8/09/2016

Müasirliyin sirrləri (civilər və loxlar)… 18+ (tənqidi, satirik, yumoristik yazı)

IMG-20160324-WA0020
Foto: Mülkədar Rüstəmov
Biri var idi, biri yox idi…
Analoqu olmayan Absurdistan adlı bir ölkənin analoqu olmayan absurd düşüncəli vətəndaşları var idi… Düzdür, hamısı elə deyildi, amma çoxluq elə idi… Azlıqda olanlar da, az olduqlarına görə başlarını girləyirdilər…
Bu dövlətin sakinlərinin ağlında “vermək, almaq, tutmaq, qaçmaq, fırlatmaq”dır… Belə də ki, kimsə qınaya bilməz… Azad ölkədir, vətəndaşları da hər mənada azaddır… Bacarana da can qurban, bacarmayan da bacarandan öyrənsə yaxşıdır…
Deməli, burdakı qızların dərdi iki yerə bölünür, bircə tez ərə gedim, uşaq doğum, ikinciləri də bircə ərə getməyim, keyf edim, kişilərlə günümü sürüm…
Ortalıqda qalan və ər və kişi axtarmayanlara isə pis baxdıqları üçün susurlar, necə deyərlər çoxluğun içində özlərini yola verməyə çalışırlar…
Bu cür azlıqda olan vətəndaş kimi şəxsi müşahidələrim olmuşdur… Onlardan yazacağam…
Deməli, gözünə döndüklərim, ya tez ərə gedir ki, kimsə deməsin, yaşı keçib, evdə qız qarıyıb… Ya da ki, gedir ki, birdən gec gedərəm, sonra uşağım olmaz, boynuma qoyarlar ki, sonsuzam…
İkincilər isə heç ər axtarmırlar… Onlarınkı azad seksdir, partnoy dəyişib, həzz almaqdır… Bəyəndi, seçdi, verdi, aldı, vəssalam…
Hə, əsas məsələ ər vəı ya bu kişinin axtarışındadır… Elə hər ikisi kişi axtarır…
Ümumilikdə hər iki kateqoriyanın qormonları vurub beyinlərinə, axtarışdadılar… Onların beyinləri ayaqlarının arasına düşüb, ona görə də düşünmək əvəzinə, hərəkət edirlər…
Tələbləri də var, hər adama getməzlər…
  1. Mütləq gözəl olsun-kişi gözəl olmalıdır, yoxsa apar tulla, gərək rəfiqələrinə, qohum-əqrəbasına gəlincik kimi göstərib acıq versin…
  2. Mütləq işi olsun-işsiz kişi bezdiricidir, darıxdırıcıdır, səhərdən axşamadək bekarçılıqdan güdəndir, ssenari yazandır. Həm də işləyirsə, pulu var…
  3. Səviyyəsi mənim səviyyəmdə olsun- yəni maddi, mənəvi, zahiri dəyərləri, xarakteri qadına uyğun olsun, çuşkaya çuşka, qlamura qlamur… ortadakılar da kim gəldi və kimə gəldi… Yüksəkdə olanların da tələbləri və şərtləri daha yuxarıdır və daha çox xərc tələb olunur  “onları tutmağa, ovlamağa,  onlara verməyə, onlardan almağa, qaçmağa, onları fırlatmağa”…
  4. Bədəni idmançı bədəni olsun- guya belə bədən sahibi idmançı görkəmi alır və ətrafdakı rəqibləri hürküdür, rəfiqələrinə göstərir ki, bax, mənimki “kaçokdur, güclüdür, kimi istəyirsən çırpar”…
  5. Pulu olsun-pul, ən önəmli məsələlərdəndir… Pulsuz kişi kişi deyil, zibillik cücələridir… Pulsuz kişinin nəyini tərifləyəsən və kimə tərifləyəsən… Pulsuz kişiylə mədə tox olmur…
  6. Evi və maşını olsun-ev, maşın maddiyyat göstəricisidir, mütləq olmalıdır ki, paxılların söz-söhbəti yığışsın, göz doysun, ailə sussun… Həm də başqalarına ev və maşını göstərib acıq versin…
  7. Xəsis olmasın- xəsis kişi qadına lazım deyil, xərcləməyi, verməyi bacarmayan kişiyə vermək lazım deyil… Nə qədər çox verir kişi, bir o qədər çox qadından alır… Ona görə kişi hər mənada açıq olmalıdır.
