2/29/2016

Aysel Abdullazadənin "Günəşin düşmədiyi odalar" a baxışım...

28 Fevral  bizim hər birimiz  üçün möhtəşəm gün oldu, bizi Kitabevim kitab mağazasında (təşəkkür edirəm onlara) birləşdirən iki dəyər var idi:
Biri Aysel, biri isə kitab...
Mənim üçün Aysel kimdir?Aysel – Ay və Seldir! Ay kimi cəlbedici, valehedici, sevimli, gözəl, qaranlıqda işıq saçan, yolda mayak olan, ictimaiyyət və sosial toplum saydığımız insan okeanında qabarma və çəkilmələrə səbəb olan qadın, yazardır. Sel kimi isə cəsur, önündəki maneələri aşan, yuyub aparan, qorxmaz, mərd, cəsarətli, kəsərli sözü olan, aydın, təmiz, saf su kimi qəlbə malik olan bir xanım, yazardır...
İkinci dəyər olan kitaba gəlincə, həqiqətən də Günəşin düşmədiyi otaqlar var, cavabsız suallar, qaranlıq qalan mətləblər, susulması məsləhət bilinən məsələlər, işıqsız qalan yollar, sevgisiz qalan qəlblər kimi, antonimlər var, qaranlıq və işıq, sevgi və nifrət, yaxşı və pis, xeyir və şər kimi, qadın və kişi kimi...
Aysel xanım və onun yaradıcılığı ilə tanışlıq senzor.org saytı sayəsində olmuşdur.Rüfət Əhmədzadəyə minnətdaram. O saytda yerləşdirilən yazısı və piano arxasında güllü qırmızı don geyinmiş məsum və müsbət enerji, pozitiv verən bir xanım şəkli məni yaxşı mənada cəlb etdi, maraqlandırdı. Onun orada ardıcıl olaraq çıxan üç yazısını oxudum, çox bəyəndim “Çimərlik mədəniyyəti”, “Otel otaqları”, “Kirayələnmış fahişə” yazılarını çox sevdim, sosial şəbəkədə onu axtardım, tapdım, dostluq yolladım, bir həftə o, dostluğumu qəbul etmədi. Sonra isə qəbul etdi, biz dostlaşdıq, yazılarımızı oxuyub, müzakirə edirdik, oxşar fikirlər, düşüncələr, yazı tərzi və xarakterimiz bizi daha yaxınlaşdırdı, dost olduq, bacı olduq... Onun xətrini onu yaxından tanıdıqca, daha çox istəməyə başladım. Bir-birimizdən xəbərsiz bir-birimizi sayt redaktorlarına tövsiyyə edir, yazılarını yerləşdirirdik, ancaq sayta keçidi yollayırdıq sürpriz olaraq...
Aysel geniş qəlbə və tükənməz səbrə malikdir, operativdir. Yenibaxis.az saytının təsisçisi və baş redaktorudur, filoloq olmaqla yanaşı, oz bloq səhifəsi var bloqqer olaraq, ayselabdullazade.blogspot.com. Yazılarımı ilk olaraq, saytında yerləşdirən, redaktə edən, uzun yazılarımı səbrlə oxuyub, fikrini bildirən insandır, tənqidi də yerindədir, tərifi də...
Kitabı oxudum, çox sevinc, sevgi, maraq hissi ilə... Öz dəsti-xətti, üslübu ilə insanın ağlına və qəlbinə yol tapan yazılardır, düşündürən, yaşatdıran, hiss etdirən...
Oxumağa dəyər hər yazısını...
Bir çoxları yazılarına, hayqırtısına, qadın haqqlarını müdafiə etməsinə görə onu feminist və ya kişi düşməni saya bilər və yanılar... Onun ailəsində onun çox sevdiyi iki kişi var, Atası və qardaşı... Aysel, obyektiv insandır, düzü düz, əyrini əyri yazır, tənqid edəndə, qadınları da tənqid edir...
Ona bir yazıya, yazının başlığına görə qiymət verənlər, yazını oxumadan ancaq başlığa görə fikir bildirənlər, rəy və ismarıc yazanlar yanılırlar... Əslində, hər yazısında sevgi var, qayğı var, diqqət var, cəsarət, təbiilik, səmimilik var, məsumluq var... Ən əsası həqiqət var...
Rəsimlərində də rahatlıq, sevgi, gülüşündə səmimilik, baxışında dərinlik var... O, əsl qadındır... Yazılarının bir hissəsində yaşayan və yaşadan ictimaiyyət üçün bir az açıq, bir az qapalı insandır. Kitabı hər kəs oxumaq istər, amma onun dilini bilmək lazımdır, kitabda yazılanları anlamaq üçün hər sözü anlamaq, dərinliklərinə varmaq, o sözləri gerçəkləşdirib təxəyyülündə səhnələşdirmək lazımdır, sanki özünü o şeirdə yaşayan və yaşanılanların yerinə qoyursan, 3 d və 4 d effekti kimi... Bu qədər real, bu qədər canlı...
Şərqdə qadın olmaq çətindir, cəmiyyət, ictimai rəy və qınağa görə...  Qadın doğulmamış, doğulanda da bəzi ailələrdə problem yaradır, yaşayır... Qadın ikinci insan kimi qəbul edilir hələ də... Qadının problemləri çoxdur, qadın doğulmaq çətindir əslində... Qadın doğulduğu andan mübarizədədir əslində... Qadına qoyulan tabu, məhdudiyyət, qadağalar,  adlar, vurulan damğalar, atmacalar, haqsız qınaqlar, “olmaz”lar qadının təbii simasını dəyişməkdədir, qadın sıxıldıqca, təzyiqlərə məruz qaldıqca, deformasiyaya uğrayır sanki, o qədər dəyişir ki, süniləşir...
Aysel xanım, qorxmadan, çəkinmədən aktual sosial problemləri gündəmə gətirir, gündəlik həyatımızda yaşadıqlarımızı qələmə alır... Əslində, çətin nəsə yoxdur, hər şey, dili belə anlaşılandır, yadda qalandır və özünü sevdirəndir...
Paxıl insan deyiləm, yazar, tənqidçi kimi mübarizəmə tək çıxmışdım, zərbələr mənə gəlirdi, dəstəyim az  idi, çox sevinirəm ki, Aysel və onun kimi cinsindən asılı olmayaraq, həqiqəti yazmağı bacaran digər yazar dostlarım- Elməddin Rahiboğlu, Kamran İsmayılzadə, Tural Sahab, Mələk Heydərova, Fatimə Hacıbəyli, Vasif Ayan var, güc birlikdədir, biz mübarizəmizdə tək deyilik, əbəs deyildir...
Bir yazımda yazmışdım, insanlar kitab kimidir, Aysel maraqlı, yeni məlumatlarla dolu, söz ehtiyatı olan, oxunaqlı, zəngin, dəyərli insan kitabdır,  tənqidim odur ki, kitabın kiçikdir, yazıların az deyildir axı... Sən bitməz tomları olan ensiklopediyasan, kitabın da həcmcə böyük olmalıdır.
Onun yaradıcılığında xüsusilə sevdiyim şeirlər var, sanki özümə çox yaxındır, sanki özümü görürəm...
  1. Güclü qadınlar bağışlamaz- bu fikirlə razıyam, güclü qadınlar bağışlamır, unutmur, sadəcə biganə olur və həyatına davam edir;
  2. Sevdiyim ikinci kişisən- söhbət ilk kişi olaraq atadan gedir, qız övladı doğulanda ilk sevdiyi və bağlandığı kimi onun atasıdır, sonra sevgilisi-həyat yoldaşı, uşaqlarının atası;
  3. Gedənlər həmişə unudanlar olmur- çox vaxt kimdən gedirsənsə, o, unudur, gedənlər getsə də, unuda bilmir, nə yaxşını, nə də ki, pisi...
  4. Mən öldürdüyünüz qadınam- şərq dünyasında aktual problem olan-qadınla bağlı problemlər öz yerini tapmışdır;
  5. Göz yaşlarım- düşündürücü, maraqlı yazıdır, eyni adlı yazımı-nəzirəmi yazmağa sövq etdi məni;
  6. Həyat- Həyat dediyim yazısını nəzirə olaraq yazmağa ruhlandırdı məni;
  7. Səninlə yaşlanmaq istəyirəm- hər bir kəs ömrünün sonuna və ölənədək sevəcəyi bir insanın olmasını və onunla yaşlanmaq istəyir. Bu hər bir kəsin arzusudur cinsindən asılı olmayaraq;
  8. Baxış bucağı-çox maraqlı, düşündürücü, əsas problemləri, insanların düşüncələrini əks etdirən yazıdır;
  9. Qadınam mən-çox doğru şəkildə vurğulanmış və cəsur etiraf və çağırışdır;
  10. Məni aldatmaq asandır-sevən və sevməyi bacaran, saf qəlbli insanları sevən zaman aldatmaq çox asandır;
  11. İnsan sifətləri-çox maraqlı, gerçəkliyi əks edən yazıdır;
  12. Hər şey eynidir... Hər şey fərqli-bəzən elə olur ki, həyatımız və özümüzün fərqli olduğunu düşünürük yanlı olaraq, əslində eynidir, eyniyik, bəzən isə eyni olduğumuzu düşünürük, eynidir həyatımız, yanılırıq, əslində, fərqliyik, fərqlidir həyatımız. Hər şey eyni olduğu qədər də fərqli ola bilər və ya əksinə;
  13. Qadın özləmi-qadın sevərsə, gözləyərsə, səbr edər. Səbri tükənməsin təki;
  14. Sona çatmaq yenidən başlamaqdır-hər son yeni bir şeyin başlanğıcıdır;
  15. Sənə inanmaq-hər kəs inanmaq istəyir, aldanmamaq istəyir;
  16. Sonra get-çox cəsarətli bir çağırışdır, “get” sözünü hər kəs cürət etmir deməyə... Tənhalıqdan qorxur bəziləri, bəzisi isə atılmaq, unudulmaq istəmir. Gedəni sağlamazlar;
  17. Get;
  18. Bir qadını olmalı kişinin- qaın və kişi tərs mütənasib, antonim olsa da, bir-birini tamamlayır, hər bir kişiyə qadın, hər bir qadına bir kişi lazımdır;
  19. Bir kişisi olmalı qadının.
Bu tədbirə gələn hər kəsə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Kitabı sevən, mütaliə edən, ziyalı və yaradıcı insanları, onlara dəstək olanları xüsusilə vurğulamaq istəyirəm “təşəkkür ismarıcım”da.
Aysel, valideynlərinə təşəkkür edirəm, vətənimizə belə layiqli, manqurtlaşmayan, vətənini, soykökünü unutmayan, sevən, zəngin mənəvi dünyaya, bitməz enerjiyə və söz ehtiyatına malik olan insan dünyaya gətirdiklərinə, bizi sevindirdiklərinə görə. Təşəkkür edirəm ki, bu gündə səni tək qoymadı ailən, bacın da, qardaşın da gəldi bu xoşbəxt gününə.
Aysel, sənə təşəkkür edirəm, mənə olan etibar, sevgi, qayğı, diqqətinə görə, məsuliyyətli iş olan təqdimatında giriş sözü demək və iki saatlıq təqdimatını aparmaq çox sevincli, fəxr edici bir işdir, həm də çox məsuliyyətli, ciddi... Həyəcanlı idim, kövrəlirdim, ağlamaq istəyirdim sevincimdən, güclə saxlayırdım özümü...
Aysel xanımı ilk kitabını çıxartması münasibətilə təbrik edirəm və uğurlar diləyirəm...

