4/29/2016

Qeyri-rəsmi müsahibə - şair, yazıçı, gözəl insan və dost Ramil Mərzili



  1. Sizin üçün Ramil Mərzili kimdir?
Tam səmimi deyəcəm, mən hələ Ramil Mərzilini axtarıram. Çünki, mənim, sənin, onun, digərlərinin gördüyü adam tam olaraq  Ramil Mərzili deyil. Bu aysberqin görünən tərəfidir.
  1. Ramil adının mənası “Rəml edən, uzaqgörən, hər şeyi qabaqcadan düşünən” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?
Adımın mənasını bilirəm, amma razılaşmadığım məqamlar var. Rəml atmaq mənlik bir şey deyil, uzaqgörənliyim tam deyil. Çox zaman yanılıram, xüsusən də insanları tanıyanda. Amma üçüncü hissəylə razıyam, hər şeyi qabaqcadan düşünən biriyəm.
  1. Sizin üçün uğur düsturunun elementləri nədir?
Paxıl olmamaq, dürüstlük, savad, intellekt və zəhmət. Bunlar hansı insanda cəmlənirsə, mütləq o adam uğur qazananlardan olacaq.
  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
Mənim üçün ya hər şey olmalıdır, ya heç nə. Ortaqlığı sevmirəm. Mənim olan tam tamına mənim olmalıdır.
  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Bəli. Düşünürəm həyatda təsadüf deyə bir şey yoxdur.
  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?
Həyat mənə 11 yaşımdan bəri elə dərslər keçib ki, mən onu zaman –zaman sosial şəbəkədə öz səhifəmdə bir statusluq xatirəsini yazanda onlarla insan ağlayır, yüzlərlə insan üzülür. İnsan acılardan süzülərək İNSAN kimi formalaşır. Bir gün həyatım haqda kitab yazmağı düşünürəm. Amma hər oxucuya kitabın üzərində babat ağrıkəsici dərman da verməyi düşünürəm.
  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
Nə yalan deyim, razı deyiləm.
  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?
Tam əksinə, itləri hürdürməkdən xoşum gəlir.
  1. Sonrakı peşimançılıqda fayda varmı?
Mən bu 35 ildə görmədim. Varsa da mənim rastıma çıxmayıb.
  1. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?
Hər üçü ola bilir. Baxır məqamına.
  1. Sizin üçün ən uğurlu sərmayə nədir?
İki balamın gözəl təhsil alması və xoşbəxt yaşaması. Nurayımın üzünün  daim gülməsi. Onu ağlayan görəndə, mən ölürəm.
  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
Bu gün anama onu hər kəsdən çox sevdiyimi deyər, doğmalarımın hamısı ilə görüşər  (qohum yox ha, doğma), dostlarımla bir çay içər, şeirlərimin QADINI ilə göz yaşlarımızı birləşdirər və o dünyada gözləyəcəyimi deyərdim. Vüqara (oğlum) bəzi tapşırıqlar verər, Nuraya (qızıma) sarılar yatardım.
  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?
Zaman maşınım olsaydı, qayıdardım Ağdamlı illərə, uşaqlığıma. Orada bir oyuncağım vardı, məftil maşınım. Onu müharibədən sonra çox arzuladım. Güzgüləri, podpressi qırmızı slyuda şüşədən düzəldilən niva idi. Onu gətirər, saxlardım evimdə. Bir də anamın qara saçların darayardım…  Ehhhhh, mən müharibə uşağı olmuşam. Nə yaşamışam ki.
  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?
Əsl dost hər iki gündə də yanımda olandır. Çoxu deyir dost dar günün dostudur, razı deyiləm. Mənim xeyir işimdə də, dostum yanımda olmalı, təklik sadəcə Yaradana məxsus, Allah bizi dostlarsız etməsin.
  1. Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq, başqa bir yaradıcı istedadınız varmı?
Bunları da mən demədim ha, sən dedin. Əlavə edim, çox gözəl sevə bilmək qabiliyyətim var. İstər sevgili kimi, istər dost  kimi, istər övlad kimi, istər ata kimi…
  1. Tənqidə münasibətinizi bilmək olarmı?
Əsaslı və qərəzsiz  tənqid qədər sevdiyim heç nə yoxdur.
  1. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?
Riski özüm qədər sevən ikinci insan tanımıram. Həyatda elə risklər etmişəm ki, bu an bu müsahibəni yazmaq şansım belə olmazdı. Dəfələrlə o dünya ilə qovuşmağa  an məsələsi olub, sıyrılmışam. Cavanlıqda  olan gənclik  “səhvlərində”  də olduqca  riskli idim. O vaxt həyacandan dodağımı, dilimi qurudan 3-5 hadisəni indi xatırlayanda gülümsəyirəm.
  1. Sizcə Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?
Mən özümü bəzən tanımıram. Bu əsəb hissimin həddindən artıq olması ilə bağlıdır. Ümumilikdə bəli, tanıyıram. Amma vacib olan mənim deyil, yaxın çevrəmin məni necə tanımasıdır.  Dost və düşmən cəhətlərimə gəldikdə isə, bir çoxları kimi əslində xoş xarakteri özümdə bəd xasiyyət kimi “göstərib” gülüş obyektinə çevrilmək niyyətim yoxdur. Çoxu deyir, ən pis xasiyyətim ürəyi yumşaq olmaq, insanlara güvənmək, inanmaq, iki üzlü ola bilməməkdir filan. Səni inandırım ki, onu deyənlərin 99 faizi elə dediklərinin tam əksi olan adamlardı. Nəysə, mətləbdən uzaqlaşmayım. Dost cəhətim-  itirməkdən qorxmaq (insanı), vəfalı və sadiqliyim, cinsimi xarakterimlə bütövləşdirən kişiliyim və öz dostlarım arasında bilavasitə körpü rolu oynamağımdır. Dostlarım da, tələbə yoldaşlarım da, əsgər yoldaşlarım da toplaşanda məni BİZİ BİRLƏŞDİRƏN DƏYƏR olaraq qiymətləndirirlər. Düşmən cəhətim-  tez əsəbləşmək, sonda deyəcəyim sözü bəzən əvvəldə demək  (bunun peşimanlığın o qədər yaşamışam ki), biraz kinli olmaq, mənə olunan pisliyi unutmamaq və sair.
  1. Sizcə, yazılarınızın qəhrəmanları Sizin yerinizdə olmaq istəyərdimi?Bəs Siz öz yazılarınızın qəhrəmanlarının yerində olmaq istəmisinizmi?
Mənim bütün yazılarımın bir qəhrəmanı var. O da özüm. Mən özümü yazıram. Bəzən mələklərə, bəzən insanlara, bəzən hadisələrə, bəzən isə yaratdığım QADIN obrazına və onun özünə olan təmasımı yazıram…
  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Mən daim sovet gəncliyinə qibtə etmişəm. Sanki indiki gənclik  internetdən asılı yaşayır. Həyatında bir günlük sosial olmazsa, ölə bilərlər. Oysa həyatda başqa gözəlliklər bəs qədərdir. Sevdiyin kəslərlə görüşmək, çay masasında gözəl müzakirələr (bizdə şeir məclisləri), kinoya, teatra getmək, ən əsası kitabı sevmək, oxumaq. Gənclik uçurumdadır. Ən böyük qəbahətimiz  böyükləri  tanımamağımızdır. Xatirimdədir, kəndimizdə bir neçə ağsaqqal vardı, onların ayaq açdığı qapıda qan da olsa batardı. Ölüm hadisəsində belə ağsaqqalın minnətə gəldiyi evdə söz uzanmazdı. İndi nəinki ağsaqqal, gənclər heç atasını saymır. Bu hamıya şamil edilmir, amma vallah 95 faiz belədir…

