8/04/2016

Onlara "Yox" deyəndə, onları rədd edəndə... 18+

12695813_637961576335525_1364694939_n (1)
Kişilərə qadınlar "Yox" deyərsə, onları rədd edərsə, kişilər nə edər, nə deyər?!
Kişi tiplərindən asılı olaraq münasibət və deyilən sözlər dəyişir:
  1. Məndən yaxşısını tapacaqsan?! - özündən razı kişilər…
  2. Sənə də qalmaz! Bu gözəllik, cavanlıq sənə də qalmaz! – qisascıl kişilər…
  3. Elə bil Cey Lo, Ancelina Colisən, nə gündəsən?! Özündən bu qədər razı olma, en aşağı… Səndən yaxşıları ölür mənim dərdimdən – özünə güvənməyən, həyatda özünü tapmayan, zəif kişilər…
  4. Mənə vermirsən, çünki başqası var! – qısqanc, paxıl kişilər…
  5. Ya mənimsən, ya heç kimin! – qəmiş kişilər…
  6. “Dəlisən, xəstəsən, başın xarabdır!”- kobud, qanmaz kişilər...
  7. “Vermirsən, vermə, di çürü” – “tezinciyən” kişilər...
Qadın tiplərindən asılı olaraq münasibət və deyilən sözlər dəyişir:
  1. Məndən yaxşısını tapacaqsan?Kukla kimiyəm?!  Eybi yox, özümə başqasını tapım, sən də yan, tökül! - özündən razı qadınlar...
  2. Yəqin impotentdir, yoxsa mənim kimi qadını rədd etmək ağılsızlıqdır?! Bu şaiyəni yaymaq lazımdır, başqa qadınlar da bilsin - qisascıl qadınlar...
  3. Yəqin LGBT-lərdəndir, cinsi azlıqlardandır?! Yoxsa, belə qadın olsun yanında, maraqlanmasın, yəqin marağında kişilərdir, qadınlar yox... - özünə güvənməyən, həyatda özünü tapmayan, zəif qadınlar...
  4. Məni istəmirsən, çünki başqası var?! - qısqanc, paxıl qadınlar...
  5. Sən dəlisən?! Mənim kimi qadından uzaqlaşmaq, məni rədd etmək! Yenisini tapmısan, belə tez?! Səni kiməsə vermərəm, əsla! - qəmiş qadınlar...
Отправить комментарий