2/25/2016

Fərqli cəhət... 16.04.2003/19.04.2003

Bu dünyada həyatın rəngləri kimi fərqli cəhətlərə malik insanlar vardır. Sən isə onlardan biri idin, təzə tanış olan anda. Bu təəssüratların aldadıcı olması fikri yanlışdır. Sən həqiqətən də rəngarəng xasiyyətə maliksən. Səni gördüm, elə ilk anlarda anladım ki, həyatımı işıqlandıracaq bir dosta rast gəlmişəm… Səni gördüm, birdən-birə həyatımdakı ağ və qara rənglər digər rənglərlə əvəz olundu, daha da sevindirdi, gözəoxşayan oldu, həyatımı maraqlı etməyə başladı.Sanki, sənin həyatıma daxil olmaq üçün atdığın ilk addım mənim həyatımı daha rəngarəng, daha əyləncəli, daha mənalı və işıqlı etdi. Sanki sənin həyatıma daxil olmaq üçün qarşına qoyduğun yeganə məqsəd həyatımı müsbət istiqamətdə dəyişmək, məni xoşbəxt etmək idi. Bunu bacarsan, bacarmasan da…
Həyatın rəngləri kimi gözəl görsənirdi ilk addımın, sözlərin, isti nəfəsin və mehriban, cazibəli təbəssümün, xoş əhval-ruhiyyən kimi.
Musiqi tək həzin, ürəyə yatımlı, musiqi notları kimi fərqli xasiyyətə maliksən… Gah qalın səsli notlarınla məni oyatmağa çalışırsan, qaşıdan gələn təhlükədən məni qorumaq üçün, xəbərdarlıq etmək üçün… Gah da zərif notlarınla məni xəyallara daldırır, yeni arzuların doğulması üçün şərait yaradır, gah da ki, mənim rahat qəlbimi rahatlaşdırmağa, sakitləşdirməyə can atırsan, həzin melodiyanın cazibəli və nağıla bənzər ritmlərini səsləndirməklə… Məni nağıllar dünyasına gözəl, romantik şeir misraların və musiqi nömrələrin ilə… Sanki mənim bu dünyada yaşamağımın əleyhinəsən, bu dünyaya məni layiq görmürsən…
Sən istəyirsən ki, mən də sənin nağıllar aləminin daimi sakini olum, səninlə bərabər, səni tərk etməyim, sona kimi bərabər olub birlikdə ölər…
sən bilirsən ki, bu arzun çox böyük və arzuolunmazdır, yəni yerinə yetirilməsi qeyri-mümkündür. Bu istəyin sadəcə arzu kimi qalacaq, onu həyata keçirməyə cəhdlər göstərsən də… çünki nağıllar aləmini gerçəkliklər aləmi əvəz etmişdir. İndi hər kəs ancaq gördüyünə inanır, nağılı isə sadəcə olaraq eşidirsən… Deməli, nağıl da həqiqətdən çox uzaqdır…