SONDA  SƏNƏ  TƏŞƏKKÜR  EDİRƏM.  ƏZİYYƏT ÇƏKİB MƏNİ DANIŞDIRDIĞIN ÜÇÜN. NƏZƏRİNƏ  ÇATDIRIMKİ, MƏN DANIŞMAĞI SEVMİRƏM…  SAATLARLA DİNLƏYƏR, SANİYƏLƏRLƏ DANIŞARAM.
Var ol  GÜNEL.
Səninlə tanışlığımı unutmamışam, unudan deyiləm, Ramil, çünki bizi birləşdirən əsl iki dəyər var, dostumuz və gözəl insan Aysel Abdullazadə və kitab, hər ikinizin kitabı…
Təşəkkür edirəm, səmimiliyinə görə…
 Söhbətləşdi: Günel Fərhadqızı

O, qayıtdı...


IMG-20160324-WA0020
Uzun zaman idi, azmışdım, bilmirdim hara gedirəm, kimlər var yanımda… Doğrudurmu etdiklərim, yoxsa yanlış… Özümdən incimişdim, xarakterimə görə… Az da olsa, vicdanım, əzab verirdi mənə… Hər alınanda, alınmayanda, günahkar bilirdim özümü…
Bir yandan susqunluq, durğunluq, ətalət, bir yandan fırtına, inqilab, ziddiyyətlər, mübarizə… Qalib olma istəyi… Bəhsəbəs, öndə olmaq, sanki yarışdır… Kimə deyim, etibar edim, ətrafımda xəyanət, yalan, qısqanclıq, paxıllıq varsa… Özümə güvənməliyəm… Ancaq özümə…
Zirvəyə baxmaq, önə addımlamaq, yuxarıya doğru qalxmaq, kənarda tutacaq da yoxdur, nərdivan nazik, yıxılmaq ehtimalı var, amma qorxmuram… Arzular da belədir, həyat da… Bir addımı səhv atdınsa, tutacaq bir dayağın yoxdur, yıxılacaqsan… Haranısa əzəcəksən, haransa çıxacaq, sınacaq, dərində yaralar olacaq, qanayacaq hər yerin üzdə də, içində də… Tərslik edib, yenə cəhd edəcəksən məqsəd, arzuna doğru, bu dəfə dərs almısan həyatdan, arzulardan, səhvlərindən… Ehtiyatlı atırsan addımını, tələsmirsən, qaçmırsan, elə addım atırsan ki, sanki bıçaq üstündə gəzirsən, ya da kəndir üstündə, tarazılığı qorumağa çalışırsan… Bilirsən ki, sənin səndən başqa kimsəsi yoxdur…
İnsanlarla münasibət də belədir, yemək bişirməyə çalışırlar sanki, insanlarla münasibəti quranda, bişirirlər səni, hazırlayırlar qazan, tavanı, qalayırlar odu, salırlar səni odun içinə, qaynayırsan, qızarırsan, bişirsən, sonra boşqablara, kasalara çəkirlər səni, yeyirlər ətini birgə qonaqlıqda, ruhun da incimir… Yeyib bitirirlər səni, qalan səndən bircə ruh olur, o da ki, kənardan tamaşa edir olanlara…
İtirirsən özünü, itirilirsən, getdiyin yolu, həyatını yaxşı tanısan da, tapa bilmirsən nə yolu, nə özünü, nə də itirdiklərini… O qədər yük daşıyırsan ki, bir itkidən yüngülləşirsən sanki… Dönüb geriyə götürmürsən öz yükündən düşəni, itirdiyini, axtarmağa belə çalışmırsan, çünki bilmirsən nəyi və harada itirdiyini… Vaxtsa amansızdır, gedir ömürdən… Yükün yüngülləşir itirdikcə yükündən düşənləri, səssiz itirirsən o yükündəkini… Çiyinlərin ağrıyır, başın ağrıyır, ağlayırsan, peşiman olursan bəzən… Dayanmaq istəmirsən amma, yorulsan da, çünki bilirsən ki, geriyə yol təkrar eyni şeyi yaşamaqdır… Sənsə təkrar yaşamaq istəmirsən… Sən təkrardan qaçırsan…
Sevgi də belədir… Həyat yolunda ilk itirdiyin yük insanlar olur, onların sənə münasibəti, hissləri olur, yaşadığın anlar olur, xatirələr olur, yük itdikcə, xatirə də itir, xəyal da, məqsədin də, arzun da, silinir avtomatik yaddaşın…
Sevgi də, qovsan, itirsən, qayıtmır… Keçmişdə qalır… Yenisinə rast gələnədək… İnsanlar dəyişmir axı, sevgiləri də dəyişsin…
Ümid və inam gizlənir içimizdə, çox dərin bir yerdə, basdırırıq onu, bəzən üzə çıxır, boğa bilmirik, susdura bilmirik bəzən onları…
Sevgi də, belədir, güclü olanda, itirsək də, qayıdır insana, nadir hallarda… Eyni adam, eyni sevgi, eyni arzu və xatirələr, xəyallar, plan və məqsədlər…
Bax beləcə gedir insan, gedir həyat, ötür zaman, məkanlar dəyişilir…
O, qayıdır həyatıma… Bəlkə yenidən xoşbəxt olaram, sevgidən yazaram, unudaram keçmişimi, itirdiklərimi… Unutmadısa məni, hələ də biganə deyilsə mənə… Şans verim bəlkə ona mən… Bəlkə, qapını açım, girsin içəri, olsun həyatıma qonaq, deyim ona:
  • Sevgi, xoş gəlmisən həyatıma, sevgi səni sevirəm, çox sevirəm mən?!

