8/02/2016

Necə deyim sənə...

13781698_10207538483400551_1732163998008776528_n
Sonra gecdir...
Necə deyim sənə, "Getmə!", gedəndən sonra...
Necə deyim sənə, "Buraxma əlimi, apar özünlə!", qıymazsan ölümü mənə...
Necə deyim sənə, "Bağışla məni!", eşitmirsən daha məni, sonradan peşiman olmağın yoxdur dəyəri, faydası...
Necə deyim sənə, "Səni sevirəm, sənsiz yaşaya bilmərəm", sənsiz yaşayıram uzun zamandır, sevgim də verir özümə əzab...
Necə deyim sənə, "Ağlama, nigaran qalma məndən", yerin rahatdır, heç məni düşünmürsən daha...
Necə deyim sənə, "Oyan, yuxudasan, suya danış yuxunu, keçib gedəcək", yuxu deyil axı, gerçək həyatdır, keçəndə də zaman da keçəcək...
Necə deyim sənə, "Unutma məni", yoxsan artıq, bəlkə öz dünyandasan, cənnətindəsən, 4 yanında hurilər, mələklər vardır, düşmürəm yadına...
Gecdir artıq hər şey üçün... Mən varam, sənsə yoxsan bu dünyada...
Həyat isə davam edir... Alıb aparacaq bir gün ölüm də bizi..
Отправить комментарий