Təsadüflər


12695813_637961576335525_1364694939_n (1)
Paritet qəzetinin 10-11 iyun 2004-cü il buraxılışında dərc edilmişdir.
Mən təsadüflərin təsadüfən olduğuna inanmıram, əlaqə vardır, səbəb və nəticə əlaqəsi və onlar mütləq zəruriyyətdən doğur. Nəticə və səbəbindən asılı olmayaraq, hər bir təsadüf insana bir dərs keçir…
İnsan həyatının bir parçası və daim burada təkrarlanan ani və daimi hadisə və proseslərin məcmusudur.  Insanın dəyişə və təsir göstərə bilmədiyi qismətində təbiətən öz axarı ilə gedən suya bənzər təbii addımlardan biridir.  Biz isə onu dəyişmək üçün nə qədər mübarizə aparsaq da, heç bir nəticəni əldə etmirik. Çünki təsadüflər digər təbii hadisələr kimi təbiətlə birbaşa əlaqədardır. İnsan hansısa bir təsadüfü dəyişmək iqtidarında deyil. Onlar təsadüfən gəldikləri kimitəsadüfən də həyatdan çıxıb gedirlər, bəzən bu təsadüfi tərketmələr insanın təsiri və təzyiqi ilə məcburiyyətə çevrilir və digər şəxsləri, yəni kənardan müşahidə edənləri nə dərəcədə isə məyus edir. Təsadüfi daxilolmaları isə insan iradəsi ilə dəyişmək mümkün deyil Bu təsadüfi daxilolmalar qismət payımızda yer tutubsa, o mütləq baş verəcəkdir. Bu təbii daxilolmaların qarşısını almağa çalışan insanlar vaxtlarını səmərəsiz və heç bir nəticəyə və əhəmiyyətə malik olmayana işə sərf edir.  Əgər insan hər hansı bir təsadüfdən qaçmaqla, özünü qurtulmuş və müəyyən mənada azad hesab edərsə, o, dərhal yanıldığını anlayacaq. Çünki o, bu təsadüfdən qaçır, digər təsadüflə rastlaşır, qaçdığı təsadüflə isə gec-tez yenə də təsadüfən rastlaşacaq… Bu rastlaşma qarşısında aciz olur insan. Təsadüflər insanı gözlənilməz anda, gözlənilməz yerdə yaxalayır, gözlənilməz nəticələrə gətirib çıxarır.
Təsadüfləri insanlar öz psixoloji qəbuletmələrində 2 yerə bölür:
  • Xoş;
  • Xoş olmayan.
Hər iki təsadüf gözlənilməz olduğundan insanlar bu təsadüflərə hazır olmur, özünü itirir, müəyyən emosiyaları hiss etdirməyə başlayır. Xoş təsadüflər zamanı müsbət, xoş olmayan təsadüflər zamanı isə mənfi emosiyalar oyanır.
Təsadüflərin nəticələri də növlərinə görə fərqlənir:
  • Xoş təsadüflər zamanı müəyyən nailiyyətlər əldə olunur, gün müsbət və pozitiv aurada keçir. Biz keçmiş, demək olar ki, unutduğumuz şəxsləri –  dostlarımızı, rəfiqələrimizi görürük, “unutduğumuz” xatirələrə səyahət edirik. Sonra da anlayırıq ki, hər bir təsadüf nəticəsində “unutqanlığımız” yox olmuşdur. Daha sonra onunla qurulan yeni münasibətlər insanın gələcək həyatında, onu müsbət istiqamətə doğru aparır. Sonra isə yeni bir təsadüfə qədər bu tanışı unuda da bilərik. Başqa bir halda, biz təsadüfən  yeni bir insanla tanış oluruq, ona qarşı isti və yenilməz hisslər yaşayırıq, o bizim xoşumuza gəlməyə başlayır, ona bağlanırıq, sonunda isə o, da bizim yeni dostumuza, rəfiqəmizə, ya mehriban tanışımıza, ya da ki, həyatımızı bizimlə bölüşən həyat oldaşımıza çevrilir. Bu isə müəyyən qədər insanı və onun həyatını yaxşılığa doğru dəyişdirir. İnsan bu xoş təsadüfdən məmnun qalır, çünki o təsadüfən tanış olduğu insanla özünü xoşbəxt hesab edir.
  • Xoş olmayan təsadüflə isə hər bir proses, hər bir emosiya xoş təsadüfə əks olaraq gedir. Yəni insan çətin unutduğu və ya unutmağa çalışdığı ona nədəsə zərəryetirən şəxslərlə rastlaşır. Bu təsadüflə bərabər unutmaq istədiyimiz xatirələrimizi göz yaşlarımız, hisslərimiz bu günümüzə və sabahımıza qonaq olur. Bu zaman bəziləri özünü görməməzliyə qoyur. Lakin bununla biz xilas olmuruq. Çünki hər dəfə bu metoddan istifaə etsək, daha da mənfi nəticələri, uğursuzluqları əldə edər, bizim əhval-ruhiyyəmizi pozaraq dəqiqələri yaşamağa məcbur olardı.
Növ və nəticələrindən asılı olmayaraq, biz təsadüflərdən qaçmamalıyıq. Biz özümüzü inandırmalıyıq ki, bu təsadüfi görüş və ya tanışlıq yalnız xeyirlə nəticələnəcək və öz uğurları, əhval-ruhiyyəni qaldıran anları ilə bizi daim sevindirəcək. Gəlin, hər bir çətin vəziyyətin, problemin, hətta xoş olmayan təsadüflərin üzünə gülməyi öyrənək. Bu daha çox bizə lazımdır. Çünki bu bizim əsəblərimizin daim pozulmasına qarşı yeganə vasitədir. Gəlin, unutmayaq ki, həyat və onun tərkib hissələri bizdən asılı deyil. Gəlin, həyatı öz yolu ilə getməsinə mane olmayaq. Onun hər bir təsadüflərindən başıuca, qürurla, utanmadan çıxaq, təsadüflər bizi üzməsin. Çünki hər bir təsadüf zəruriyyətdən doğur.

2/24/2016

Neylərdi İlahi?!