Bu gün səni qaraladım...

IMG_6503
Sabiq dostlarıma ithaf edirəm...
Bir zaman "salam"dan başladı ünsiyyətimiz, insanlıq var içimdə, insanlara sevgim də bitəcək bir gün, səbrim tükənsə, düşəcək insanlar qara siyahıma...
Günahı özümdə görürəm, insanların mənə mənfi münasibətində... Üzügülər olmağım, zarafatcıl, şən olmağım, saflığım, niyyətimin xoş olması, insanlara bağlanmağım, fədakarlığım, dostcanlığım, mehribanlığım, səmimiliyim əslində mənfi cəhətlərimdir... Çünki başqa cür tanıdır məni insanlara...
Yaradıcı və səbrli insanam, amma həssasam, kövrəkəm, tez inciyənəm... Sevmirəm məni aldadanları, xəyanəti, yalan danışanları, yola verənləri... Gözümdən bir dəfə düşdüsə, şans verə bilmirəm, şans verməyim, bağışlamağım başıma bəladır... 
İnsanlarda tez-tez yanılıram, tez doğma olurlar mənə... Yaxşı insan olmaq, rola girməmək pisdirmi? Olduğum kimiyəm, şişirtmədən, nöqsanlarım, mənfilərimlə...
Dostdan, yaxınımdan zərbə, yalan, xəyanət gözləmirəm, çünki mən bunları dostlarıma qarşı etmirəm... Dostluq mənim üçün bir sevgidir, bağlılıqdır, doğmalıqdır, etibardır, hörmətdir, anlayışdır... Qəbul edilmirsə və qarşılığı yoxdursa, münasibətləri qoruyub saxlamaq və dostluğun bitməməsi üçün mübarizə aparmaq, əbəs yerə əsəb və vaxt itirmək nə dərəcədə doğrudur axı...
Dözümlüyəm, səbrliyəm, anlayanam, bir yerə qədər...
Dünən yad idin, bu gün dost kimi yazdım səni həyatıma, sabah da pozacağam... Çox özünə güvənmə...
Susuramsa, sadəcə baş qoşmuram, susuramsa, səni öyrənirəm, tanımağa başlamışam - deməkdir əslində...
Susuramsa, susaraq siləcəyəm səni dostluğumdan, həyatımdan... Nə qədər doğma olsan da mənə... Hər başlanğıcın bir sonu vardır...
Səni dost kimi sevsəm də, doğmam olsan da, xətrini çox istəsəm də, qarşılıq görmədimsə, bitəcək dostluq...
Qeyri-müəyyənliyi sevmirəm... Ya yanımdasan, dostumsan, ya da ki, dostluq etməyi bacarmırsansa, bitirək dostluğu... Nə şiş yansın, nə kabab...
Hələ yaxşı insan olmağımdan sui istifadə etmək, gözdən salmağa çalışmaq, arxamca danışmaq, qruplaşaraq digər dostlarınla məni müzakirə etmək insanlıqdandırmı? Sənə dostluq lazım deyil, dostluq etməyi bacarmırsan...
Əlvida, bu gün səni qaraladım... Qaraladıqca, adınızı dost siyahımdan, həyatımdan dərhal silinirsiniz... Növbədə kim vardır, hələ ki, bilmirəm...
Qara rəngi sevməsəm də, qaralamalıyam, iqnor etməyi, biganəliyi sevməsəm də, bunu etməliyəm...
Əfsuslar olsun ki, dostluq etməyə başlayanda, salam verəndə, düşünmürəm ki, bu insan da insan olmayacaq, dostluğumuza layiq olmayacaq...
Ağlasam da, üzülsəm də, peşiman olsam da, bu dostluğa görə, yenə sınmıram... Çünki bilirəm, xilas olmuşam səndən...
Əlvida...

