8/09/2016

“Civi tutmaq” SSENARİSİ… 18+

"Bəlkə, bir gün görüşək səninlə,
 Nə vaxtadək virtual dost olmaq olar...
 Bəlkə oturub bir yerdə yeyib-içək,
 Kabab, çaxır, şərab, iç ki, içəsən,
 İstəsən, qəlyan da gələr, çəkərsən,
 Bəs siqaret hansından çəkirsən?!
 Harada qalırsan, neçədə çıxırsan işdən?
 Maşınlayam götürüm səni, görüşək?
 Səndən xoşum gəlir, sonra nə olar, olar,
 Bazlıq adi haldır, sən təksən, kişin olaram...

Tək qalırsan evdə, harada yaşayırsan,

Bəlkə bu gün gəlim sizə, bir çay dəmlə, içək...

Çay içim, sözü verirəm, toxunmaram sənə,

Sən istəməsən, kişi kimi söz verirəm...

Çayımı içim, bir az dərdləşək, sonra çıxıb gedərəm...

Ürəyin nə istəyir, nə alım yolda gələndə?

Niyə hirslənirsən, yaxşı gedərik bizə,

Mən də tək yaşayıram, evdəkilər yoxdur,

Göndərmişəm rayona, ata evinə, darıxıram...

Gecəni də qal, səhərədək söhbət edək,

Tək evdə sükunətin içindəyəm, çox darıxıram...

Necə də gözəlsən, gözəldir gözlərin, dodaqların...

Səni istəyirəm... Yekə insanlarıq, niyə rədd edirsən,

Guya bilmirsən, səni istədiyimi, sən də məni istəyirsən...

Bir dəfə versən mənə, çıxmaz axı canın...

Bəlkə mən səni saxlayım, qadınım, məşuqəm olasan...

Sən mənim olmalısan, arzularımın qadını, gəl yanıma...

Sən mənə "yox" deyirsən, kül başına... Öl elə...

Kimdi sənə baxan, nə gündəsən..."
Отправить комментарий