Görəsən, bu və ya digər vəziyyətdə İlahi yerimizdə olsaydı, ya da bizimkilər-şərq əhli onun yanında olsaydı, nə edərdi?
Təsəvvür edin ki, İlahi görür şərq əhlini, necə “müsəlmandılar” başını yellənir, əlini havada yellədir, öz-özünə düşünür: Sonrakı peşimançılıq fayda verməz!
Təsəvvür edin ki, bir müsəlman namaz qılır bayramdan bayrama, sədəqə verir, zəkat verir yadına düşəndə, o da halal olmayan pulla, özü də ki, ehtiyacı olmayanlara… İlahi bunu görüb, qəzəblənir: – Mən demədim axı, belə edin, sədəqəni halal pulla edin, ehtiyacı olanlara, məzlumlara…
Şərq əhli gözəl yaşayır, heç nədən korluq çəkmir, kiməsə kömək etmək lazım olanda, ağlayır ki: Valllah, Billah, Allah haqqı pulum, imkanım yoxdur! İlahi məyus olur, onun adını nədə və kimin hallandırmasına görə üzülür: Hər istədiyini vermişəm sənə, sənsə naşükürsən, hey narazısan, ağlayırsan, “yoxdur” deyirsən…
Şərq əhlindən ağır xəstə birinin dalınca Əzrail gəlir, deyir “vaxtındır, ölməlisən, sənin dalınca gəlmişəm…”, İnsan da deyir ki: Dünən ipoteka krediti götürmüşəm, 15 illiyə, rəhm elə, imkan ver, kreditimi ödəyim, bitirim, sonra gəlib apararsan!” Beləcə 15 illik həyatda yaşamaq şansını qazanır…
Şərq əhli az qalıb ki, öləndə ölməmişdən öncə cənnətdə yerini bron edə, düşmən bildiklərini isə cəhənnəmə salmağı sifariş etməyə, mələklərə rüşvət təklif etməyə ki, mən gəlirəm yerimi hazırla…
Yaxşı ki, İlahi, yoxdur mobil telefonu, atardılar vizv, özü də gizli nömrədən ki, geriyə zəng etsin, imkansızlıqdan gücləri vızv atmağa çatır, həm də O hər şeyi bilir, görür, kimin zəng etdiyindən də xəbəri var…
Yaxşı ki, İlahi enməyib yerə, gözlərə dəymir, yoxsa hamı selfi çəkdirərdi onunla, müxtəlif pozalarda, sonra sosial şəbəkələrə yerləşdirib adını tağ edərdi, İlahi də baxardı və dilemma qarşısında qalardı, geri göyə qayıdım, ya yox, mən dünyanı, insanları bu günə salmamışam axı…
İlahi yerdə olsaydı, işə düzəlsəydi, şərq əhli deyərdi ki, birinci gün işləmə, ağır gündü, düşər düşməzi olar, beşinci gün də həftəsonudur, beynimiz yorulub, dincəlməliyik, onu da yoldan çıxartmaq istəyərdilər…
Bir gün yaşasa insan cismində, şeytana rəhm edərdi, çünki indiki şərq əhli şeytanı da aldadır, barmağında dolayır…
Radikalları, qondarma dindar və mollaları, toleyrant olmayan “missioner” insanları görüb, şükr edərdi ki, insan deyil, yerdə-şərqdə yaşamır…
“Allah içimdə, qəlbimdə yaşayır neyləyirəm dini, əməli düz, niyyəti xoş insanam” deyənlərin, dinini reklam edənlərin, namaz qılan yerdə selfi çəkdirənlərin, cihada getməsi ilə fəxr edənlərin, “din yolunda” bəhanəsilə insanları döyüb öldürənlərin  vicdan və qəlbinin olmasına şübhəsi olardı İlahinin, baxardı və deyərdi, mən vermişəm onlara həyatı?!
Yolda yalandan dilənən, İlahinin adını çəkib, yalvaran qaraçılarla bir cəmiyyətdə yaşasaydı, bəlkə də özü deyərdi göydəkiləri, məni burdan götürüb aparın yanınıza…

Ardı var

Программы, гаджеты на моем телефоне…

12509184_1540906729552916_2835270109058677445_n
  1. У меня на телефоне Самсунг есть программа Ассистент, часто издеваюсь над ней, ну типичная секретарша-референт-ассистентка, короче, ей задаю часто вопросы:
    – Скучаю, скучно, что мне делать?
    – Иди в кинотеатр, смотри кино.
    – Мне не охота, другой вариант?
    – Иди на прогулку.
    – Одна не хочется…
    – Встречайся с друзьями и иди в ресторан.
    – Денег нет, куда и с кем идти?
    – Ну, тогда я не могу тебе помочь))))
    Или ж:
    – Где найти настоящюю любовь и мужчину?
    – Я тоже не знаю…
    Потом переходит в гугл поиск на сайты знакомств)))
  2.  Был на телефоне фейсбук и фейсбук месенджер, заскачала и пожалела сильно, часто беспокоют, еще много место занимает на телефоне, кеш файлов много, телефон плохо и слабо работал, часто зависал, за неделю 120 мегабайт место на эти программы уходила, удалила ко всем чертям, установила фейсбук лайт, и довольна, место мало занимает, часто не беспокоют, не могут через фейсбук звонить на телефон, телефон не зависает и скорость работы повысилась.
  3. Обожаю Ретрику, когда несколько кадров можно снять и еще говоый фотомонтаж. Самый уродливый человек прекрасно выглядить на фотках который снимались через эту программу.
  4. Удалила скайп, так как часто без дело сидящие люди звонили мне и хотели делать видео или аудио звонок, причем им было пофиг где я, с кем я, интернет вай-фай или лимитный пакет с мегабайтами.
  5. Люблю прорамму заметки- пишу что хочу, блокнот всегда под рукой.
  6. Зайцев нет- программа для прослушивания и скачивания песен, тоже советую.
  7. Выручает программа мобилный банкинг.
  8. Когда скучно, Перфект пиано, играю на ней.
  9. Колл блокер-отличная программа, запись звонков -тоже отличная программа, выручает от надоедливых и ненужных людей и экономишь свое время.
  10. Хесаб.аз – быстро плачу коммунальные услуги, если есть интернет и нет этой услуги в мобильном банкинге.
  11. Диктофон- всегда помогает при творческой работе.
  12. Навигация-часто пользуюсь и очень помогает мне найти места которых не знаю. Пока не ощибалась.
  13. Вайбер и ВатсАпп вообще хорошие программы для общения, но надо часто менят номера, а то кому не лень и у кого твой номер и эта программа, пишет и звонит.
  14. Фонарик- когда света нет и темно, помогает и выручает.
  15. Квикофис- мини майкрософт овис программа, могу открыт файлы в ексел, ворд, адоб, презентационного формата. Могу открыт и знакомится с нужными файлами.
  16. Из игр 2048 пазл и Джевель мейз, обожаю, помогает развивать память, логику и внимание и скорость мышление.