4/28/2016

Kişi deyil…


IMG_6503
Mənim üçün kişi deyil, hər özünü kişi sayan, cinsi kişi olan…
Mənim üçün hər yoldan ötən qadın və qıza söz atan və pis niyyətlə baxan, əxlaqsız hərəkət edən kişi deyil…
Mənim üçün dost adıyla qadın, qız, gəlin tutmaq istəyən o… lar kişi deyil…
Mənim üçün tanımadığı və tanıdığı hər kəsə f… kimi yanaşan və adlar, damğalar vuran, insana qiyməti ağıl və əxlaqına, savadına görə deyil, geyiminə, işinə və sosial statusuna, puluna görə verənlər kişi deyil…
Mənim üçün halal xanımını evdə otuzduran, işləməyə qoymayan, qısqanan, paxıllayan, özü isə kənarda ova çıxan ovçu kimi davranan insan kişi deyil…
Mənim üçün başqalarının sözü ilə digər insanlara qiymət verən, kiminləsə başqasının sözü ilə ünsiyyətdə olan, ünsiyyətini bitirən, öz analitik ağlı, fikri, məntiqi olmayan, düşünməyi bacarmayan təmbəllər kişi deyil…
Mənim üçün evdə oturub işləməyən, evinin qadın və qızını önə verən və onun çörəyini yeyən, evinə dəstək, dayaq olmayan, ailəsini saxlamayan avaralar kişi deyil…
Mənim üçün evinin qadınlarından savayı, bütün qadınları əxlaqsız sayanlar kişi deyil…
Mənim üçün xanımından ayrılandan sonra övladını anasından ayıranlar, keçmiş xanımı haqqında ağzına gələni danışanlar, xanımına şər atanlar, övladını anasına verib, övladını tərbiyə etməyən, axtarmayan, atasız qoyanlar, maddi kömək etməyənlər kişi deyil…
Mənim üçün bir xanım və ailəsini güclə saxlayıb, ailəsinin boğazından kəsib, kənarda daha bir neçə qadını saxlayıb, 4 arvad eşqinə düşənlər kişi deyil…
Mənim üçün evlənənədək qızı sevən, qoruyan, hörmət edən, yaxşı insan olub, evlənəndən sonra buynuzunu çıxardan, dəyişənlər kişi deyil…
Mənim üçün insanın etibarından sui istifadə edənlər, səmimilik, təbiilik və saflığı zəiflik bilib, qadını əzmək və gözdən salmaq istəyən, qadına şər atanlar kişi deyil…
Mənim üçün zorlayan, döyən, söyənlər kişi deyil…
Mənim üçün qadını, uşağı, yaşlını incidən, ağladan, kobudluq edənlər kişi deyil…
Mənim üçün həörbi xidmətdən qaçanlar, özünü yararsız çıxardanlarƏ, vətən uğrunda ölməkdən qorxanlar kişi deyil…
Siyahını uzatmaq olar…

4/27/2016

İnsanı vuran ən yaxınıdır...