  8. Gəzməyə və səyahətə, istirahətə gedək- əsas tələb budur, getsinlər harasa, özü də hər bayram, istirahət günləri, şəkil çəkdirib sosial şəbəkələrdə yerləşdirib acıq versin… Lap istirahət vaxtı dalaşsalar da, göz yaşı axıtsalar da, döyülüb söyülsələr də, eybi yox, dəyər, əsas istirahətdir, acıq vermək və şəkil çəkdirməkdir…
  9. Mənə pul xərcləsin, məni saxlasın-bu önəmli amildir, göstəricidir, kişinin açıqlığını ifadə edir… Pul xərcləyirsə, saxlayırsa, deməli qadın ona lazımdır. Qadın da özünə başlayır fikir verməyə, xərclər çox eləməyə, xərc maddələrini artırmağa ki, daha çox pul qopartsın…
  10. Ailələr işə qarışmasın- ailə, qohum, əqrəba, qonşu, valideynlər, dostlar işə qarışmasın, əsas da ər, kişi tərəf… ər, ki tərəfi persona non qrata elan edib uzaqlaşdırmaq lazımdır… Birdən kişinin gözünü açıb, ayırarlar onları, kişiəldən gedər…
  11. Azadlığımı məhdudlaşdırmasın- kişi guya buna etibar etsin, şəxsiyyətinə hörmət etsin, tam azad buraxsın… O, azadlığından keyf, həzz alsın… Acıq versin ki, bax, necə ideal kişi qapazlamışam… Evdən çıxan kimi subayam variantı işləsin… Paralel ehtiyat variantlar axtarmağa imkan olsun…
  12. Rəfiqələrimlə gəzməkdə olum- rəfiqələr önəmlidir. Qadınlar əsasən onlarla dərdləşir, rəqib bilir, onlara acıq verir… Kişisinin nəyi var, nəyi yox, hamısı bilir, beləcə digər rəfiqələr də onun ideal kişisini qapazlamaq istəyir, onun arzusunda olur…
  13. İşləməyim- belə qadınlar işləmək istəmirlər… Özlərinə bir şirkət açırlar, ya da bir şirkətdə adları gedir, rəhbər vəzifədə, özləri işdə görsənmir, evdə oturub özünə sərmayə qoyur…
  14. Əsl kişi olsun, bu tələblərə cavab verən kişi-əsl kişidir… Bütün bu tələblərə və digər əlavə tələblərə cavab verən kişi əsl kişidir.
Onların əsas məqsədi namizədi tapmaqdır… Ona görə axtarış hər yerdə mümkündür…
Oğlanlar qızları “civi” adıyla tutan kimi, qızlar da oğlanları “lox” adıyla tutur… Hər kəs üzərinə götürməsin… Kim özünü “lox” sayır, qurban olub, qurban olmaqdan həzz alır, o da götürsün üzərinə…
Əslində hər iki kateqoriyadan olan qızlar müasirdirlər… Sadəcə ərə getmək istəyənlər özlərinin müasirliyini gizlədir, biclik edirlər… Saman altdan su yeridirlər…
İkinci kateqoriyada kartlar açıqdır… Daha səmimidirlər… Nə varsa, üzdədir…
Hə, gözünə döndüklərim hər yerdə axtarırlar… Birincilər mədəni, bir az qapalı, zəhrimar, lakin saf sifətlə axtarır, guya huri-mələkdirlər… Amma işlərini ərə gedəndən sonra görürlər. Buynuzları çıxır da, buynuzu çıxardırlar da…
İkincilər isə sərbəst düşünürlər, azadlıq tərəfdarıdırlar, geyimləri sərbəst, açıq olur, kompleksiz olurlar…
Əslində, kişilər qadından yox, qadınlar kişilərdən istifadə edir, qadınlar qurban deyildir, ovçudurlar… Amma elə ağıllı taktika, siyasət yürüdürlər ki, kişi özünü ovçu bilir, elə bilir ki, qadın qurbandır, qadını ovlayıb… Siz saydığınızı sayın, görün, qadınlar nə sayır…
Hələ bir çoxu çox irəli gedir, yerli loxlarımızı bəyənmir, xariciləri axtarır, çünki yerli loxlarımız bütün parametrlərə uyğun gəlmir…
Kişilər bu cür qadınlara fahişə desələr də, məleykə kimi yaşadırlar… Ayaqlarının altında döşəmə təmizləyən olurlar, ayaqlarını öpürlər… Nə olsun ki, ruhən və ya bədəncə fahişədirlər. Əsas odur ki, kişisindən və digər kişilərdən istədiyini alır… Bir neçəsini saxlayır əlində…
Ardı var…
Отправить комментарий