İradən zəif olanda, dayan…

539869_3384599974134_1590840138_n
Onlar ayıq vaxtlarında normal, bəlkə də çox gözəl insanlar olurlar… Ayıq olmayanda isə… Onların alkoqol içki asılılığına, narkotik vasitələrində istifadəsinə haqq qazandırmaq olmaz… Amma səbəbsiz nəsə olmur… Hər bir insanın bu və ya digər yaxşı və pis əməllərinin arxasında bir əsas, səbəb dayanır. Axı insan doğulduğu gündən narkoman və alkoqol içki aludəçisi olmur… Müəyyən səbəb və şəraitdən sonradan yaranır bu asılılıqlar…
Bir də mərc oyunlarının, riskin asılılığına düşənlər, mərc edənlər, pulla oyun oynayıb udub, uduzanlar var… Uduş və qələbə xəyalı və inamı ilə bir dəfə udub, dalbadal uduzmaqlar var… Uduzduqca, itirənlər olur hər şeyini, həyatındakı hər kəsi… Bir də görür narkomanlar, içki alüdəçiləri kimi tənha qalıblar, evsiz və küçədədirlər… İşsizdirlər…
Bir də var, özündən və başqalarından asılı olanlar… Başqalarından asılı olanlar ən təhlükəlisidirlər… Onlar hamını günahkar bilir, hər kəsi ittiham edir, hər kəsi borclu çıxardır… Onları zəif və iradəsiz hesab edirəm… Ancaq onlar doğulan andan belə olmamışlar axı… Niyə dəyişib və kim, nə dəyişib onların həyatını? İttiham etməyə, qınamağa hazırıq bu cür insanları, tərk etməyə, mübarizəsiz uduzmağa və hər şeylərini tiirməyə icazə veririk, əl tutub qaldırmırıq yıxılanları, kömək etmirik onlara, baxırıq kənardan necə yıxılırlar, məhv olurlar…
Mənim hər sahədə asılılığı olan tanışlarım olmuşdur, dost bildiklərim, tanıdıqca, bilmişdim, onların asılı olduqlarını… Qaçmamışdım onlardan, kömək etməyə çalışmışdım, bacardığım köməkliyi etmişdim onlara…
Deyirlər, yaxşılıq edəndə, gərək kimsə bilməsin… Söhbət mənim etdiyim yaxşılıqlardan getmir, söhbət onlardan, onların vəziyyəti, asılılıqları və onları yaradan səbəblərdən gedir…
Bəzən bu asılılıqlar genetik olur, bəzən isə sonradan yaranır, vərdiş olaraq… Vərdiş isə damğaları və ictimai qınağı gətirir özüylə…
Asılılığı olan insanlar daim yalan danışmağa, özlərini haqlı çıxartmağa meylli olurlar… Etdiklərinə haqq qazandırmağa çalışırlar… Asılı olduqlarının təsiri altında olanda bir insan olurlar, təsirdən çıxanda, ayıq başla başqa insan… Asılılıq altında olanda, beyin sanki dayanır… Özü olmur, dəyişir… Orqanizm bilmir nə edir, çox zaman heç nə edə bilmir…
Bir dostum var idi, 1 ildən çox dostluq etdim, mənim də həyatımda keçid dövrü idi, mən də tənha idim, o, da… Onu anlamağa və özümü onun yerinə qoymağa çalışırdım…
Onunla təsadüfən tanış olduq, dünyagörüşü olan, maraqlı həmsöhbət, dost idi. Amma boşanmışdı, gözləri dərdli idi, nə qədər zarafat eləsə də… Ailəsindən ayrılmağından əlavə, xanımı ona xəyanət etmişdir, iki uşağının üzünə həsrət idi, işləmirdi, iş tapa bilmirdi. Bütün bunlardan başqa Qarabağ müharibəsində iştirak etmişdi. Bütün bunlar onu sanki sındırmışdı. İş tapa bilmədiyindən, digər iki qardaşı ona kömək edirdi, evinin yaxınlığındakı mağazalara borcu var idi, nisyə aldığı qida məhsullarına görə.
Həyat onu çox sındırmışdı. Ən böyük asılılığı spirtli içkiyə olan asılılıq idi. İçirdi, əlinə pul düşən kimi araq alırdı, arağa pulu olmayanda, tibbi spirt alırdı, su ilə qatıb içirdi, sonra deməyinə görə mənə aşiq oldu, məndən çox xoşu gəlməyə başladı, ona yaxşı mənada təsir edə bilirdim. Amma onu içki asılılığına təsir edə bilmirdim. Bir gün mən də dözmədim, 1 ildən artıq olan mübarizəmi dayandırdım və ondan dost kimi ayrıldım, sonra ümumi tanışlardan eşitdim ki, tövbə etmişdir, daha içmir, 4 ay idi içmirdi. İndi bilmirəm, ünsiyyətim yoxdur, bir yandan mənim dostluğu bitirməyim onu asılılıqdan ayırdı, digər tərəfdən məni geri qaytarmaq istəyirdi, yenidən dostluğumuzun davam etməsini istəyirdi, amma mən ehtiyat etdim, yenidən içməyə başlayacağını istəmirdim. Evində dəyərli heç nə qalmamışdır, spirt və arağa görə satmışdı. İçəndə evindən çıxmırdı, çıxanda yoldakılara sataşır, söyürdü, leş kimi uzanırdı harada gəldi, sanki evsiz-eşiksizdir, unudurdu özünü. Ayılanda isə başqa adam olurdu, normal insan. Onun əslində yaxşı insan olduğunu bilsəm də, onunla dostluğumu bitirmək istəməsəm də, bitirməliydim. Çünki işə düzəlmirdi, düzəlməyə meylli deyildi, sanki hər kəs onu saxlamalıdır kimi hər kəsi borclu çıxardırdı… Uzaqlaşdım, düzdür indi onun haqqında məlumat, xəbərlərim olmasa da, bir az nigarançılıq olur, sadəcə yol uzaqdır, işdən sonra da gedə bilmirəm. Həm də o, məndən incimişdir, o, içmədiyi zaman dostluğumu bərpa etmədiyimə görə…
Daha bir dostumun öz işi, biznesi olsa da, həyatında müvəqqəti qara zolaq var idi. Əsəb keçirdirdi, çox siqaret çəkirdi, həddən artıq çox, o, da boşanmış insandır, öz işinin ağasıdır, devalvasiya işinə ziyan vurmuşdur, ruh düşkünlüyü var idi, dostları ilə qonaqlıq, içki, siqaret asılılığı artmağa başladı, üstəlik Topaz asılılığı da bir yandan, xərclərini düzgün idarə edə bilmirdi. Nə qədər dedim, yönləndirməyə, dəstək olmağa çalışdım, gördüm ki, təsiri yoxdur, o, da keyfi olmayanda, içkili olanda, kefsiz olanda, hər kəsi borclu və günahkar bilir, istfadə etməyə çalışır, uzaqlaşdım. Əlindəki pulu da, udmaq ümidi ilə Topaza qoyub, uduzur, lap pis olurdu kefi…
Dayanmağı bacarmayan, zəifliklərini və asılılıqlarını və onlara vurduğu ziyanı bilə-bilə uçuruma yuvarlanan insanlardan uzaq olmağa çalışıram, çünki həm gücüm gedir, həm əsəblərim, həm vaxtım…
Ona görə də insanları tanıdığımdan kim olduğunu müəyyən edən kimi elə insanlardan uzaq oluram, çünki özləri ilə başqalarını, onlara yaxşılıq diləyənləri də uçuruma sürükləyirlər. Ətrafındakıları borclu çıxardıb, onlardan istifadə etməyə çalışırlar.
İradə zəif olsa da, dayanmaq lazımdır, özündə güc toplayıb, hər şeyi yaxşılığa doğru dəyişməyə can atmaq lazımdır. Kimsə bunu həmin insanın əvəzinə etməyəcəkdir. İnsan öz problemlərini bilib, həll etməlidir.

2/23/2016

Cəmiyyət: Bakirə deyilsən, tənha qadınsan, sən fahişəsən!