İnsana ən böyük zərbəni özü vurar, bir də ki, ən yaxın olan insanlar, doğmalar… İnsanın ən böyük düşməni öncə özüdür, sonra doğmalar, yaxınlar…
Ən böyük zərbəni məndən valideynlərim aldı, onları tərk etdim, öz ailəmi qurmaq üçün…
Ailəmi qurdum, valideynlərimi, vətənimi, işimi, təhsilimi atıb, getdim ərə, köçdüm vətəndən, “Arvad ər olan yerdə olmalıdır” prinsipiylə hərəkət etdim… Ər haqlıdır, onun sözü qanundur axı…
Ona görə tərk etdiyim, qurban verdiyim, mübarizə apardığım həyatımda zərbə dalınca zərbə aldım… Özüm özümü cəzalandırdım, zərbə endirdim, sonra doğmalar, sonra uzaq, yadlar, bir də baxdım, hər kəs belimə soxub bıçağı, elə yaralanmışam ki, sağ qalmağım möcüzədir…
Cəza dalınca cəza, yad və qərib ölkə, yad və qərib insanlar, ər belə yadlaşdı, qəribləşdi… Sonra övladın yadlaşdı sənə, övladın qəribləşdi… Azyaşlı olmasına baxmayaraq, vurdu zərbəni sənə bacardığı qədər… Ən böyük zərbə də qızımdan gəldi… Necə sındımsa, qızım sənin hərəkət və sözlərindən, həyatdan bezmişəm, məhv olmuşam, dağılmışam, ağlamaq belə çarə deyil mənə… Atan göndərdi mənə şəkillərini, daha istəmirəm, sənin mənə olan sevgisizliyini, hörmətsizliyini, haqsızlığını, mənə verdiyin əzabı, vurduğun zərbələri uda bilmirəm… Dayanın artıq…
Qızım, sənin səsin, sözlərin, məndən qaçmağın, məni sevmədiyini deməyin, mənim yanıma atasız gəlməməyini, atasız yaşamaq istəmədiyini və atanı sevdiyini qəbul etdim, sənə olan sevgim naminə, mübarizə aparmıram, seçiminə və sevginə hörmətlə yanaşıram… Amma qızım, səncə mən bu qədər pis insanam, nə pislik etmişəm sənə axı?! Niyə mənə bunu edirsən?! “Anamı istəmirəm, anamın yanına getmək istəmirəm… Anam pisdir, anam gəlib burada yaşamır, məni sevmir anam, sevsəydi, gəlib burada yaşayardı” deməyin, nə bilim vallah, mən azərbaycanlıyam, kimsə məni məcbur edə bilməz, başqa ölkədə yaşamağa, kimsə məni kiminsə əliylə vura bilməz, onsuz da vururlar, kimsə səni silah kimi istifadə edib, məni məhv etmək istəməz deyə düşünərdim, amma sən saydığını say, gör, fələk nə sayır…
Bu qədər ucsuz-bucaqsız dərdim var ikən, kişilərin, qadınların mənə münasibəti, qınaması, məsləhətləri məni lap boğur, guya istəmirəm səni qaytarmaq istəyirəm… Amma sənin istəyinə qarşı gedə bilmirəm… Məni sevməyən, mənimlə yaşamaq istəməyən, məni seçməyən övladım üçün niyə mübarizə aparım ki, sən azadsan, səni sərbəst, azad böyütdüm, öz fikrin, qərarın olsun, asılı olmayasan kimdənsə, indi öz fikrin, qərarın, seçimin var… Əzab çəksəm də, hər gün daha çox məhv olsam da, yansam da, içimdə ağlasam da, yenə də qəbul edirəm… Bilirəm, atasız yaşamaq istəməyəcəksən, atanı seçəcəksən, atan üçün darıxacaqsan…
Sən atanla artıq yeni ana axtarışına çıxmısınız… Bir-bir sınayırsınız anaları, deyəsən artıq seçdiyin, bəyəndiyin var… Bir yandan sevinirəm, bir yandan üzülürəm… Sevinirəm ki, xoşbəxtsən, üzülürəm ki, doğma anan sənin üçün heç kimdir… Kaş ki, öləydim, bu günləri görməzdim, ölmüş bilərdin məni…
Acizəm, çünki mənim üçün sən və sənin arzun, qərarın, seçimin daha önəmlidir… Qanun önəmlidir… Bəlkə sən məndən imtina etdiyin kimi mən də səndən imtina edim, hər kəs rahatlıq tapsın, bir məndən başqa?
Çarə axtarıram, unutmağa bu dərdi, bu zərbəni, sağaltmağa yaranı… Arzularım olur heç də xoş olmayan…
Nə qədər qınayır insanı, qadını insanlar, cəmiyyət, nə qədər günahkar bilirlər…
Hər kəs ağıllıymış, məndən savayı…
Yenidən ərə get, yenidən ana ol kimi məsləhətlər verirlər, yerimdə deyillər, olsaydılar, bəlkə anlayardılar…
Kiməsə arzulamıram, övladın sağ ikən, ölmüş kimi davranmaq, sağ ikən olmamış kimi davranmaq…
Kişiləri də anlaya bilmirəm… Mən nə haydayam, siz nə haydasınız… Qəmiş olmayın…
Bir xəstəlik olsaydı, əzab verərək, ağrılarla bezdirsəydi, başımı qatsaydı, müalicəsi olmasaydı, günbəgün aparsaydı məni ölümə doğru, bəlkə o zaman xoşbəxt olardım…
Bəlkə bundan sonra həkim desəydi ki, uşağın daha olmayacaq, sonsuzsan, müalicəsi yoxdur, canım qurtarardı ağıllı məsləhətverənlərdən… Sonsuz olsaydım, kişilər də əl çəkərdi məndən…
Xatirələr qoymur məni yaşamağa, evdəki geyimlərini, oyuncaqlarını verə bilmirəm kiməsə, iyin vardır evdə, səsin vardır… Qınama məni, səni unuda bilmirəm…
Bir qəza baş versəydi, beynim silkələnsəydi, yaddaşımı itirsəydim, xoşbəxt olardım, unudardım keçmişimi, varlığını…
Hər kəs yadıma salır, soruşur səni məndən, daha çox üzülürəm… Elə bir yer olsaydı, insan olmasaydı… Kimsə salmasaydı səni yadıma…
Başdan gərək sonsuz olardım, itirərdim səni, doğulmamalıydın bəlkə də sən… Bilmirəm, nə doğrudur, nə yanlış…
Mənəvi ölüm, komadayam, oyanmaq istəmirəm, qayıtmaq istəmirəm bu dünyaya… Cəhənnəm belə məni qorxutmur… Əsl cəhənnəmi sənsiz bu həyatda yaşayıram…
Sənsiz bu həyatı neyləyirəm ki, uzaqda qınamaq, yaşamadan qınamaq çətindir… Bezmişəm hər suala cavab verməkdən, dərdləşməkdən, paylaşmaqdan…
Bezmişəm mübarizə aparmaqdan, təhdidlərdən, şantajlardan, təhqirlərdən, söyüşlərdən…
Axı, bu necə həyatdır?! Məgər bu həyatdır?! Əsla!
Əlvida, qızım, bağışla, bacarsan məni, sənsiz yaşaya bilmirəm artıq…

Kimdir müqəssir?!

