əldən – ələ düşəcəyəm, zorlanacağam gün ərzində yüz kərə… Bakirə deyiləm artıq, kimdir məni evinə xanım, gəlin edən, min kərə qaxacaqlar başıma… Necə sübut edəcəyəm uşaq ikən zorlandığımı? Necə sübut edəcəyəm qaçırıldığımı?
İstəmirdim qiyabi təhsil almaq, amma neyləyim, yoxsul ailəm var, kömək etməliyəm ata, anama, anam da xəstədir, pul lazımdır müalicəyə, dərmanlara, müayinəyə… İşləməliyəm… Böyüməliyəm…
Başqalarından nəyim əskikdir axı?! Alardım təhsilimi, işləyərdim yaxşı yerdə, olardı savadım… Mən diktə edərdim iş şərtlərini, maaşımı…
Məni zorlayanlar varlıdırlar, mənsə kasıb, onlar pul verib, qurtaracaqlar canlarını həbsdən, cəzadan, alçaldılan, məhv edilən mən olacağam, hər kəs də biləcək, qınayacaq, deyəcəklər “Od olmayan yerdən tüstü çıxmaz”
Qorxuram hava qaralanda evdən çıxmağa, tanımadığım küçələrdən keçməyə… Kiminləsə tanış olmağa da qorxuram yaman…
Kimisə bilmirəm özümə yaxın, demirəm kiməsə dərdimi… Dostumun da dostu var, sözlər təhrif olunur, sənə qarşı istifadə edilə bilər…
İstəmirdim anamın arzusunu qoyum gözündə, getməməklə ərə, hər dəfə söhbətdən qaçmaqla, evə gələn elçiləri evdən qovmaqla…
İstəmirdim dəyişmək xarakterimi, kişi kimi olmaq, özümü qorumaq da istəmirdim… Evdə kişi var, kişi qorumalıdır qızı, qadını…
Sevməyə də qorxuram… Birdən sevib bağlanaram, evlənmək istəyər, deyərəm ona həqiqəti, fikri dəyişər, onlar hamı kimi… Düşərəm gözlərindən… Düşər gözlərimdən…
İstəməzdim ərə gedəsi olsam, ərim məni qınasın, hirsli olduqca, xatırlatsın yaşadığımı, qayıtsın keçmişə, qaytarsın mənə o bədbəxt anlarımı… Unutdurmaq əvəzinə, yadıma salsın… İstəmirəm…
İstəmirəm, qadın xəstəliyim olsun, əməliyyat etsinlər məni… İtirim qadınlığımı… Guya ki, indi qadınam…
İstəmirəm, qlamur qızlar mənə baxsın yuxarıdan aşağıya, kiminsə yazığı gəlsin mənə…
İstəmirəm, həyatımda kişi olsa, onunla həyatım çevrilsin zindana, cəhənnəmə… Olmasın kimsə… Kişim olacaq insanla intim həyatım ahəngdar olsun… O, mənə həzz versin, mən də ona… Heyif olmayacaq… Nələr bilirəm, bilmirəm, məndə qalacaq… Kimsə bilsə, yaşatsam kiməsə o həzzi, deyəcək ki, həyatımda min kişi olubdur, fahişəyəm, təcrübə qazanaraq əldə etmişəm bu bilikləri…
İstəmirdim ki, bədbəxt olum, qadın olum, qadın olan gündən itirim qadınlığımı…
İstəmirdim kişilərə hisslərim ölsün, marağım ölsün, meyl edim öz həmcinslərimə…
Qınamayın məni… Yaşadığımı siz yaşamamısınız…
İstəməsəm də bunları, oldu… Bəxtimlə barışmalıyam, yaşamalıyam, hamı deyir axı, həyat qısadır, həyat gözəldir…

Qadının səsi... II hissə-"kimə deyim axı?!"

12715938_1553741268269462_768538964726371781_o
Kimə deyim axı? Susuram, susduqca, anlamırlar, susmayanda ondan betər... Hər kəs hesabat tələb edir, hər kəs gəlir üstümə, təzyiqlər, təsirlər... Qaçıram insanlardan... Səbəbini özüm bilirəm... Dünyam var, həyatım var, onlar boyda dərdim var...
Kimə deyim axı?! Bu gənc yaşımda atılmışam...
Kimə deyim axı? Ərim tapdı başqasını, atdı məni də, övladlarını da... Hədələyir ki, evdən bizi çölə atacaqdır...