Yazımı ümumi müşahidə və başqa şəxslərin real həyat hekayələri üzərində qurmuşam, fantaziyam deyil, öz həyatım deyil… Odur ki, xahiş edirəm, təhqirə keçməyin…
Bu yazını 18 yaşdan kiçik olanlar, əsəbi, ruh halı zəif olanlar, ürəyi xəstə, psixoloji problemləri olanlar oxumasın…
Bu yazımı sözün əsl mənasında fahişə kateqoriyasına aid edilməyən insanlara həsr edirəm… O insanlara ki, bu sözə layiq deyillər, amma bu adı cəmiyyət onlara vurur, çünki onun kimi olmaq istəyir, ola bilmir, paxıllayır, qısqanır… Azad ola bilməyən, asılı, tənbəl olan insanların işi başqalarına baxıb, onlara qara yaxmaq, damğa vurmaqdır, avara adamlar boş vaxtlarını, asudə vaxtlarını nə iləsə doldurmalıdırlar axı…
Şərq cəmiyyətində bakirəlik əxlaq simvoludur… Razıyam, amma hər bakirə axı əxlaqlı olmur… Hər bakirə olmayan da əxlaqsız sayılmamalıdır…
Mənim üçün fahişə özünü bilərəkdən, həzzdən, istəyərək satanlar, qarşı cinsin nümayəndələri ilə yaxınlıq edənlər, “məni saxlasınlar, pul versin ay ərzində, bahalı hədiyyə alıb, istədiyi vaxt mənimlə fiziki yaxınlıq etsin” düşüncə və istəyi ilə ov, qurban axtarışına çıxanlardır…
Həyatda yaşamaq və yaşatmaq, xoşbəxt olmaq və xoşbəxt etmək asan deyil, çətin də deyil, bunu bacaran və bilən, özünü tanıyan və əsl insan üçün…
Mən bu yazımda nə dindən, nə adət-ənənədən, nə mental dəyərlərdən yazmaq istəyirəm… Bu yazımda real insan həyatlarından yazmaq istəyirəm… Başqalarının həyatını bilib, səhvləri və doğruları görüb, öz həyatımızı yaşamağımızı istəyirəm…
Özümü və ya kimsəni ideal, qüsursuz da hesab etmirəm… Günahlarım da var, savablarım da, haramlarım da olub, halallarım da…
Hər kəs yaşamaq, xoşbəxt olmaq, sevmək, sevilmək, yaratmaq və sağlam olmaq, əsl insan kimi həyat tərzini nümunə kimi yaşatmaq istəyir, layiqdir… Kimdəsə bu alınır… Kimdəsə alınmır…
Fikirlərim, yazımda oxuyacağınız münasibət və təhlillər obyektiv olaraq mənə subyektiv məxsusdur və kiməsə yeritmək fikrim yoxdur…
Uzun yazı olduğundan bir neçə hissədən ibarətdir… Şəxsi həyatımdan yazmamışam…
Mənim üçün əxlaqın, namus və qeyrətin milliyyəti, cinsi, yaşı, irqi və kimliyi yoxdur və bu amillərdən asılı deyil, diskriminasiya edib, qiymətləndirmək, təhlil edib, nəticə çıxartmaq və qərar verib, kimisə nədəsə ittiham etmək düzgün deyil, özü bir əxlaqsızlıq, namussuzluq, qeyrətsizlikdir… Özün görməmisənsə, yaşamamısansa, yaşatmamısansa, şahid olmamısansa, kiməsə fahişə demə… Kimisə əxlaqsızlıqda ittiham etmə! İndiki zamanədə geyim tam olaraq, əxlaq meyarı sayıla bilməz, bu mənim fikrimdir… 
Cəmiyyət: bakirəlik, qaçırılmaq, zorlanmaq, ərə gedib boşanmaq, əməliyyat zamanı bakirəliyi itirmək, sonra bakirə olmamaq və potensial seks, qınaq obyektinə çevrilmək və fahişə sayılmaq…
1.      Nə qədər ki, bakirəyəm…
İçim bir az rahatdır, bakirəyəm… Valideynlərim, qardaşım yanımdadır, qoruyurlar məni, hara getsəm, tək qoymurlar, bir az hirslənirəm, bir az da narazıyam, sərbəst və tam azad olmadığıma görə… Çünki bilmirəm məni niyə, kimlərdən və nələrdən qoruyurlar? Çünki ayıq olmursan, safsan hələ, ağlında təhsil almaq və işləməkdir, saf sevgini və yaxşı sevgilini tapıb, ailə qurmaqdır… Sağlam olmaqdır… Yeməyin var, geyinməyin var, problemlərini paylaşmağa adam var, çətin anında sənə ailən dəstək olur, ən əsası tənha deyilsən… Qadağalar, məhdudiyyətlər isə səni boğur, azadlığa can atırsan… Evdəkilər sənə etibar edir, bilirsən, səni tanıyırlar, amma yenə də narahatdırlar, çünki onlar artıq bilirlər, təcrübə yığmışlar… Həyatda çox insanlar görmüşlər, yaxşını pisdən ayıra bilirlər… Həyəcan, hiss və ürəklə deyil, ağılla qərar verirlər, yanaşırlar olanlara… Çünki insanları, cəmiyyəti tanıyırlar, hansı təhlükələr var, bilirlər artıq… Bakirə olduğunu kimsə biləndə, ehtiyat edir, yaşın az olanda, cinayət işi olduğundan, uzaq durur az da olsa, ağlı və vicdanı olanlar… Toxunmur sənə… Amma bəzi insanları bu amil saxlamır… Bəzi kişilər və qadınlar sənə və sənin bakirə olmağına düşmən kəsilmişdir…
1.      Bakirə deyiləmsə, əgər…
   Cinsindən asılı olmayaraq, bakirlik məfhumu var, mənəvi dəyərimiz kimi, tələb kimi… Amma qadına qarşı bu tələb daha sərt qoyulur… Səbəbini bilmədən, qadının bakirə olmadığını bilən kimi başlayırıq ona əxlaqsız təkliflər etməyə, əxlaqsız ad və damğalar qoymağa…
Necə itirə bilirik bakirəliyimizi biz qadınlar: 
1.      Keyfimizi görüb kişiylə nigahdan öncə yaxınlıq edən zaman, buna haqq qazandırmıram… Haram olsa da, özü öz günahlarına görə cavabdehdir… Hər kəs öz etdikləri savab və günah, haram və halallara görə cavab verəcək…
2.      Qaçırılan zaman oğlan iradəmizə zidd bizi bakirəliyimizdən məhrum edir… Əgər xoşluqla qızışaraq, sevərək, öz istək və iradəmizlə qoşulub gedərək, oğlanı qaçırtmışıqsa, özümüz qaçmışıqsa, bu başqa məsələ… Öz işləridir, özləri bilər… Onsuz da gec-tez peşiman olacaqlar… Sonrakı peşimançılıq isə fayda verməz… Yox, əgər qaçırılmaq istəməmişiksə, mübarizə aparmışıqsa, yardıma ehtiyacımız olduğu halda, harayımıza kimsə çatmayıb, kömək etməyib, sonra dalımızca, vedrə bağlayıb, şəbədə qoşur, qınayırsa, qınayanların başına 100 əllə kül etmək lazımdır… Vaxtında, xanıma yardım etmədin, qaçırıldı, zorlandı, bədbəxt oldu, münasibətləri, ailə həyatı alınmadı, ata evinə qayıtdı, ayrıldı kişisindən… Sən də bunu bilib, onu qınadınsa, bir arzum var, başına gəlsin…