IMG_6503
Həyatımda nə baş verir, vermirsə, “Axı, niyə?” sualından sonra verdiyim sual “Kimdir müqəssir, nədir maneə?!” olur…
Cavab, hərlənib fırlanıb öz üzərimə gəlir, bütün suallarıma cavab, “Mən”dir!
Dəlicəsinə, ölümədək, sonsuz sevən mənəm, əzab çəkən, özümü düşünməyib, hər kəsi düşünən, özümü başqalarının yerinə qoyub, kiməsə nəyisə qıymayan, qınamayan kimisə mənəm…
Yaxşı insan olmağım, barışmağım, bağışlamağım, zərbələr vurduqca insan, pisliyə pisliklə cavab verməməyimdir məni günahkar edən…
Hər kəsi anlamağım, düşünməyim, qəbul etməyim, hörmət etməyim, saflığım, vicdanım, ağlımdır mənə düşmən olan cəhətlərim…
Səmimi, ünsiyyətcil olmağımdır məni insanlara pis tanıdan…
Sevdiyim zaman sevdiyim insanı xoşbəxt edə bilmirəmsə, onu üzürəmsə, getməyimdir, seçim zamanı qarşıdakının istəyini çox vaxt nəzərə almağımdır, bir zamanlar başqaları üçün yaşamağımdır günahım…
Sevdiyim zaman sevgimi gizlətməməyim, həddən ziyadə diqqətli, qayğıkeş olmağım, bununla onu bezdirməyimdir, biganə ola bilməməyimdir mənə maneə olan cəhətlər…
Yalanı sevməməyim, yalan danışılan zaman, xəyanət edilən zaman unutmadan uzaqlaşmağımdır həmin insandan…
Dava və mübahisələri sevməməyimdir…
Hər kəsi özüm kimi bilməyimdir…
Hər kəsə inanmağımdır…
Sadəliyimdir mənim düşmənim…
Sevdiyim zaman sevdiyim insanın xeyrinə, nə qədər əzab çəksəm, yansam, bədbəxt olsam da, çıxıb getməyimdir, onun xoşbəxt olması üçün gedişi zamanı onu saxlamamağımdır mənim günahım…
Kimdənsə asılı olmamağım, kimisə özümdən asılı etməməyim, insanların fərdiçilik və azadlığını qəbul etməyimdir təqsirim mənim…
Bəzən çox səbrli, bəzən isə səbrsiz olmağımdır, bəzən sakit, bəzən sərt olmağımdır…
Bəzən gülüşüm, bəzən göz yaşlarımdır, bəzən danışmağım, bəzən susmağımdır təqsirim ancaq…
İtirməyimdə də özüm günahkaram… İnad etməməkdə, özümün deyil, başqalarının seçimiylə razılaşmaqdadır səhvim…
Məni sevənləri sevə bilməməyim, məni sevməyənləri özümə sevdirməməyimdir, cavabsız sevgimdir, sevgimi cavabsız qoymağımdır əsl günahım…
Beləyəm, neyləyim, günahkaram…

4/25/2016

Sevginin rəsmi- Hekayə - Elməddin RAHİBOĞLU

Sevginin rəsmi- Hekayə - Elməddin RAHİBOĞLU

Fərqliyik səninlə…


IMG-20160324-WA0020
Biz səninlə fərqliyik, sanki birimiz zirvəyik, birimiz uçurumdakı son aşağı nöqtə, quyunun dibi…
Biz səninlə fərqliyik, sən susan, axırsan öz cığırınla, sakitsən üzdə, mənsə odam, sən mənim odumu söndürməlisən əslində, hirsləndiyim zaman…
Sən yağışsan, mən aydın, buludsuz hava…
Sən bataqlıqsan sanki, mən güllü, ağaclı, gözəl təbiət…
Sən ağ-qara yuxusan, mənsə rənglənmişəm min çalara…
Sən sünisən sanki, mənsə təbii…
Sən gecikirsən, mən tələsirəm…
Sənin addımların yavaş, mənsə sanki harasa qaçıram… Mən yeridikcə, mənə çatmırsan, qalırsan arxada…
Sən dayanırsan hər addımında, mənsə irəliyə gedirəm ancaq… Bitmir enerjim, özümə əminəm… Sənsə, tərəddüdlər içindəsən…
Sən qəlbləri qırırsan, insanları incidirsən, mənsə ancaq özümü qırıram, özümü incidirəm… Başqalarına qıymıram, gücüm çatmır, istəmirəm…
Sən pissən sanki, şərsən, xəta, səhvsən, mən yaxşı, xeyir, doğru olan…
Sən yalansan, mənsə həqiqət…
Bu qədər fərqliyik, bu qədər ziddiyyət var aramızda… Səni sevə bilmirəm… Məni bağışla…