Kimə deyim axı? Övladlarım evdə acdır... Onların qarınlarını doydurmaq üçün işləyirəm iki işdə, evə də götürürəm sifarişləri...
Kimə deyim axı? Bəzən evə niyə gec gəlirəm...
Kimə deyim axı? Yoxdur evdə kişi... Evin kişisi də mənəm, qadını da...
Evdə nəsə sınanda, xarab olanda, usta çağıra bilmirəm, təmir etməliyəm özüm... Sonra deyərlər axı, oynaşıdır evə gələn... Oynaşını gətirdi evə, mazaqlaşırlar...
Kimə deyim axı? Ərim kömək etmir mənə, baxmır övladlarına, ayrılsaq da, ödəmir alimenti...
Kimə deyim axı? Möhtacam... Pula, insanlara, köməyə, işə... Hər dəfə möhtaclığımı biləndə kimsə, sui istifadə etmək istəyirlər... Təhqir edirlər, alçaldırlar, əxlaqsız təkliflər ardıcıl olaraq edirlər mənə...
Kimə deyim axı? İtirmişəm qadınlığımı, düşünmürəm kişiləri... İtirmişəm qadın kimi hiss və duyğularımı, ehtirasım sönüb... İstəmir kişiləri... 
Kimə deyim axı? Tək fikrim pul qazanmaq, ailəmi saxlamaqdır...
Kimə deyim axı? Ərimin məşuqəsi həyasızca zəng edirdi mənə, çağırırdı ərimi telefona... Acıq verirdi mənə, "ərini aldım əlindən, evini də alacağam, sənə qalan ancaq bir küçə olacaq, körpü altında, bir də iki övladın..."
Kimə deyim axı? Niyə küçədə durub satıram nəyisə... Niyə fikir verə bilmirəm özümə... Niyə pis qoxular gəlir üstümdən...
Kimə deyim axı? Övladlarımı ata bilmirəm, xəstələnə bilmərəm mən... Tək ümidləri mənəm... Xəstələnəndə onlar özümü itirirəm, köməyim yoxdur...
Kimə deyim axı? Ərimin məni atıb getməsində valideyn və qohum-əqrəbam günahkar kimi məni görür? Sahib çıxmırlar nə mənə, nə nəvələrinə... Qovdular evdən məni... Ölümlə hədələdilər... Getməyə yerim yoxdur ən pis günümdə...
Kimə deyim axı? Geyindiyim paltarlarım Nuh əyyamından qalıb, qazandığım pula nəsə ala bilmirəm özümə...
Kimə deyim axı? Halal zəhmətimlə pul qazanıram, fahişə deyiləm, evə bəzən gec gəlsəm də, küçədə, mağazalara bəzən bişirdiyim, toxuduğum, tikdiyim nəylərisə satmağa məcbur olsam da... İki övladım var... Kimsə olmur dayaq, kimsə tutmur əllərimdən, qaldırmır... Vurduqca, vururlar...
Kimə deyim axı? Övladlarımla mağaza, marketə çıxa bilmirəm, gəzmək istəyirlər... Utanıram, onlar da görür, istəyir oyuncaq, dəbli geyimlər, şirniyyatlar... 
Kimə deyim axı? Yoxsulam pul baxımdan, zənginəm mənəviyyatımda...
Əsl fahişələr qalıb kənarda, bədənimi satmıram, namusumla qazanıram çörəyimi, əl uzadırlar adıma...
Kimə deyim axı? Çətinliyim nədədir? Günahkar kimdir? Ərimlə niyə ayrıldıq?
Kimə deyim axı? İki qız anasıyam, yoxdur qardaşları? Evə niyə kimisə qonaq çağırmıram...
Kimə deyim axı? Kommunal ödənişləri gecikdirdiyimdən qışda evim çox soyuq olur, yayda çox isti... Övladlarımı qoya bilmirəm uşaq bağçasına, pulum yoxdur rüşvətə...
Kimə deyim axı? Böyük qızım edir analıq kiçik bacısına... Tək qalır övladlarım mən evə gələnədək... Ürəyim səksəkədədir hər an... Nigaranam hər gün evdən işə getdiyim zaman...
Dərdim birdir, ikidir, üçdür, o qədərdir ki?! Hansı birini deyim? Kimə deyim axı?!
Guya desəm, əl tutan olacaq, kömək edəcək kimsə?! Hay-hay... Xeyriyyəni də edirlər reklam xətrinə... Göstərirlər özlərini, etdikdən sonra asılı olursan onlardan, minnət ardınca minnət... Yaltaqlığı bacarmıram... Kimə deyim axı?!