3.      Kişi bizi zorlayır, müqavimət göstərsək belə… Bu ən pis haldır… Zorlanan o qədər qız, uşaqlarımız var, o qədər seks manyakları, pedofillər var ki, cəmiyyətimizdə bu adi hal alıb, onları qınamaq əvəzinə, cəmiyyətimiz qurbanlarını qınayır… Guya “Yaxşı qız, uşaq olsaydı, onu zorlamazdılar, od olan yerdə tüstü çıxmaz,  qadın, qız istəməzsə, kişi heç nə edə bilməz” kimi ifadələrlə zorlanan və zorlanmalarında günahı olmayan xanımlarımıza ikinci zərbəni vururuq, anlamaq, dəstək olmaq əvəzinə… Real bir hadisəni danışım… Bir xanım yolla gedirdi, axşam idi, soyuq qış ayları idi, universitetdə oxuyurdu, 18 yaşı var idi, dərsi ikinci növbəyə düşdüyündən, atası və qardaşı işdə olduğundan, onu qarşılaya bilməmişidilər… O evə tək gəlməli olmuşdur. Həmişə getdiyi yolda içkili vəziyyətdə olan kişi ona arxadan hücum edərək, boğazına bıçağı dirəyərək, zorlamağa cəhd etmiş, onu yerə uzandırmağa çalışmışdır… Qızın əlini digər əliylə bağlayan kişi qızın qışqırmasını və adamları köməyə çağırmasını istəmirdi… Qız kişinin əlini dişləyib, qışqırmağa və bərkdən ağlamağa, hay-küy qopartmağa başlayır, bir az öndə yerləşən həyətdəki restoran kafedəki it hürməyə başlayır, restoranın işçiləri çıxır, qızın yanına qaçır, hücum edən şəxs isə bunu görüb qaçır… Qız cəld və qorxmaz olmasaydı, zorlana bilərdi, meyidi isə nə vaxtsa zorlanmış vəziyyətdə tapılacaqdır… İndi bəzi radikal və dar düşüncəli insanlarımız deyəcək ki, “yaxşı qız qaranlığa qalmaz, evə tək gəlməz, özü günahkardır”, bu xanımın yerində belə deyənlərin ailəsindəki xanımlar olsaydı, yenə həmin sözləri deyəcəkdirlərmi?! Düşünmürəm…Bu həyatda kimisə qınama, heç nədən heç kim sığortalanmayıb, qınadığın insanın başına gələn sabah sənin, ailə üzvlərinin, doğmalarının başına gələ bilər… Daha bir real hadisə, bir xanım var idi, ailəsində maddi problemlər olduğundan, bu xanım təhsil almaqla yanaşı, işləyib pul qazanmaq istəyirdi, bir şirkətə işə düzəldi… Hər şey ilk ayda yaxşı idi… Lakin rəhbərlikdə olan bir nəfərin bu qıza gözü düşmüş idi… Qız saf və uşaq kimi olduğundan, arif və ayıq olmadığından bilmirdi ki, kimin niyyəti nədir?! Günlərin bir günündə, işdəki işçilərin hamısı iş dalınca görüşməyə çıxdılar… İşdə bir o və bir də bu xanım qaldı… O, vəziyyətdən sui-istifadə edib, qapını içəridən bağladı, bu zaman xanım, kompüterin önündə oturub işləyir və mətn yığırdı. Elə qapını bağlayandan sonra qızın yanına gələn direktor müavini qıza sataşmağa başladı… Qız özünü qorumağa və onu sakitləşdirməyə çalışsa da, alınmırdı… Artıq kişi qızı divara söykəyib, soyundurmağa başlamışdır. İşdəki otaqda şkafların üstündə hər yerdə güzgü var idi, qız sanki özünü otağın onunla üzbəüz olan şkafındakı güzgüsündə hər şeyi kənardan görür, müqavimət göstərir, qışqırır, ağlayırdı, onu buraxmasını istəyirdi… Kişi isə bundan daha çox ehtiraslanırdı… Qızı xilas edən qəfildən qapının döyülməsi oldu… İçəri iş yoldaşlarından biri girdi… Gələn iş yoldaşı xanımı xilas etmiş oldu… Xanım həmin işə növbəti gün gəlmədi və o işdən çıxdı… Rəhbərlik səbəbini bilmədən, onu yenidən dəfələrlə işə dəvət etsə də, qız o işə qayıtmadı və susmağa davam etdi…
4.      Ərə gedib boşanırıq… Heç bir qadın ailəni boşanmaq və ailəni dağıtmaq, övladlarını atasız və ya anasız qoymaq üçün qurmur… Qadın ailəsini qurur ki, xoşbəxt olsun, xoşbəxt etsin… 
5.      Ərə gedib dul qalırıq…
6.      Hər hansı bir xəstəliklə bağlı əməliyyat zamanı müdaxilə edilərkən…
7.      Özümüz özümüzü bilərəkdən və ya bilməyərək müxtəlif yollarla məhrum edirik…
8.      Oynayan zaman iti nəyinsə üzərinə yıxılırıq…
    3.Həyat davam edir, mən yaşamaq istəyirəm, cəmiyyətsə, məni öldürmək istəyir… 
    Mən yaşamaq istəyirəm, cavanam hələ… Ey insan, cəmiyyət zorlama məni… Sıxma canımı, beynimi yuma, təzyiqlə, şiddətlə bezdirmə məni, sındırma məni… Öldürmə məni… 
İctimai qınaq çox zaman haqsız olur… Bəzən özlərinin edə bilmədiklərini, lakin etmək istədikləri şəxslər özünü başqasının yerinə qoyub düşünə bilmir, qısqanır, paxıllayır, başlayır müzakirəyə, qınamağa… Özünə gələndə, bu cür vəziyyətə düşəndə, haqq qazandırır özünə… Bu zaman ədalət tərəzisində tarazılıq pozulur… Niyə onun özünə olar, başqasına yox?!
İctimai qınağı edənlər də ,sənə potensial fahişə gözü ilə baxanlar olur, əlləri çatmayanda, nail ola bilməyəndə, vururlar damğa, şaiyələr yaymağa…
4. Boşananların “boş” anları…
5. Qadın olmaq
Bu həyatda qadın olmaq asan deyil, bəlkə də çətindir… Kənardan baxanda, asan görsənir… Kişi olmaq da, asan deyildir. Qadın kişidən çəkinir, kişi qadından… İkisi də indiki zamanədə bir-biri üçün təhlükəli olmuşdur.  Qadın üçün bakirə olanda da, asan deyil, özünü və bakirəliyini qorumalısan, bakirə olmayanda da, asan deyil, qadın kimi adını, namusunu, özünü qorumalısan… Qorumalısan özünü cəmiyyətdən, ictimai qınaqdan, şər və böhtanlardan, söz-söhbət və şaiyələrdən, kişilərdən, yanğınının, ehtiras və şəhvətini söndürmək istəyən kişilərin əxlaqsız, qeyri-etik təkliflərindən, baxışlardan, vurulan damğalardan, özün özünü qorumalısan… Qız olanda, ata evində atan, anan, qardaşın olarsa, onlar səni qoruyur… Tək olmursan, dayağın, arxan olur… Bilirsən ki, ən azı kimdənsə, çəkinirlər…  Ailən olmazsa yanında, ayrılmışsansa, bakirə deyilsənsə, tənhasansa, tək yaşayırsansa, ehtiyatlı, gözüaçıq və cəldtərpənən, arif adam olmalısan, güclü olmalısan, mübarizəni tək aparmalısan və aparacaqsan deyə, vuruşacağın cəbhələr çox olacaq, sən tək olacaqsan, onlar isə çox… Həyatın qanunu budur, azlığı çoxluq özünə tabe etdirmək istəyir, korlar ölkəsində, gözün görəcəksə, səni də kor etmək istəyəcəklər, hamı kimi olmalısan deyə… Seçilməməlisən deyə…
Qadının daşı ağırdır… Düşür hamının başına, elə digər qadınların da, kişilərin də… Elə bilirsiniz, qadın qadının dostudur?Əsla! Qadının ən böyük düşməni digər qadındır… Kişinin qadına etmədiyi pisliyi digər qadın edir… Qadın özünü ilk növbədə, digər qadınlardan qorumalıdır. Kişinin nə vecinə?! Bakirəlik məsələsi gündəmdə deyil, bakir olmadığı zaman ona gündə yüz dəfə yatağa girmək təklifləri gəlmir, əlləşdirilməyə cəhdlər edilmir, ünvanına nəlayiq sözlər atılmır… Kişiləri ictimaiyyət bakir olmadığına görə qınamır! Kişidən soruşmur kimsə: “Evli deyilsən, subaysan, niyə bakir deyilsən?” Bakir olmayan kişiyə demir ki, əxlaqsızdır, oğraşdır… Qadın bakirə deyilsə, kiminsə anası ola bilər, kiminsə qızıdır hələ, kiminsə bacısıdır, kiminsə xanımıdır, kiminsə sevgilisidir, kiminsə əzizi, doğması, dostu və rəfiqəsidir… Tanımadığın insan haqda fikir yürütmək və onu müzakirə etmək nə dərəcədə doğru və etikdir?!