Cəhənnəmə yolçuluq - Elməddin RAHİBOĞLU

Cəhənnəmə yolçuluq - Elməddin RAHİBOĞLU

Ermənidən betər həmyerlilərim… 18+


12640424_1549632762013646_1562971873089590549_o
Ermənidən qabaq düşmənlərimiz var öz içimizdə, adımı azərbaycanlı, müsəlman, insan qoyan insanlarımız var... Erməni düşmənimizdir, bilirik, tanıyırıq, uzaq dururuq onlardan... Dad bizim içdə olan üzdə dost görsənən həmyerlilərimizin əlindən...
Boşanmış, zorlanmış, ayrılmış, dul qalmış qadını bişirmək istəyən, bişirə bilməyən kişilərimiz var, adları və cinsləri guya kişidir... Əldə etməyəndə onlar qadını, istədiyini, başlayırlar arvaddan betər arxaca danışmağa, qeybət etməyə... Bunu bizə erməni yox, özümüzünkü edir...
Böyük, kiçik anlamayan, uşaq, yaşlı, qadın qəbul etməyim, son söyüşlərlə söyən, gücünü ağlında deyil, ağılsızlığında, səviyyəsizliyində, əxlaqsızlığında görən həm yerlilərimiz də var, ermənidən betər...
Uşağa, qıza, başqasının qadınına tamah salan kişiçiklər də erməni deyil, özümüzünküdür...
Zorlayanda, zorlanan da, söyən də, söyülən də, döyən də, döyülən də özümüzünküdür...
Adamlığı olmayıb adamlıqdan danışan, özünü hamıdan təmiz, yüksək bilən əslində bir qəpiklik dəyəri olmayan həmyerlilərimiz də var...
Sözlə, mədəni dildə söz qanmayan eşşək, qanmaz, pozğunlarımız  da erməni yox, özümüzünküdür...
Qız uşağına tərbiyə və təhsil vermək əvəzinə, kişinin ağuşuna atan ailə başçıları da erməni deyil...
Didərgin salır bizi bizdən, qaçırıq onlardan, etibarımızdan, saflığımızdan, insanlığımızdan, səmimiliyimizdən sui istifadə edən, sonra ağzına gələni basıb bağlayanlar da erməni deyil, özümüzünküdür, oğraşlıq özümüzünkülərdən çıxır, yadlardan deyil...
Tək yaşadığını bilən kimi yazmağa, bezdirməyə başlayan, yanan, alışan, yanıqlar da, kişilərin istəyini yerinə yetirib, hamıya özünü paylayan da, erməni deyil, öz f.....imizdir...
Sizin kimilər ananızdan soruşun: Atanız bəllidirmi, kimdir atanız? Bəlkə erməni var qanınızda, bəlkə insan deyilsiniz, heyvandan törəmisiniz, bəlkə şeytanın mayasından yoğrulmusunuz... Bu qədər də olmaz...
Ananızdır, bacınızdır, arvadınız, qızınızdır f.... tanımadığınız qadına bu damğanı vuran kişiciklər, qadıncıqlar...
Pulu olmayanı adam saymayanlar, mala-mülkə aldananlar, özlərinə baxanda, cin qorxudan insanlarsınız, ermənidən betər...
Pulla insanlara kömək edən, pulla xəstəliyə şəfa verən, pulsuzları öldürən də sizsiniz...
Pulu olanı dağ başına qaldıran, pulu olmayanı endirən, uçuruma itələyib atanlar sizsiniz, erməni deyil...
Ayaq altı qazan, paxıl, pis niyyətli insanlar da, erməni deyil, sizsiniz... Siz özünüz özünüzə düşmənsiniz, bizdən öncə...
İnternetdə, virtual aləmdə əjdaha olub, tanımadığınız insanı təhqir edənlər gerçək həyatda siçan kimi deşik axtarırlar, qorxudan girməyə... Düşmənsən, zəhlən gedir, nifrət edirsən, niyə gizlənirsən o zaman? Axıradək get, haqlı olduğunu sübut elə...
Namusuyla yaşayan, kişiyə ehtiyacı olmayan qadınlara şər atmayın, qorxun bir az günahlarınızdan, bu günün sabahı da var....
İnsan olun, insanlarla insan kimi rəftar edin! Müsəlman, dindar, azərbaycanlı adını daşımaqla deyildir... İnsan olmayandan sonra siz mənim üçün, bizim üçün ermənidən də betərsiniz!
Nəsliniz kəsilsin! Övlad üzünə qalasınız həsrət, sizin kimilərin övladı sizdən betər olacaq, gələcəyimizi korlamayın, korlanmış gen, qanınızla...
Ermənidən betərsiniz, haramzadələr...

Allaha yazdığım son məktubum...

Sənə son məktubumu yazıram...
İncimişəm səndən növbəti dəfə...
Daha məni eşitmirsən... Daha dayaq deyilsən mənə... İtirdikcə itirirəm, bezdikcə, bezirəm, yoruluram, əzab çəkməyə başladıqca, daha çox əzab çəkirəm, yaşamaqdan usanmışam... Aldıqca, alırsan əlimdən hər şeyimi... Bircə qalıb işim, bir də mənim olmayan ev... İnsanlar da gəlib keçir həyatımdan...
Keçmişimə daha çox nəzər salıram, həyatımda olan insanlara, hadisələrə, hər kəsə və hər şeyə... Nəticə çıxarmağa çalışıram... Səhvlərimi təkrarlamamaq istəyirəm, insanlara inanmamaq, sevməmək, sevilməmək üçün özümü qorumağa çalışıram...
Sənə yazmaq, səninlə danışmaq da mənasızdır... Öz öhdəmə buraxmısan məni, həyatımı...
Daha nə şikayət edə bilirəm, nə də ki, xahiş... İndi daha çox ağlayıram, susuram, yenə də ağlayıram, paylaşıram danışdıqca, xeyri olmur, ağlayıram...
Bəlkə heç ərə getməməli idim, sevməməli idim, olmamalı idim ana... İndi bu cür çəkməzdim iztirab, ağlamazdım, atam haqlıdır...
Yalan danışmağa çalışıram, başqaları sevinməsin bədbəxtliyimə... Mahircəsinə gizlədirəm kədərimi, həsrətimi, gülürəm, zarafat edirəm... Artıq özümü də aldatmağı bacarmışam... Afərin mənə... Böyük qüvvəyəm...
Güclüyəm, amma zəifəm öz önümdə... Yarım qalmışam axı, tam deyiləm... Ağrılarım var, yaralarım var, unutdurmuram onları özümə...
Onsuz da unutmusan məni, biganəsən... İçməyə, çəkməyə başlamışam, sənin kimi özümü unutmaq üçün...
Bir tək səninlə səmimiyəm, nə gizlədim axı səndən... Səndən nəsə gizlətmək olar ki, məgər?! Əsla! Sən məni də görürsən, ətrafımdakıları da, mənim etdiklərimi də görüb, bilir, eşidirsən, ətrafımdakıların mənə etdiklərini də... Qınama məni, dəyişməyimi, anla məni, dəyişməliyəm... Sən məndən imtina etdiyin gündən özüm-özümü qorumalıyam... Özüm varm özüm üçün...
Bilirəm, niyə susursan, sən də bezmisən məndən, səni də yormuşam...
Neyləyim, tək həmdəmim sən idin, tək sənə etibar edə bilirəm... Sənə dediklərim səndə qalır, sirr saxlamağı bacarırsan...
Tək dostum sənsən... İnsanlardan insanlara dost çıxmaz... Heyvan insanlardan daha yaxşıdır... İnsanlarla duz -çörək kəsirsən, etibar edirsən, yaxın bilirsən, o isə sənə zərbə endirir, pislik edir... İnsanlardan bezmişəm...
Bir xahişim var, son xahişim, apar məni bu dünyadan... İstəyirsən sal cəhənnəmə, istəyirsən cənnətə, istəyirsən, ruhum dünyanı dolaşsın, fərq etməz... Təki bu bezdiyim dünyadan, həyatımdan xilas et... Al məni insanların əlindən... Al məni öz əlimdən... Qoyma artıq günaha daha çox batıb... Batdıqca, bataqlığa yuvarlanıram, batdıqca, palçıq, çirkaba, dəyişirəm simamı, itirirəm insanlığımı... Məni hamı kimi olmadığım, qəlbimin saflığına görə sevmişdin axı... Xilas et qəlbimi, qoyma ləkələyim onu... Qoyma ruhum olsun əxlaqsız...

4/19/2016

Xəbərsizsən…

Xəbərsizsən…
Sən xəbərsizsən…
Məndən xəbərsizsən… Hələ də…
İlk tanış olduğumuz gündən bu günədək xəbərsizsən məndən… Arada bir yazırsan “Salam, necəsən?!”, vəssalam, bununla bitir sənin məndən xəbər alman…
İlk tanış olduğunda da məndən, kimliyimdən xəbərsiz idin, bilmək istədiyini bildin, dərininə varmadan…
Kimi sevdiyindən də xəbərsiz idin…
Necə yaşayıram, xəbərsizsən… Sağam, ya ölmüşəm, kim bilir, bəlkə xəstəyəm, bu gün və ya sabah, əcəl gələcək dalımca… Ölsəm də, xəbərsiz olacaqsan… Ölsəm də, uzaqda olacaqsan, vecinə olmayacaq…
Səni unutmuşam, boşluq var içimdə, tüfeylidir qəlb dünyam, qarışıqdır beynimdəki fikirlərim…
Yaşamağa çalışıram, tənha… Xəbərsizsən…
Hər gülüşümdə bir göz yaşı var, xəbərsizsən… Hər sevincimdə bir kədər var, xəbərsizsən…
Sənin üçün hər günə bir yeni xəbər var, xəbərsizsən…
Yazmırsan daha, 14 gündən çoxdur, incimisən ki, sənsiz yaşaya bilirəm… Yaşayıram, amma necə?!
Mücadilə, mübarizə, özümə münasibətimdən də xəbərsizsən…
Ürəyimdə min dərdimdən qalan min ağrı var, çarəsiz, ağrıdıqca ağrıyır, sağaltmadıqca, irinləyir yaralar, qanqrenaya çevrilir, çürüyür, kəsib atıram, ürəyimdən belə getsə, bir şey qalmaz, xəbərsizsən…
Susmağımda da gizlilik var, yazılarımda da, dediyim sözlərdə də… Üzdə sevənim çox, gizli düşmənim, xəbərsizsən…
Küsgünəm, səndən, hər kəsdən, özümdən, həyatdan… Xəbərsizsən küsgünlüyümün haqlı səbəblərindən…
Sevmək və sevilmək, xoşbəxt olmaq və xoşbəxt etmək, almaq və vermək istədim sadəcə, yaşamaq, yaşadıqca, yaşatmaq, yazmaq, yaratmaq, paylaşmaq istədim… Xəbərsizsən bu istəyimdən…
Nə məqsədlərimdən, nə arzularımdan, nə planlarımdan xəbərin var, xəbərsizsən, çünki özünü onlardan məhrum etmisən…
Hər sözümdən söz çıxartdığından və sözdə ən yaxın dost və sirdaşım olduğundan, susuram, susduqca, yazıram, yazdıqca, qınayır məni başqa insanlar, xəbərsizsən hamı kimi…
Xəstələnəndə, yaşadığım ağrılardan, tez-tez ölüm haqqında düşünməyimdən, özümə qapanmağımdan, özümə necə əzablar verib, özümü necə cəzalandırmağımdan, bezməyimdən, hər gün ağlamağımdan, xoşbəxt ola bilməməyimdən, ətrafımda bu qədər insan varkən, tənha olmağımdan xəbərsizsən…
Səni nə qədər çox sevdiyimdən də xəbərsiz idin… Sənə görə getdiyim güzəşt, verdiyim qurbanlar da göz önündə idi, görürdün sanki, amma xəbərsiz idin…
Əslində, güclüyəm, dözürəm, bezsəm də, hər gün ölmək istəsəm də, xəbərsizsən…
Məni bu hala sən saldın, sənə çox inandım, məni sevginlə məhv etdin, yaşatmaqdansa, xəbərsizsən hələ də sən…
Yaşamaq istəmirəm, belə həyatımı yaşatmaq istəmirəm, xəbərsizsən, susursan, sanki belə də lazım imiş…