Cərimələyin getsin…. (çərləyin, mələyin getsin…)

cropped-12049133_10207819599755794_5841062913024938894_n.jpg
Yazı yumoristik, satirik, tənqididir, inciməyin və ciddi qəbul etməyin…

Yeni cərimə mənbələri-obyektlərini təklif edirəm. Ümidvaram və inanıram ki, dövlət büdcəsi üçün bu cərimələr yeni qeyri-neft sektorundan daxilolma hesab ediləcək… Yeni vergitutma obyektlərini təklif edirəm…

Cərimələyin getsin, Vergiləri yükləyin, getsin…

Azərbaycan Respublikasının yeganə mənbəyi-Azərbaycan xalqıdır…

  • Nəzərə alsaq ki, bizim insanların əlindən telefon, planşet, qulaqlarından qulaqcıq düşmür, təklif edirəm ki, ictimai yerdə əlində telefon, planşet kim görünsə, onu cərimələsinlər, həmin məhsulun 25% məbləğində cərimə tətbiq edilsin, qulağında qulaqcıq olan şəxslər aşkarlanan zaman 50-100 manat arasında cərimələnsin…

  • İctimai yerlərdə olan skamyalar ödənişli olsun, yanına aparat qoyulsun, parkinq kimi, hər oturan adam 10 dəqiqə oturmağa görə pul ödəsin büdcəyə-10 dəqiqəyədək 20 qəpik, 1 saat 1 manat, kameralar da qoysunlar, kim ödəniş etmədən otursa, o, cərimələnsin, evinə göndərilsin cərimə üzrə bildiriş…

  • İctimai yerlərdə olan ödənişli tualetlərdən istifadə icbari olsun, oranın önündən keçən hər kəs girib istifadə etməlidir, əks halda, cərimələnəcək minimum əmək haqqının 2 misli məbləğində…

  • İctimai yerlərdə kitab, ereader kitab oxusa, cərimələnsin, kitabın səhifələrinin sayı məbləğində… Onsuz da biz o qədər də mütaliə edən, kitab çap edən, satan, alan deyilik… Kitab satan və oxuyanların bir xeyri dəysin dövlət büdcəsinə…

  • İctimai yerlərdə doğma dilində-rəsmi Azərbaycan dilində danışmayan,  hər kəs istifadə etdiyi əcnəbi sözə görə cərimələnsin… Bəlkə öz dilimizə hörmətimiz artar, büdcəyə də pul gedər…

  • İctimai yerlərdə söyüş söyən, kobudluq edən, səsinin tonunu qaldıran, icazəsiz fleşmoblar keçirən hər kəs cərimələnsin…

  • Yenicə ailə qurmuş hər bir ailədən dərhal uşaq tələb edən hər kəs cərimələnsin…

  • Övladı ilk ildə, ümumiyyətlə uşaq bağçasına, orta və ali məktəbə adı yazdırılmayan, daxil olmayan hər kəs cərimələnsin, hər sınaq imtahanı cəhdlərinin sayına uyğun olaraq 1000 manat məbləğində cərimə haqqı tətbiq edilsin…

  • Dezinformasiya ilə məşğul olan media hər dezinfo məlumatına görə növbəti təkziblərin sayına uyğun və ya əməkdaşlarının sayına uyğun 1000 manat məbləğində cərimələnsin…

  • 30 yaşdan sonra ərə getməyən və ya evlənməyən hər kəs ötən hər il üçün cərimə ödəsin…

  • Eynək taxanları cərimələyin (optik eynək taxanları və pis görənləri), cərimədən sonra eynək taxmazlar, ictimai qaydaları və inzibati xətalar məcəlləsini tez-tez pozub, cərimələnərlər, optik linza taxıb, görməklərini də əngəlləyin… Optik görüntü nə qədər olarsa, o misli qədər də cərimələyin, məsələn, +2 və ya -2 dirsə, iki misli qədər…

  • İctimai nəqliyyat vasitələrinin hamısına kamera qoyun, yer üstündə dava edən, qəmiş və şüvənləri cərimələyin getsin…

  • İctimai yer və ya sosial şəbəkələrdə radikal fikir söyləyən hər kəsi istifadə etdiyi hər sözün həcmində cərimələyin getsin…

  • Həyət və ya bina evində ev heyvanı saxlayan hər kəsi cərimələyin getsin… O ailə həm ev heyvanının yemində qənaət edər, həm qonşular və özləri rahat yatmış olarlar, həm də sanitar-gigiyenik qaydalara riayət edilər…

  • Bir qızın yanında bir oğlan, bir oğlanın yanında bir qızı gördünüz, nigah şəhadətnaməsi, nigahnaməni,  şəxsiyyət vəsiqəsini tələb edin, olmazsa, ər-arvad, bacı-qardaş olduqlarını sübut edə bilməyən hər kəsi cərimələyin getsin… Yaşları çox olduqca, məbləğ də artar…

  • İşləməyən, rəsmi iş yeri olmayan hər kəsi cərimələyin, sosial müvainətlərin miqdarı azalar… İşsizlik müavinəti ixtisar olunar… İş vaxtı yolda kimi gördünüz, iş yerindən arayış və ya vəsiqə tələb edin, işlədiyini sübut edə bilməzsə, cərimələyin… İşsizlərin dövlətə xeyri yox, ziyanı var…

  • Kommunal xidmətlərdən istifadə üzrə minimal limitlər qoyun, qənaətlə işlədənləri və o limiti keçməyənləri, planı doldurmayanları cərimələyin getsin, deyin ki, “Sayğaca barmaq edib, fırıldağı var”, şərləməyi yaxşı bacarır bəziləri…

Ən son məqamda, unutmayın ha, Cərimələdikcə, çərlədin, mələdin hamını, getsin…

ARDI VAR